Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-67/2024 26.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızının Cavabdeh oğluna qarşı əkin torpaq sahəsindən çıxarılma,torpaq sahəsinin boşaldılması, vurulmuş maddi zərərin ödənilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 26 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1,İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Azərbaycan Respublikası DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə birgə mülkiyyətlərində olan, İsmayıllı rayon Qoşakənd kəndi ərazisində yerləşən 4,6644 hektar əkin torpaq sahəsinin zəbt etdiyi 1,00 hektar hissəsindən çıxarılması,torpaq sahəsinin boşaldılması və pay torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması,habelə cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 1750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat olmaqla, cəmi 1850 manat məbləğinin alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Qoşakənd kəndində yaşayır.Respublikada aparılan torpaq islahatları zamanı beş nəfərdən ibarət ailəsinin birgə mülkiyyətinə 4.6644 hektar əkin torpaq sahəsi verilmişdir. Birgə mülkiyyət hüquqları DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq müvafiq Çıxarış verilmişdir.Həmin çıxarış üzrə torpaq sahəsinin 0.80 hektar hissəsini Bakı şəhər sakini olan Cavabdeh oğlu zəbt edərək iki ildir ki, həmin ərazini əkir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh torpaq sahəsinə dair mülkiyyət hüquqlarını pozaraq onlara məxsus torpağın bir hissəsini əkməklə onlara maddi zərər vurmuşdur. Belə ki, 2022-2023-cü illərdə İsmayıllı rayon Qoşakənd kəndində buğdanın orta məhsuldarlığı 35 sentner,buğdanın bir kiloqramının orta bazar qiymati 0,50 qəpik olmuşdur. Bununla da cavabdeh onlara 3500 kq x 0,50= 1750 manat maddi zərər vurmuşdur. İddiaçı3 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızı məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki, ona məxsus torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin 1 hektarı hissəsinin onun tərəfindən zəbt edildiyini iddia edirlər. İddiaçılara məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilibedilməməsinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis ayrılması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rüsum ödəyərək rəsmi müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi əraziyə gəlsə də, iddiaçılaral aralarında mübahisə olduğundan ərazidə ölçmə işləri aparılması mümkün olmamışdır. O, iddiaçılara məxsus torpaq sahəsinin 1 hektarı hissəsini zəbt etməmiş və onlara maddi ziyan vurulmasına səbəb olmamışdır.Ona görə ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı3 izahatlarını dinləyib, mütəxəssis rəyini və işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki,İsmayıllı rayon Qoşakənd kənd sakinləri İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu, X2 və İddiaçı4 Bəhrəm qızının ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisindən 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan İsmayıllı RİHB-nın Qoşakənd İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2002-ci il tarixli AZ-İ№ 006776 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2002-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002-ci ilin noyabr ayının 01 günündə 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı Rayon Statistika İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli, xx/xx/2023 nömrəli məktubdan görünür ki, İsmayıllı rayonu üzrə buğdanın hər hektardan orta məhsuldarlığı 2022-ci ildə 35.8 sentner, 2023-cü il sentyabrın 1-i vəziyyətinə 30.5 sentner təşkil edir. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 fevral 2024-cü il tarixli 3-21-3-42/2-844/2024 saylı mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisində İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.773 hektar hissəsi Cavabdeh oğlu tərəfindən istifadə olunur. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə İsmayıllı rayon Qoşakənd kənd sakinləri İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu, X2 və İddiaçı4 Bəhrəm qızının ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisindən 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və hazırda həmin torpaq sahəsinin 0.773 hektarı hissəsi zəbt edilərək Cavabdeh istifadəsindədir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli 3-21-3-42/2-844/2024 saylı mütəxəssis rəyində “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisində İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.773 hektar hissəsi Cavabdeh oğlu tərəfindən istifadə olunduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğunun nəticəsi olaraq hazırda mübahisəli torpaq sahəsinə dair iddiaçılarla cavabdeh arasında hər hansı alğı-satqı müqaviləsinin bağlanmadığı və qeyd edilən torpaq sahəsinin cavabdehin adına qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların sözügedən zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur.Belə ki,iddiaçıların zəbt olunmuş mübahisəli 0.773 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır.Buna baxmayaraq,həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir.Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır.Ona görə də cavabdehin sahibliyi qanunsuzdur.İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızının ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisində yerləşən 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.773 hektar hissəsindən çıxarılaraq torpaq sahəsi boşaldılmalı və cavabdeh tərəfindən iddiaçıların birgə mülkiyyətlərində olan zəbt olunmuş 0.773 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmalıdır. Məhkəmə iddianın vurulmuş maddi ziyan hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara 1750 manat (3500 x 0.50=1750) məbləğində maddi ziyan vurulduğunu, o cümlədən, keçən müddət ərzində əldə edəcəkləri gəlirdən məhrum olduqlarını, bununla da əlverişsiz vəziyyətə düşdüklərini bildirsələr də, həmin halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişlər, yalnız İsmayıllı Rayon Statistika İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2023cü il tarixli,xx/xx/2023 nömrəli məktubda qeyd edilən İsmayıllı rayonu üzrə buğdanın hər hektardan orta məhsuldarlığı 2022-ci ildə 35.8 sentner, 2023-cü il sentyabrın 1-i vəziyyətinə 30.5 sentner təşkil etməsinə əsaslanaraq cavabdehdən maddi ziyan tələb etmişlər. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıların birgə mülkiyyətlərində olan 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.773 hektar hissəsi cavabdeh tərəfindən zəbt edilərək əkilmiş, sözügedən torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən iddiaçılar həmin torpaq sahəsindən istifadə edə bilməmişlər və nəticədə onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında araşdırılmış sübutlarla və iddiaçıların izahatları ilə müəyyən edilmişdir ki, İsmayıllı rayonu üzrə buğdanın hər hektardan orta məhsuldarlığı 2022-ci ildə 35.8 sentner, 2023-cü il sentyabrın 1-i vəziyyətinə isə 30.5 sentner olmuşdur. Cavabdehin iddiaçılara məxsus torpaq sahəsinin 0.773 hektarı hissəsini zəbt etməsi nəticəsində sonuncular son bir il ərzində həmin torpaq sahəsindən istifadə etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, 2023-cü il ərzində məhsuldarlığın 30.5 sentner olması nəzərə alınaraq 3500 kq x 0,30 = 1050 manat məbləğində maddi ziyan cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlu DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə iddiaçılar İddiaçı1, İddiaçı3,İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızının ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisində yerləşən 4.6644 hektar əkin təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.773 hektar hissəsindən çıxarılaraq torpaq sahəsi boşaldılsın və torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. Cavabdeh oğlundan 1050 manat vurulmuş maddi zərər və 100 manat dövlət rüsumu olmaqla, cəmi 1150 (bir min bir yüz əlli) manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-67/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-67/2024
26.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver