Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-666/2023 20.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 20 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək bacısı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, bacısı Natavan anadan gəlmə xəstədir. Uzun illərdir müalicə olunsa da sağlamlığında yaxşılığa doğru heç bir irəliləyiş olmamışdır. Aldığı müalicələr nəticəsiz qalmışdır. Bacısı ailə qurmamış, onunla birlikdə yaşayır və ona bütün qulluğu o və ailəsi göstərir. Natavan İİ qrup əlildir və İsmayıllı rayon X2 Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F71.1 Orta dərəcəli əqli gerilik. F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Natavanın hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən bacısı Natavan Babayevanın fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X17 izahat verərək göstərdi ki, X5 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxxxx 1964-cü il tarixdə İsmayıllı şəhərində doğulmuş şəxs Ərizəçidur. 84108 nömrəli vəsiqənin surətindən görünür ki, ərizəçi Azərbaycan Vətən Müharibəsi X10 Suraxanı rayon şöbəsində üzv kimi qeydiyyatdadır. AZE seriyalı 07725955 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28 noyabr 1974-cü il tarixdə İsmayıllı rayonun Quşencə kəndində doğulmuş şəxs X7r. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışdan görünür ki, ərizəçinin valideynləri X15 və X13r. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışdan görünür ki, X4 valideynləri X15 və X13r. X8 məxsus xəstənin tibbi kartasının surətindən görünür ki, X11 15 oktyabr 1995-ci il tarixdən İsmayıllı rayon X2 Poliklinika şöbəsində qeydiyyata alınmış və müxtəlif vaxtlarda səhhəti ilə bağlı müayinələrdən keçmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən 04 may 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3- 1626/23 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Quşencə kəndində yaşayan 28 noyabr 1974-cü il təvəllüdlü X1 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F71.1 Orta dərəcəli əqli gerilik. F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı rayon İHB-nın Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2023-cü il tarixli 218 nömrəli arayışdan görünür ki, X1 rayonun Quşencə kəndində qeydiyyatda olmaqla səhhəti ilə bağlı olaraq qardaşı Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ev 19-da yaşayan Ərizəçi himayəsində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 25 iyun 2023-cü il tarixli 1797 nömrəli rəyindən görünür ki, X6 “orta dərəcəli əqli gerilik” qeyd olunur. Bunu mülki işdə olan tibbi sənədlər - erkən yaşlarından psixi inkişafdan geri qalması, əqli gerilikdə əlaqədar özünü idarə edə bilməməsi, İsmayıllı rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlilliyi və sair sübut edir. X6 əqli gerilik orta dərəcədə ifadə olunduğundan öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X11 28 noyabr 1974cü il tarixdə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuşdur. X14 M.R.X-nın X3 “Ruhi-əsəb” kabinetində “F71.1 Orta dərəcəli əqli gerilik. F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X6 “orta dərəcəli əqli gerilik” qeyd olunur. Bunu mülki işdə olan tibbi sənədlər - erkən yaşlarından psixi inkişafdan geri qalması, əqli gerilikdə əlaqədar özünü idarə edə bilməməsi, İsmayıllı rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlilliyi və sair sübut edir. Natavan Babayeva həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ərizəçi X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Məhyəddin Əlifovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X1 MRX-nın X3 “Ruhi-əsəb” kabinetində “F71.1 Orta dərəcəli əqli gerilik. F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 rəyinə əsasən məhkəmə hesab edir ki, Natavan Babayevin öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 noyabr 1974-cü il tarixdə İsmayıllı rayonun Quşencə kəndində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-666/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-666/2023
20.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver