Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-69/2021 05.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi x maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək əri X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, X8 onun əridir. 1990-cı ildə baş vermiş 20 Yanvar hadisələrindən sonra ərində əsəb xəstəliyi yaranmışdır. Artıq 30 ildən çox vaxt keçməsinə baxmayaraq ərinin sağlamlığında yaxşılığa doğru inkişaf yoxdur. Əri onun himayəsində yaşayır. Lazımı qulluğu o, göstərir. Əri 1996-cı ildən İsmayıllı rayon Mərkəzi Poliklinikasının “ruhi-əsəb” kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. Ərinin vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Ərinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Qeyd etdiklərinə əsasən əri X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X8 məhkəmə iclasına gəlməmiş, məhkəmə psixiatriya ekspertizasının rəyində onun psixi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmək qabiliyyətində olmadığı qeyd edilmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. x nümayəndəsi X11 izahat verərək göstərdi ki, X3 barəsində İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçini və ailəsini yaxından tanıyır. Ərizəçinin əri uzun müddətdir ki, əsəb xəstəsidir. Müalicə olunsa da səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Ona bütün qayğıları ərizəçi göstərir. Bədrəddin Yediyarov kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilmir. X4 ifadə verərək göstərdi ki, ərizəçini və ailəsini yaxından tanıyır. Ərizəçinin əri Bədrəddin Yediyarov uzun müddətdir ki, xəstədir və öz hərəkətlərinin mənasını dərk etmir. Bədrəddinə bütün qayğıları ərizəçi göstərir. O, kənar şəxsin köməyi olmadan özünü idarə edə bilmir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə xx xxxxxx 2006-cı il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08400853 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx xxxxx 1940-cı il tarixdə Qutkaşen rayonun Zalam kəndində anadan olmuş, İsmayıllı rayonun Kürdmaşı kəndində yaşayır. A3 185969 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında xx xxxxxxxx 1974-cü il tarixdə Bığır kənd sovetliyində rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Yediyarov, arvada Yediyarova soyadı verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, X6 paranoid şizofreniya, şizofreniya paranoid forma psixi qüsur vəziyyətində diaqnozu qoyulmuş, onun kənar şəxslərin qulluğuna ehtiyacı olduğu göstərilmişdir. X tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 2797 nömrəli arayışdan görünür ki, X8 xx xxxxxx 1996-cı il tarixdən İsmayıllı M.R.X-nın Konsultativ Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. X xx xxxxxx 2021-ci il tarixli 114 nömrəli rəyindən görünür ki, iş materialları əsasında aparılmış ekspert rəyinə əsasən Bədrəddin Yediyarov “şizofreniya paranoid forma psixi qüsur vəziyyəti” psixi xəstəliyindən əziyyət çəkir. “Şizofreniya paranoid forma” xəstəliyi psixi qüsur vəziyyəti ilə nəticələndiyindən o, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Bədrəddin Yediyarovun psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X1 rayon Mərkəzi Poliklinikasının “Ruhi-Əsəb” kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bədrəddin Yediyarov “şizofreniya paranoid forma psixi qüsur vəziyyəti” psixi xəstəliyindən əziyyət çəkir. “Şizofreniya paranoid forma” xəstəliyi psixi qüsur vəziyyəti ilə nəticələndiyindən o, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bədrəddin Yediyarov psixi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmək qabiliyyətində deyildir. Tibbi sənədlərin araşdırılması nəticəsində ekspert X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qənaətinə gəlinmişdir. Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi Bədrəddin Yediyarovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X8 “şizofreniya paranoid forma” diaqnozu ilə xəstədir. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 rəyinə əsasən məhkəmə hesab edir ki, Bədrəddin Yediyarov öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizənin təmin edilməsi, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxx 1940-cı il tarixdə X anadan olmuş, X yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-69/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-69/2021
05.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver