Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-689/2021 09.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Ərizəçi İsmayıllı RİHB-nın yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanı maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair mülki işə 09 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, atası 1929-cu il təvəllüdlü X4 və anası 1932ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası X4 1929-cu ildə, anası X8 1932-ci ildə İsmayıllı rayonu, Tağlabiyan kəndində anadan olmuşlar. Valideynləri onunla birlikdə yaşayırlar və hər ikisi uzun müddətdir ki xəstədirlər. Son zamanlar valideynlərinin vəziyyəti daha da ağırlaşmışdır. X1 və X2 rayon X12 X16 Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F00.1 Alsheymer xəstəliyi zamanı gecikmiş başlanğıclı demensiya koqnitiv funksiyaların enməsi və davranış pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. Validenlərinin psixi qüsurları – onların ağıl zəifliyi və psixi xəstəliyi haqqında işdə kifayət qədər məlumatlar vardır. Belə ki, valideynləri onun himayəsində yaşayır və onlara bütün qulluqları o və ailəsi göstərir. Son dövrlər valideynlərinin vəziyyəti daha da ağırlaşmış və idarə olunmaz hala gəlmişdir. Onlar etdiyi hərəkətləri dərk etmir və öz hərəkətlərinə cavab vermək iqtidarında deyildirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin olunaraq, atası 1929-cu il təvəllüdlü X4 və anası 1932-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X14 izahat verərək göstərdi ki, X4 və X5 barələrində İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. Şahid ifadə verərək göstərdi ki, ərizəçi onun xalası oğludur. Ərizəçinin valideynləri Orcalı Mustafayev və Nisbət Mustafayeva uzun müddət xəstədirlər. Son illər onların psixi pozuntu halları daha da ağırlaşmışdır. Valideynləri ərizəçi və ailəsi ilə birlikdə İsmayıllı rayonu, Tağlabiyan kəndində yaşayırlar və valideynlərinin bütün əziyyətini onlar çəkirlər. Orcalı Mustafayev və Nisbət Mustafayeva kənar şəxslərin köməyi olmadan özlərini idarə edə bilmirlər. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1970-ci il tarixdə İsmayıllı rayonu, Tağlabiyan kəndində doğulmuş Ərizəçi həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş AZE seriyalı 03341520 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 1929-cu ildə İsmayıllı rayonu, Tağlabiyan kəndində doğulmuş X4 həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 1932-ci ildə İsmayıllı rayonu, Tağlabiyan kəndində doğulmuş X8 həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan 10 may 1970-ci il tarixli, A3 № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuş, atası X4, anası X6r. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 rayon X12 Hüquqi Şəxsin 29.06.2021-ci il tarixli, 2127 və 2128 saylı arayışlarından görünür ki, Ərizəçi və X2 rayon X12 X16 Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F00.1 Alsheymer xəstəliyi zamanı gecikmiş başlanğıclı demensiya koqnitiv funksiyaların enməsi və davranış pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. İsmayıllı Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(037)-689/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 1709 saylı, 03.08.2021-ci il tarixli və 1747 saylı, 07.08.2021-ci il tarixli rəyləri ilə müəyyən edilmişdir ki, X4 və X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyillər. Buna görə də X4 və X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri üçün əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 03.08.2021-ci il tarixli, 1709 saylı və 07.08.2021-ci il tarixli, 1747 saylı rəylərinin nəticə hissələrində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X3 və X5 öz psixi vəziyyətlərinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadıqları sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1929-cu il təvəllüdlü X4 və 1932-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1929-cu ildə İsmayıllı rayonu Tağlabiyan kəndində anadan olmuş, həmin kənddə yaşayan X4 və 1932-ci ildə İsmayıllı rayonu Tağlabiyan kəndində anadan olmuş, həmin kənddə yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-689/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-689/2021
09.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver