Məhkəmə qərarları › İş №2(107)-1338/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1338/2023

23.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1338/2023 23.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(046)- 60/2022 saylı qərardadından iş üzrə cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Potu kəndində yerləşən 0.2132 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-60/2022 saylı qətnaməsi ilə Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.2132 ha torpaq sahəsinin 0.2131 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-60/2022 saylı qətnaməsindən hüquqlarına toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-60/2022 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-60/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs şikayət verərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-60/2022 saylı qərardadının ləğv edilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərardad onun şikayət etdiyi qətnamənin qəbul edilməsi ilə pozulan hüquqlarının təkrarən pozulmasına səbəb olmuşdur. Belə ki, mübahisə edilən mülkiyyətində olan torpaq sahəsi elektron uçot baza məlumatlarına əsasən onun və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq kimi DƏDKRPHŞ-in baza məlumatlarında göstərilmişdir. Bu hal DƏDKRPHŞ 16 saylı Ucar Ərazi İdarəsinin 06 iyun2023-cü il tarixli 3-21-3- 36/2- 2030/2023 saylı məktubu ilə təsdiq olunur. Mübahisə edilən qətnamə ilə mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi iddiaçının mülkiyyətinə verildiyi üçün biz torpaq sahəmizə mülkiyyət hüququmuzu elektron baza uçot məlumatlarına əsasən təkrarən qeydə aldıra bilmir. Ona görə də şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-60/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-60/2022 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-60/2022 saylı qərаrdаdındаn Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(046)-60/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Potu kəndində yerləşən 0.2132 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zəbt etdiklərinə iddia etmiş, Maraqlı şəxs isə hazırki iş üzrə cavabdeh kimi qeyd edilməmiş və ona qarşı heç bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-in 357-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir. Burada apellyasiya şikayətinin işdə iştirak edən şəxslər (iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər), həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər tərəfindən verilməsi nəzərdə tutulmuşdur. MPM-in 357.2-ci maddəsinin birinci cümləsinə əsasən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. MPM-in 15.4-cü maddəsinə görə məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir. Prosessual hüquqi statusuna görə işdə iştirak edən şəxs hesab olunmayan bu şəxslər qətnamədən apelyasiya şikayəti vermək hüququna yalnız həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduqda malik olurlar. «... MPM-in 357.1 və 357.2-ci maddələrinin mənasına görə o şəxslər maraqlı şəxslər hesab edilirlər ki, onlar işə cəlb edilməsələr də, qəbul edilən qətnamə... onların hüquq və vəzifələrinə toxunmuş olur». Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin hüquq və vəzifələrinə toxunduğu hallar elə bir situasiyanı nəzərdə tutur ki, qətnamə ilə: 1) həmin şəxslərin hüquqları haqqında məsələ bu hüquqların pozulması və ya əsassız məhdudlaşdırılması ilə müşaiyət olunan formada həll edilir; 2) həmin şəxslərin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulur. MPM-in 357.2-ci maddəsində göstərilən şəxlərin apelyasiya şikayəti vermək hüququnun yaranması üçün iki şərt məcmu halında mövcud olmalıdır: 1) həmin şəxslər işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması; 2) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması. Qanunun mənasına görə işdə iştirak etməyə cəlb edilməli olduğu halda işə cəlb edilməyən şəxsin, əgər qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmursa, qətnamədən apelyasiya şikayəti vermək hüququ yoxdur. Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquq və vəzifələrinə toxunmadığı hallarda həmin şəxslərin qətnamədən apelyasiya şikayəti vermək hüququ istisna olunur. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-ci il tarixli Qərarında göstərilmişdir ki, işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: -onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; -iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; -öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması. Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi hazırki iş Maraqlı şəxs tərəf kimi işə cəlb edilməsinə lüzum olmamış, qəbul edilmiş qətnamə onların hüquqlarına və qanuni maraqlarına toxunmamış, hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosessual maraqları olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Bununla yanaşı nəzərdən qaçırılmamalıdır ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Göründüyü kimi şikayət verən şəxs Maraqlı şəxs qəbul edilmiş qətnamənin onun hansı hquqularını pozmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(046)-60/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İş üzrə cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(046)-60/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar