Məhkəmə qərarları › İş №2(037)-683/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-683/2020

25.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-683/2020 25.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X15, X7, X4 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini müdafiə etdiyini bildirdi və tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon X6 xx xxxxxx 1998-ci il tarixli 63 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Aşağı Cülyan kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamədə onun adı Məhərrəm əvəzinə Məhərrpəm, ata adı Soltanalı əvəzinə Soltanəli, arvadının ata adı Amin əvəzinə Amil, oğlanlarının soyadları Soltanlı əvəzinə Nəzərov kimi qeyd olunmuşdur. Mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsini satmaq istəyir. Şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı düzgün qeyd olunmadığından torpaq sahəsinə dair çıxarış ala bilmir. Uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Göstərilən şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid X15 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Aparılan torpaq islahatı zamanı onların birgə mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair şəhadətnamədə onun ata adı Amin əvəzinə Amil, ərinin adı Məhərrəm əvəzinə Məhərrpəm, ata adı Soltanalı əvəzinə Soltanəli, oğlanlarının soyadları Soltanlı əvəzinə Nəzərov kimi yazılmışdır. Göstərilən şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Şahid X5 şahid X15 ilə eyni məzmunlu ifadə verərək JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 04737878 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxx 2007-ci il tarixdə mülkiyyətçiyə X15 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17483136 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ASAN-QƏBƏLƏ tərəfindən xx xxxxxx 2018-ci il tarixdə mülkiyyətçiyə X7 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 09791773 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə mülkiyyətçiyə X8 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı RİHB-nın Cülyan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 231 nömrəli arayışdan görünür ki, JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi əvəzinə Ərizəçi Soltanəli oğlu kimi yazılmalıdır. İsmayıllı RİHB-nın Cülyan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 237 nömrəli arayışdan görünür ki, JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi əvəzinə X2, X15 əvəzinə X16, X7 əvəzinə X10, X8 əvəzinə X11 yazılmışdır. JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, X15, X7 və X3 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə Ərizəçi adı Məhərrpəm, ata adı Soltanəli, X12 ata adı Amil, X7 və X1 Nəzərov kimi yazılmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********65 nömrəli məktubdan görünür ki, ərizəçi JN-251A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Ərizəçi, X15, X7 və X3 birgə mülkiyyətlərinə İsmayıllı rayonun Aşağı Cülyan kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi adı Məhərrpəm, ata adı Soltanəli, X12 ata adı Amil, X7 və X1 Nəzərov kimi qeyd olunmuşdur. Mülkiyyətçilərin soyad, ad və ata adı düzgün yazılmadığından ərizəçi torpaq sahəsinə dair çıxarış ala bilmədiyindən mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ərizəçi göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2002-ci il tarixli JN-251A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi, X15, X7 və X4 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar