Məhkəmə qərarları › İş №2(037)-680/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-680/2020

17.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-680/2020 17.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X17, X6, X8, X15, X16 və X5 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini müdafiə etdiyini bildirdi və tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon X7 xx xxxxxx 1998-ci il tarixli 62 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində 3,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında arvadının soyadı Quliyeva əvəzinə Mikayılova və qızının soyadı Quluyeva əvəzinə Quliyeva kimi qeyd olunmuşdur. X25 xx xxxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Dövlət aktında arvadının və qızının soyadlarında uyğunsuzluq olduğundan arvadından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Göstərilən dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid X16 ifadə verərək göstərdi ki, ərizəçi onun atasıdır. Aparılan torpaq islahatı zamanı onların birgə mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair dövlət aktında anasının soyadı Quliyeva əvəzinə Mikayılova, bacısının soyadı Quluyeva əvəzinə Quliyeva kimi qeyd olunmuşdur. Göstərilən dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Şahid X9 şahid X16 ilə eyni məzmunlu ifadə verərək JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17844192 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə mülkiyyətçiyə X10 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 15587665 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə mülkiyyətçiyə X16 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 14378236 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə mülkiyyətçiyə X11 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X12 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X15 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli AZ- İİ 028989 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X17 xx xxxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. AZ-İ 552689 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X18 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Həsənova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Quluyeva olmuşdur. AZ-İ 192428 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2005-ci il tarixdə İsmayıllı RİHB Kürdmaşı ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X24 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Ağayeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Quliyeva olmuşdur. İsmayıllı RİHB-nın Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 396 nömrəli arayışdan görünür ki, JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X17 əvəzinə texniki səhv olaraq X14 yazılmışdır. JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Ərizəçi, X17, X6, X8, X15, X16 və X3 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında X2 Mikayılova, X1 Quliyeva kimi yazılmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********75 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0663 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında Ərizəçi, X17, X6, X8, X15, X16 və X3 birgə mülkiyyətlərinə İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində 3,13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktında mülkiyyətçi X2 Mikayılova, mülkiyyətçi X1 Quliyeva kimi qeyd olunmuşdur. Mülkiyyətçi Kəsirə Quliyeva xx xxxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Mülkiyyətçilərin soyadları düzgün yazılmadığından ərizəçi arvadından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyadlarının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 1999-cu il tarixli JN-5xx xxx 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi, X17, X6, X8, X15, X16 və X5 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar