Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-668/2020 10.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi, Əzət Səfərovanın anası olması və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ağamalıyeva Rəfiqə Əlövsət qızı (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək onun xx xxxx 1947-ci ildə Göyçay rayonun Qaraməryam kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində soyad, ad və ata adının Səfərova Rəfiqə Əlövsət qızı, doğum yerinin Göyçay rayonun Qaraməryam kəndi, atasının 1909-cu ildə Göyçay rayonun Qaraməryam kəndində anadan olmuş, xx xxxx 2003-cü il tarixdə Göyçay rayonun Qaraməryam kəndində vəfat etmiş Səfərov Əlövsət Əli oğlu, anasının 1916-cı ildə Göyçay rayonun Qaraməryam kəndində anadan olmuş, xx xxxxxx 2002-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində vəfat etmiş X9 qeyd edilməsi, X5 onun anası olması, JN-0166 (KOD 40716018) nömrəli xx xxxxx 2003-cü il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında İsmayıllı rayon X1 xx xxxxxx 2001-ci il tarixli 129 nömrəli qərarı ilə X5 mülkiyyətinə verilmiş, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən 1,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxx 1947-ci il tarixdə Göyçay rayonun Qaraməryam kəndində anadan olmuşdur. xx xxxxxx 1967-ci il tarixdəİsmayıllı rayon Qubaxəlilli kənd sovetliyində rəsmi nikah qeyd etdirməkləX3 ilə ailə qurmuşdur. Həmin vaxtdan ərinin soyadına uyğun Ağamaliyeva soyadını qəbul etmişdir. Atası Səfərov Əlövsət Əli oğlu Böyük Vətən müharibəsi iştirakçısı olmuş, müharibədən qayıtdıqdan sonra təxminən 1946-cı ildə anası Əzətlə faktiki nikahla ailə qurmuşlar. Valideynlərinin rəsmi nikahı olmamışdır. 1950-ci ildən sonra anası atasından ayrlaraq onunla birlikdə İsmayıllı rayonun Qubaxəlilli kəndinə qohumlarının yanına köçmüşdür. Həmin vaxtdan da Qubaxəlilli kəndində yaşamışlar. Anası xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişdir .Aparılan torpaq islahatı zamanı anasına Qubaxəlilli kəndi ərazisində 1,83 hektar torpaq sahəsi verilmişdir. Anasından qalan miras əmlakları faktiki olaraq o, qəbul etmiş və idarə edir. Hazırda həmin torpaq sahəsini miras əmlak kimi adına rəsmiləşdirmək istəyir. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu hüququndan istifadə edə bilmir. Doğum və valideynlərinin nikah haqqında şəhadətnamələrini almaq üçün İsmayıllı və Göyçay rayon Qeydiyyat Şöbələrinə müraciət etmiş, lakin şöbələrdə onun doğum haqqında akt qeydi və valideynlərinin nikah akt qeydi tapılmamışdır. Doğum haqqında şəhadətnaməsinin hansı səbəbdən olmaması ona məlum deyildir. Yenidən doğum haqqında şəhadətnamə verilməsi üçün onun doğumunun qeyd edilməsi, valideynlərinin nikah haqqında şəhadətnaməsi və bu faktı təsdiq edən digər zəruri sənədlər lazmdır. Həmin sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından onun doğumunun qeyd edilməsi, X5 anası olması və ondan miras qalan əmlakların onun tərəfindən qəbul edilməsi faktları məhkəmə qaydasında müəyyən olunmalıdır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs1 rəisi X7 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi valideynlərinin nikahları haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, Qeydiyyat Şöbəsi və Qubaxəlilli kənd icra nümayəndəliyində yoxlama aparılmış, lakin ərizəçinin valideynlərinin nikah haqqında akt qeydi aşkar olunmamışıdır. Ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı tərəf Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara alınmışdır. Şahid X8 ifadə verərək göstərdi ki, ərizəçi onun xalası qızıdır. Ərizəçi anası ilə birlikdə Qubaxəlilli kəndində bir evdə yaşamışlar. X9 ərizəçinin doğma anasıdır. Xalası vəfat etdikdən sonra onun bütün dəfn və yas xərcini ərizəçi çəkmişdir. Ondan qalan mirası faktiki qəbul edərək idarə edir. Ərizəçinin xx xxxx 1947-ci il tarixdə doğulmasını, Əzət Səfərovanın ərizəçinin anası olması və ondan qalan mirası qəbul etməsini təsdiq edir. Şahid X6 şahid X8 ilə eyni məzmunlu ifadə verərək xx xxxx 1947-ci il tarixdə doğulmasını, Əzət Səfərovanın ərizəçinin anası olması və ondan qalan mirası qəbul etməsini təsdiq edir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxx 1947-ci il tarixdə Göyçay rayonun Qaraməryam kəndində anadan olmuş, İsmayıllı rayonun Qubaxəlilli kəndində yaşayır. İ-ИE 517634 nömrəli xx xxxxxx 1967-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Səfərova Rəfiqə Əlövsət qızı arasında xx xxxxxx 1967-ci il tarixdə nikah bağlanmış, ərizəçiyə Ağamaliyeva soyadı verilmişdir. AZ-İ 006533 nömrəli xx xxxxxx 2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs2 05/11-493 nömrəli xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, 1943-1950-ci illər üzrə Göyçay rayon İHB-nın Qaraməryəm kənd icra nümayəndəliyində və Maraqlı şəxs2 ilkin və bərpa akt qeydləri yoxlanılmış, ərizəçinin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Maraqlı şəxs2 tərəfindən verilmiş 1197 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 arxivində 1944-2003-cü illərdə Səfərov Əlövsət Əli oğlunun nikah haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs1 tərəfindən verilmiş 184 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1ndə və Qubaxəlilli kənd icra nümayəndəliyində 1944-1959-cu illər üzrə yoxlama aparılmış, Səfərov Əlövsət Əli oğlu ilə X5 nikahları haqqında akt qeydi aşkar olunmamışdır. İsmayıllı RİHB-nın Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 348 nömrəli xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X9 xx xxxxxx 2002-ci il tarixdə vəfat etmiş, vəfat etdiyi günə qədər qızı Ərizəçi ilə birlikdə yaşamışdır. X5 Ərizəçi başqa vərəsəsi yoxdur. JN-01xx xxx 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon X1 xx xxxxxx 2001-ci il tarixli 129 saylı qərarı ilə X5 mülkiyyətinə İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisində 1,83 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəməərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxx 1947ci il tarixdə Göyçay rayonun Qaraməryam kəndində valideynlərinin faktiki nikahından anadan olmuşdur. Valideynlərinin rəsmi nikahı olmamışdır. Ərizəçi Əzət Səfərova ilə birlikdə ismayıllı rayonun Qubaxəlilli kəndinə köçərək orada yaşamışlar. Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə İsmayıllı rayon Qubaxəlilli kənd sovetliyində rəsmi nikah qeyd etdirməklə X3 ilə ailə quraraq ərinin soyadına uyğun Ağamaliyeva soyadını qəbul etmişdir. İsmayıllı rayon X1 xx xxxxxx 2001-ci il tarixli 129 saylı qərarı ilə X5 mülkiyyətinə İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisində 1,83 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Əzət Səfərova xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığından anasından qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Doğum haqqında və valideynlərinin nikah haqqında şəhadətnamələrini almaq üçün İsmayıllı və Göyçay rayon Qeydiyyat Şöbələrinə müraciə etmiş, lakin şöbələrin arxivində onun doğumu və valideynlərinin nikah akt qeydləri tapılmamışıdır. Ərizəçinin doğumunun qeyd edilməsi və anasından qalan mirası qəbul etməsi faktlarını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsi, X5 ərizəçinin anası olması, X4 miras qalan İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən 1,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsiərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin bu faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyadı Səfərova adı Rəfiqə, ata adı Əlövsət, doğulduğu yer Göyçay rayonun Qaraməryam kəndi, doğulduğu tarix xx xxxx 1947-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonu Qubaxəlilli kəndi, atası 1909-cu ildə Göyçay rayonun Qaraməryam kəndində anadan olmuş, xx xxxx 2003-cü il tarixdə Göyçay rayonun Qaraməryam kəndində vəfat etmiş Səfərov Əlövsət Əli oğlu, anası 1916-cı ildə Göyçay rayonun Qaraməryam kəndində anadan olmuş, xx xxxxxx 2002-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində vəfat etmiş X9 qeyd edilsin. JN-0166 (KOD 40716018) nömrəli xx xxxxx 2003-cü il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında İsmayıllı rayon X1 xx xxxxxx 2001-ci il tarixli 129 nömrəli qərarı ilə X5 mülkiyyətinə verilmiş, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən 1,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın qızı Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-668/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-668/2020
10.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver