Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-872/2024 04.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneələrə qadağa qoyulması, borcun və maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, pul tələbi, əmlak tələbi, subyektiv hüquq) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneələrə qadağa qoyulması, borcun və maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(037)-18/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 15 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında 0,0935 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105,6 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. 22 dekabr 2021-ci il tarixli, AN-İ №0876905 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə iddiaçı İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında yerləşən, ümumi sahəsi 105,6 kv.metr, yaşayış sahəsi 72,8 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olan4 otaqlı fərdi yaşayış evinin 72,3 kv.metr (2 otaq) hissəsini və ümumi sahəsi 0,0935 hektar olan torpaq sahəsinin 0,0617 hektar hissəsini ümumilikdə 27.000 manata Cavabdeh satmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində **********12- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 yanvar 2022-ci il tarixdə qeydə alınmış çıxarış üzrə mülkiyyətində olan İsmayıllı şəhəri, Fizuli küçəsi 70 ünvanında yerləşən 0,0318 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, cavabdehdən borclu olduğu 2000 manat məbləğinin, cavabdehin faktiki istifadəsində olan keçmiş şəhərarası telefon borcuna görə 3,85 manat, vurduğu maddi zərərin əvəzi kimi – zoğal ağacını kəsdiyinə görə 1000 manat, digər zoğal ağacının bar verən budaqlarını kəsdiyinə görə 500 manat, 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və icazəsi olmadan mənimsədiyi dəmir çarpayıya görə 50 manat dəyərində əmlaklar, əmlaklar olmadıqda onların dəyəri olan 2250 manat məbləğinin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehə İsmayıllı rayon Notariat Ofisində 22 dekabr 2021-ci ildə təsdiq olunmuş AN-İ №0876905 saylı "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində **********01-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 15 dekabr 2021-ci ildə qeydə alınmış çıxarış üzrə mülkiyyətində olan, İsmayıllı şəhəri, Fizuli küçəsi 70 ünvanında 0,0935 hektar həyətyanı torpaq sahəsində yerləşən 72,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evini və 0,0617 hektar həyətyanı torpaq sahəsini 30000 manata razılaşaraq cavabdehə satmışdır. Həmin məbləğin 1000 manatı cavabdeh tərəfindən ona əvvəlcədən sənədləşməyə görə nağd qaydada ödənilmiş, faktiki cavabdehdə nağd pul 27000 manat olduğundan əmlakın dəyəri müqavilədə cəmi 27000 manat göstərilsə də cavabdeh şifahi razılaşma üzrə 2000 manat ona borclu qalmışdır. Alğı-satqıdan sonra yerdə qalan 0,0318 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 33,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə vahid mülkiyyət hüququ üzrə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində **********12-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 yanvar 2022-ci ildə qeydə alınmış çıxarış verilmişdir. Lakin alıcı olan cavabdeh ona ümumilikdə 28000 manat ödəyərək qalan 2000 manatı da üç ay müddətində ödəyəcəyinə söz vermişdir. O, cavabdehin səmimiliyinə inanaraq razılaşmış və alğı-satqı müqaviləsində bu haqda əlavə qeyd aparılmasına lüzum bilməmiş, pulu tam aldığını qeyd etmişdir. Alğı-satqıdan bir il yarımdan artıq müddət ötməsinə baxmayaraq cavabdeh 2000 manat borcu bu günədək ödəməmişdir. Eyni zamanda cavabdeh özbaşına olaraq onun mülkiyyətində qalan digər 33,3 kv.metr sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 0,0318 hektar həyətyanı torpaq sahəsinin ara sərhədini dəmir dam örtüyü materialı ilə hasarlayarkən həyətin şimal tərəfindən 20 sm-lə başalayaraq həyətin cənub qurtaracağına qədər 50 sm məsafədə həyətinə keçməklə torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Bu zəbtetmə zamanı həyətində olan bir ədəd bar verən 1000 manat dəyərində çoxillik zoğal ağacını dibindən kəsib atmış, digər bir ədəd bar verən çoxillik zoğal ağacının bar verən əsas qol-qanadını kəsməklə ona 500 manat maddi zərər vurmuşdur. Bundan əlavə cavabdeh 5 metr ölçüdə 500 manat dəyərində dəmir çubuqlardan düzəlmiş hasarı, hər biri 100 manat olmaqla 200 manat dəyərində taxta materialından olan pəncərələri və bir ədəd 50 manat dəyərində dəmir çarpayını onun icazəsi olmadan götürərək mənimsəmiş və qaytarmamışdır. Bundan başqa cavabdeh onun adında olmaqla faktiki istifadəsinə keçmiş şəhərarası telefon borcunu ödəmədiyindən cavabdehin əvəzinə 3,85 manat məbləğini o ödəmişdir. Həmin məbləği də cavabdeh ona qaytarmalıdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibətdə qeyd etmişdir ki, 15 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında 0,0935 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105,6 kv.metr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. 22 dekabr 2021-ci il tarixli, AN-İ №0876905 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə iddiaçı İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında yerləşən, ümumi sahəsi 105,6 kv.metr, yaşayış sahəsi 72,8 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olan4 otaqlı fərdi yaşayış evinin 72,3 kv.metr (2 otaq) hissəsini və ümumi sahəsi 0,0935 hektar olan torpaq sahəsinin 0,0617 hektar hissəsini ümumilikdə 27000 manata cavabdehə satmışdır. 17 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və 407-1/288 inventar nömrəli texniki pasporta əsasən İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında 0,0318 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 33,3 kv.metr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 fevral 2024-cü il tarixli, 3-21-3-42/2-1162/2024 nömrəli məktubunda qeyd edir ki hüquqların dövlət reyestrində **********12 saylı çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,0318 hektar (318,0 kv.metr) torpaq sahəsinin 0,00082 hektar (8,2 kv.metr) hissəsi cavabdehin istifadəsindədir.
5. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir.
6. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbi həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsində təmin edilməlidir.
7. Məhkəmə iddia tələbinin 2000 manat borc hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin ona ümumilikdə 28000 manat ödəyərək qalan 2000 manatı da üç ay müddətində ödəyəcəyinə söz verdiyini bildirir. Cavabdeh iddiaçının tələb etdiyi 2000 manat pulun hasarın çəkilməsinə görə olan pul olduğunu bildirir. İddiaçının təqdim etdiyi CD diskdə olan audio yazıda cavabdehin həyat yoldaşı borclarının olduğunu, maşını satıb pulu ödəyəcəklərini qeyd edir. Cavabdehin iddiaçıya 2000 manat borcu olması faktı sübuta yetirildiyindən məhkəmə qərara gəlir ki, iddia tələbi 2000 manat borc hissəsində təmin edilməlidir.
8. Məhkəmə iddia tələbinin 3,85 manat telefon borcu hissəsinə münasibətdə qeyd edir ki, 30 may 2023-cü il tarixli, 14187 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı “202851460” telefon üçün 3,85 manat abunə haqqı ödəmişdir. İddiaçı 3,85 manat telefon borcunu cavabdehdən tələb etsə də məhz həmin borcun cavabdehə aid olması və həmin faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 3,85 manat telefon borcu hissəsində təmin edilməməlidir.
9. Məhkəmə iddia tələbinin maddi zərər hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən maddi zərərin əvəzi kimi – zoğal ağacını kəsdiyinə görə 1000 manat, digər zoğal ağacının bar verən budaqlarını kəsdiyinə görə 500 manat, 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və icazəsi olmadan mənimsədiyi dəmir çarpayıya görə 50 manat dəyərində əmlaklar, əmlaklar olmadıqda onların dəyəri olan 2250 manat məbləğini tələb edir. İddiaçı tələbində cavabdehdən zoğal ağacını kəsdiyinə görə 1000 manat və digər zoğal ağacının bar verən budaqlarını kəsdiyinə görə 500 manat tələb etsə də həmin faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
10. Cavabdeh izahatında iddiaçı ona evi satarkən həmin evdə 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasarın, taxta materialından olan pəncərələrin və çarpayının mövcud olduğunu bildirir. (Bu işin mübahisəsiz halıdır.) Sözügedən əmlaklar iddiaçıya məxsus olduğundan iddia tələbi 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və icazəsi olmadan mənimsədiyi dəmir çarpayıya görə 50 manat dəyərində əmlaklar, əmlaklar olmadıqda onların dəyərinin alınması hissəsində təmin edilməlidir.
11. İsmayıllı Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(037)-18/2024 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində **********12-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 yanvar 2022-ci il tarixdə qeydə alınmış çıxarış üzrə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Fizuli küçəsi 70 ünvanında yerləşən 0,0318 hektar (318,0 kv.metr) həyətyanı torpaq sahəsinin 0,00082 hektar (8,2 kv.metr) zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, Cavabdeh 2000 (iki min) manat borcun alınaraq İddiaçı verilməsi, Cavabdeh 05 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və dəmir çarpayıya görə 50 manat – cəmi 750 (yeddi yüz əlli) manat dəyərində əmlaklar natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onların dəyəri olan 750 (yeddi yüz əlli) manat maddi zərər məbləğinin alınaraq İddiaçı verilməsi, Cavabdeh 47 (qırx yeddi) manat 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 52,5 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157 və 239-cu maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 15 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış 22 dekabr 2021-ci il tarixli, AN-İ №0876905 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi 17 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və 407-1/288 inventar nömrəli texniki pasport 30 may 2023-cü il tarixli, 14187 nömrəli mədaxil qəbz “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 fevral 2024-cü il tarixli, 3-21-3-42/2-1162/2024 nömrəli məktubu 2 iyun 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbz
14. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı tərəfindən məhkəmədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir. Ona görə ki, iddiaçı ilə aralarında bağlanmış ev alqı-satqısı üçün notariat kontorunun depozit hesabına 27000 manat ödəmiş etmişdir.Həmin məbləğdən başqa evdə olan 5 metr ölçüdə dəmir çubuqlardan düzəldilmiş hasara, taxta materialından olan pəncərələrə, dəmir çarpayıya görə nəğd şəkildə 1000 manatı iddiaçıya vermişdir. Beləliklə, iddiaçı ona torpaq sahəsi və fərdi yaşayış evi satın alarkən həmin evdə olan əmlaklarla birlikdə satmışdır. İddiaçı satdığı evdə özünə məxsus əmlakının və ona ödənilməmiş pul vəsaitinin qaldığı barədə ötən dövr ərzində ona qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçı qonşuluqda olan hasar çəkilməsi üçün 5000 manat pulun lazım olduğunu ona bildirmişdir. O isə iddiaçıya hasar çəkilməsi üçün 5000 manat xərci çıxacağı təqdirdə 2000 manat hasar çəkilişi üçün köməklik edəcəyini bildirmişdir. Lakin iddiaçı ötən dövr ərzində qonşuluğda olan hasarı inşa etməmişdir. Lakin o qız övladının toy mərasiminə hazırlıq işləri görülərkən qonşu ilə aralarında olan hasarı inşa etmək qərarına gəlçişdir. Beləliklə, öz vəsaiti hesabına və evin padvalında olan bəzi tikinti materiallarından istifadə edərək qonşu ilə olan hasarı inşa etmişdir. Bunu görən iddiaçı ona qarşı əsassız iddialar qaldıraraq güya o vaxt evi ona satarkən 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasar, taxta materiallarından olan pəncərələr və çarpayının ona məxsus olduğunu, eləcə də evi satarkən güya hasarın çəkilişi üçün ona 2000 manat pul və 750 manat dəyərində əmlakı ondan tələb etmişdir. Qeyd olunan vəsaiti verməyəcəyi təqdirdə onu məhkəməyə verəcəyi hədəsi ilə hədələmişdir. Onun iddiaçıya 2000 manat borcu yoxdur. İddiaçı ona evi satarkən həmin evdə 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasar, taxta materialından olan pəncərələr və çarpayı olmuş və mülkiyyətçi iddiaçı ilə razılığa gələrək həmin əmlalarla birlikdə evi ona satmışdır.
16. Birinci instansiya məhkəməsi güya tələbin əsasını təşkil edən əsaslı sübut kimi şahid ifadələri və iş materiallarına əlavə edilmiş CD diskdə olan audio yazıda olduğunu, onun həyat yoldaşının güya iddiaçıya borclu olduğunu etiraf etməsi, “maşını satıb pulu ödəyəcəyini” bildirməsi hesab edir ki, CD diskdə olan səs yazısi harada hansı şəraitdə səsləndirildiyi ona məlum deyil. Orada səslənən sözlər üzərində işlənilib montaj edilib. Ona görə də, həmin səslənən fikirlər ətraflı araşdırılmalıdır.
17. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(037)- 18/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(037)-18/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Cavabdeh arvadı X4 məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(037)-18/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş - cavabdehin torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və 2000 manat pul tələbinə dair hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
27. Kollegiya ilkin olaraq apellyasiya şikayətinin dəlillərindən qətnamənin cavabdehin torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarının 16-cı vərəqində yer alan 19 may 2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, hazırki iş üzrə iddiaçı Nuriyev X5 şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında yerləşən, ümumi sahəsi 33.3 kv.metr, olan fərdi yaşayış evini və ümumi sahəsi 0,0318 hektar olan torpaq sahəsini Şahid3 cəmi 29.000 manata (ev 20.000 manat, torpaq 9.000 manat) satmışdır. İddiaçı iddiasında cavabdehin özbaşına olaraq onun mülkiyyətində qalan digər 33,3 kv.metr sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 0,0318 hektar həyətyanı torpaq sahəsinin ara sərhədini dəmir dam örtüyü materialı ilə hasarlayarkən həyətin şimal tərəfindən 20 sm-lə başalayaraq həyətin cənub qurtaracağına qədər 50 sm məsafədə həyətinə keçməklə torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini iddia etməklə cavabdehin həmin hissədən çıxarılmasını tələb etmişdir. Halbuki, göründüyü kimi, həmin “33,3 kv.metr sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 0,0318 hektar həyətyanı torpaq sahəsi” iddia ərizəsi verildiyi 7 iyun 2023-cü il tarixdə artıq iddiaçının mülkiyyətində deyildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, İddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin mülkiyyətçisi deyildir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin, hazırki halda İddiaçı cavabdehə qarşı “33,3 kv.metr sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 0,0318 hektar həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququ mövcud deyildir. Qeyd olunanlar hazırki iddianın həmin hissədə əsassız olmasını göstərir və onun həmin hissədə təmin olunmaması nəticəsinə gəlməyə əsas verir.
28. Apellyasiya şikayətinin digər dəlilləri iddiaçının tələb etdiyi 2000 manat borcla bağlıdır. İddia tələbinin təmin olunmuş həmin hissəsində iddiaçı torpaq sahəsini 30000 manata razılaşaraq cavabdehə satdığını, həmin məbləğin 1000 manatının cavabdeh tərəfindən ona əvvəlcədən sənədləşməyə görə nağd qaydada ödənildiyini, faktiki cavabdehdə nağd pul 27.000 manat olduğundan əmlakın dəyəri müqavilədə cəmi 27.000 manat göstərilsə də, cavabdeh şifahi razılaşma üzrə 2000 manat ona borclu qaldığını iddia etməklə həmin 2000 manatın cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı alqı-satqının müqavilədə göstəriləndən daha artıq məbləğə həyata keçirildiyi, həmçinin cavabdehin ona 2000 manat borcunun qaldığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə iş materiallarında olan CD diskdə olan cavabdehin arvadı X1 yazısında “pulu avtomobili sataraq ödəyəcəklərini” bildirməsinə əsaslanaraq iddianı həmin hissədə təmin etmişdir. Apellyasiya şikayətində isə cavabdeh iddiaçıya hasar çəkilməsi üçün 5000 manat xərci çıxacağı təqdirdə 2000 manat hasar çəkilişi üçün köməklik edəcəyini bildirdiyini, lakin iddiaçının ötən dövr ərzində qonşuluqda olan hasarı inşa etmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən cavabdehin arvadı X4 bildirdi ki, avtomobili sataraq pulu ödəyəcəklərini özünü iddiaçının bacısı olaraq təqdim edən Rusiyada yaşayan onun əvvəldən tanımadığı X6 ilə hasar çəkilməsi üçün veriləcək 2000 manatın ödənilməsi ilə bağlı söhbətdə həmin hasarın pulunun ödənilməsi üçün demişdir. Sonuncu iddiaçıda saxlanılmış torpaq sahəsinin və onun üzərində olan evin də ona məxsus olduğunu, lakin iddiaçının adına qeydiyyata alındığını bildirmişdir. Onların arasında söhbət uzun çəkmiş, hasarla bağlı bütün məsələlər müzakirə edilmiş, hasarın çəkilməsi ilə bağlı xərcin iddiaçıya düşən hissəsini Leylagilin çəkəcəyi deyilmişdir. İddiaçı tərəf isə həmin yazının özlərinə sərf edən hissəsini saxlamaqla qalan hissəsini pozaraq yarımçıq yazını məhkəməyə təqdim etmişlər. Onun Leyla ilə olan danışığının hazırki iş üzrə olan iddiaçıya heç bir aidiyyatı yoxdur. Şahidin torpağın və evin qalan hissəsinin Dəmirli Leylaya məxsus olması ilə bağlı bildirdiklərini iddiaçı da təsdiqləmişdir. Kollegiya hesab edir ki, tələbin bu hissəsi sübutetmə yükünün bölüşdürülməsi baxımından nəzərdən keçirilməlidir. Göründüyü kimi, iddiaçı cavabdehin torpağın və evin satılmasından qalan 2000 manat borcunu cavabdehdən tələb etmiş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf alqı-satqıdan borcun qaldığını etiraf etməmişdir. İddiaçının isə hasar çəkilməsi məqsədilə verilməli olan pulla bağlı tələbi mövcud deyildir. Ona görə də, iddiaçının tələbi həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməli, apellyasiya şiakyəti isə həmin hissədə təmin edilməlidir.
29. İddia tələbinin təmin olunmuş növbəti hissəsi 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və dəmir çarpayıya görə 50 manat – cəmi 750 (yeddi yüz əlli) manat dəyərində əmlaklar, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onların dəyəri ilə bağlı olmuşdur. İddiaçı tələbin həmin hissəsi ilə bağlı da heç bir sübut təqdim etməsə də, cavabdeh izahatlarında və apellyasiya şikayətində torpaq sahəsi və evi aldığı zaman torpaq sahəsində həmin əmlakların mövcud olduğunu və onun həmin əmlaklardan istifadə etdiyini etiraf etmişdir. Ona görə də, MPM-in 106.3-cü maddəsinin tələbi baxımından həmin əmlakların torpaq sahəsi cavabdehə verildiyi vaxt mövcud olduğu və cavabdeh tərəfindən istifadə edildiyi sübut olunmuş hesab olunur. Lakin cavabdeh həmin materialları iddiaçıya 1000 manat verməklə ondan aldığını iddia edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, onun göstərdikləri əsaslı hesab edilə bilməz. Ona görə də, sübutetmə yükünün bölüşdürülməsi baxımından, apellyasiya şikayəti bu hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş cavabdehin torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və 2000 manat pul tələbinə dair hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(037)-18/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş cavabdehin torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və 2000 manat pul tələbinə dair hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi “DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində **********12-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 yanvar 2022-ci il tarixdə qeydə alınmış çıxarış üzrə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Fizuli küçəsi 70 ünvanında yerləşən 0,0318 hektar (318,0 kv.metr) həyətyanı torpaq sahəsinin 0,00082 hektar (8,2 kv.metr) zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, Cavabdeh 2000 (iki min) manat borcun alınaraq İddiaçı verilməsi” hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən – iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin cavabdehin apellyasiya şikayətində mübahisələndirilən və hazırki qətnamə ilə təmin olunmayan qalan hissəsi 750 manat dəyərində olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Hazırki qətnamə ilə iddianın rədd edilən torpaq sahəsindən çıxarılma ilə bağlı hissəsi qiymətləndirilməyən iddia olduğundan həmin hissədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. İddianın hazırki qətnamə ilə rədd edilən digər hissəsi 2000 manat dəyərində olduğundan həmin hissədən kassasiya şikayəti verilə bilməz.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İsmayıllı Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(037)-18/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş cavabdehin torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və 2000 manat pul tələbinə dair hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi “DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində **********12-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 yanvar 2022-ci il tarixdə qeydə alınmış çıxarış üzrə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Fizuli küçəsi 70 ünvanında yerləşən 0,0318 hektar (318,0 kv.metr) həyətyanı torpaq sahəsinin 0,00082 hektar (8,2 kv.metr) zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, Cavabdeh 2000 (iki min) manat borcun alınaraq İddiaçı verilməsi” hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev