Məhkəmə qərarları › İş №2(037)-668/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-668/2022

30.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-668/2022 30.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borc əvəzinə silinmiş məbləğin geri qaytarılması tələbinə dair mülki işə 30 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB tərəfindən **********04320 nömrəli abonent koduna vurulmuş məbləğlərdən borc əvəzinə silinmiş 246,2 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı şəhərində (keçmiş Mican kəndində) yaşayır. 19 may 2017-ci il tarixdə Cavabdeh İB-nin tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində onun vəsaiti hesabına yeni sayğac quraşdırılmışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın zavod qurğuşun plombunun kəsici alətlə kəsildiyi qeyd edilmişdir. Ona görə də 30 iyun 2017-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 1231 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Onun cavabdeh təşkilata 2019-cu ilin iyul ayının sonuna sərf etdiyi qaza görə 507,9 manat borcu olmuşdur. Həmin məbləğin 246,2 manat hissəsi akt əsasında hesablanmış borc məbləğidir. Cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 246,2 manat borcun silinməsinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş, iddia tələbi təmin olunaraq abonent koduna vurulmuş 246,2 manat borcun silinməsi qət olunmuşdur. Həmin məbləğin silinməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq hər dəfə karta yüklədiyi məbləğin 50 faizi borca silinmişdir. 2019-cu ilin noyabr ayından başlayaraq 2020-ci ilin noyabr ayına kimi ödədiyi vəsaitin 246,2 manatı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən silinmiş cərmənin əvəzinə balansından çıxılmışdır. Bu barədə qətnamə icra edən Xətai rayon İcra Şöbəsi ilə əlaqə saxlamış, həmin məbləğ artıq balansdan çıxdığı üçün geri qaytarılmasının onların səlahiyyətinə aid olmadığı və bunun üçün məhkəmə qətnaməsi tələb olunduğu bildirilmişdir. Qeyd etdiklərinə əsasən cavabdeh tərəfindən abonent kodundan əsassız olaraq silinmiş 246,2 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatdadır. İsmayıllı rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(037)-996 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı **********04320 nömrəli abonent koduna vurulmuş 1231 kub metr təbii qazın dəyəri 246 (iki yüz qırx altı) manat 20 (iyirmi) qəpik debitor borcun silinməsi qət olunmuşdur. Xətai rayon İcra və probasiya Şöbəsinin 05 fevral 2020-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, İsmayıllı rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(037)-996 nömrəli qətnaməsi üzrə icraata başlanılmışdır. 05 fevral 2020-ci il tarixli 21536/2020-1-19 nömrəli bildirişin surətindən görünür ki, İsmayıllı rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(037)-996 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması üçün Cavabdehnə bildiriş göndərilmişdir. 15 aprel 2022-ci il tarixli abonentin saldosundan görünür ki, 2017-ci ilin iyun ayının sonuna iddiaçının **********04320 nömrəli abonent koduna 246,2 manat borc vurulmuşdur. 15 aprel 2022-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin iyul ayının sonuna sərf etdiyi qaza görə 507,9 manat borc vurulmuşdur və 2019-cu ilin noyabr ayından başlanaraq 2020-ci ilin noyabr ayınadək olan müddətdə iddiaçının abonent koduna vurulmuş məbləğlərin 50%-i həmin borcun əvəzinə silinmişdir. Silinmiş məbləğin 246,2 manat hissəsi isə akt əsasında hesablanmış borc məbləğidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 19 may 2017-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. İddiaçı dəyişdirilmiş qaz sayğacının 92,21 manat dəyərini ödəmişdir. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın zavod qurğuşun plombunun kəsici alətlə kəsildiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 iyun 2017-ci il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1231 kub metr müəyyən edilmişdir. İddiaçı borc məbləğinin silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin 20 dekabr 2022-ci il tarixli 2(037)-929 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən İddiaçı **********04320 nömrəli abonent koduna vurulmuş 1231 kub metr təbii qazın dəyəri 246,2 manat borcun silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92,21 manat məbləğinin Cavabdeh tərəfindən İddiaçı qaytarılması, Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün 22 yanvar 2020-ci il tarixdə Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən 05 fevral 2020-ci il tarixli qərarla icraata başlanılmışdır. İddiaçının 2019-cu ilin iyul ayının sonuna sərf etdiyi qaza görə və akt əsasında hesablanmış 246,2 manat cərimə də daxil olmaqla cəmi 507,9 manat borc olmuşdur. 2019-cu ilin noyabr ayından başlanaraq 2020-ci ilin noyabr ayınadək olan müddətdə iddiaçının abonent koduna vurduğu məbləğlərin 50%-i həmin borcun əvəzinə silinmişdir. Silinmiş məbləğin 246,2 manat hissəsi isə akt əsasında hesablanmış borc məbləği təşkil edir. İddiaçı Cavabdeh İB tərəfindən **********04320 nömrəli abonent koduna vurulmuş məbləğlərdən borc əvəzinə silinmiş 246,2 manat pulun ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X1”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Mülki-Presessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi iddiaçının abonent koduna vurulmuş 246,2 manat borc məbləğinin silinməsinə dair iddia tələbinin təmin olunmasına və məhkəmə qətnaməsinin qüvvəyə minərək icraya yönəldilməsinə baxmayaraq 2019-cu ilin noyabr ayından başlanaraq 2020ci ilin noyabr ayınadək olan müddətdə iddiaçının abonent koduna 246,2 manat cərimə də daxil olmaqla cəmi 507,9 manat borc məbləği silinmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********04320 nömrəli abonent koduna vurulmuş məbləğlərdən borc əvəzinə silinmiş 246 (iki yüz qırx altı) manat 20 (iyirmi) qəpik pulun İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********04320 nömrəli abonent koduna vurulmuş məbləğlərdən borc əvəzinə silinmiş 246 (iki yüz qırx altı) manat 20 (iyirmi) qəpik pul İddiaçı qaytarılsın. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar