Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-669/2022 20.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 20 iyun 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən verilmiş JN-2274F Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona və X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-2274F Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, İsmayıllı şəhəri ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi X7 və X3 (ərizəçi) mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun adı həmin vaxt “Bilqeyis” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Xalidə” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçi Şəhadətnamədə mülkiyyətçi kimi onun adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki adı ilə Şəhadətnamədəki adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adının ona məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək səhətində olan problemlərlə bağlı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını, ailə üzvləri X8 və X1 şahid qismində dindirilməsi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərdən keçirib, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X6 göstərdi ki, Ərizəçi baldızıdır. Ərizəçi və X5 İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-2274F Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə baldızı Ərizəçi adı səhv olaraq “Bilqeyis” əvəzinə, “Xalidə” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 göstərdi ki, Ərizəçi bibisidir. Ərizəçi və X5 İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-2274F Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə bibisi Ərizəçi adı səhv olaraq “Bilqeyis” əvəzinə, “Xalidə” kimi yazılmışdır. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli,seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1941-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Baratova X2 şəhəri, Babək küçəsi ev 24-də qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2004cü il tarixli, AZ-İ№095840 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin sentyabr ayının 27 günündə 46 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-2274F Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, bu şəhadətnamə İsmayıllı rayonu, İsmayıllı şəhər sakinləri X7 və X3 (ərizəçi) mülkiyyətinə verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə verilmiş 0.11 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı– mülkiyyətinə verilib.Şəhadətnamə 17204 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X5 verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, "X12 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir.Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin ərizəsi, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-2274F Kod 40701004 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı şəhəri ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi X7 və X3 (ərizəçi) mülkiyyətinə verilmişdir. Sözügedən Şəhadətnamədə Ərizəçi adı həmin vaxt “Bilqeyis” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Xalidə” kimi yazılmışdır. Həmin Şəhadətnamədə olan bu yanlışlıq ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-2274F Kod 40701004 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı şəhərində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin X7 və X3 (ərizəçi) mülkiyyətinə verilməsinə dair JN-2274F Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi adının “Xalidə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X5 və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarına əsasən JN-2274F Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı şəhəri ərazisində yerləşən 0.11 hektar həyətyanı təyinatlı torpaq sahəsinin X7 və X3 mülkiyyətinə verilməsinə dair JN-2274F Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi adının “Xalidə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7 və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-669/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-669/2022
20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver