Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-692/2024 31.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu İsayev Əlikram Ramil oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, 04 iyun 2006-cı il tarixdə doğulmuş oğlu Əlikram İsayev anadangəlmə autizm xəstəsidir və İ qrup əlildir. Uzun illərdir müalicə alsa da səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. X9 rayon X1 Şöbəsində “uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli “imbesillik dərəcəsində) əqli gerilik”(F72) diaqnozu ilə qeydiyyatdadır. Oğlu onun himayəsində yaşayır və ona bütün qulluğu o göstərir. Əlikramın vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Özünü, başını hara gəldi vurur, saxlamaq olmur. Oğlu Əlikramın kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən oğlu Əlikram İsayevin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İsayev Əlikram Ramil oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 izahat verərək göstərdi ki, İsayev Əlikram Ramil oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 16 iyun 2006-cı il tarixli AZ-İ seriyalı 778850 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsayev Əlikram Ramil oğlu 04 iyun 2006-cı il tarixdə doğulmuşdur və onun valideynləri İsayev Ramil Əlikram oğlu və X5r. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2011-ci il tarixli 2(005)-489 nömrəli qətnaməsinin surətindən görünür ki, İsayev Ramil Əlikram oğlu ilə X8 arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş X6 və İsayev Əlikram Ramil oğlunun anası X3 yanında qalması qət olunmuşdur. - Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 124764 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İsayev Ramil Əlikram oğlu ilə X8 arasında olan nikah ləğv edilmiş, kişiyə İsayev, arvada Nuruyeva soyadı verilmişdir. -Abşeron RPŞ QvŞV bölməsi tərəfindən 20 dekabr 2023-cü il tarixdə verilmiş müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyata alınmışdır. - Abşeron RPŞ QvŞV bölməsi tərəfindən 20 dekabr 2023-cü il tarixdə verilmiş müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ərizəçinin oğlu İsayev X4 rayonu Xırdalan şəhəri Şəfiqə Əfəndizadə küçəsi ev 6 ünvanında qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 30 mart 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, ərizəçi 16 mart 2023-cü il tarixdən İsmayıllı rayonun Basqal qəsəbəsində qeydiyyatdadır. - Şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Basqal qəsəbəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi-Sosial Ekspert Komissiyasının 26 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, İsayev Əlikram Ramil oğlunun sağlamlıq vəziyyəti 30 aprel 2022-ci il tarixdə qiymətləndirilərək ona “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik (İQ-35), qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə. Spastik paralegiya, Uşaq serebral iflici” diaqnozu qoyulmuş, əmək zəmanətsizdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İsayev Əlikram Ramil oğlunun sağlamlıq vəziyyəti 12 oktyabr 2023-cü il tarixdə qiymətləndirilərək ona “uşaq serebral iflici. Ağır dərəcəli əqli gerilik (İQ-20), Nitq artikulyasiyasının spesifik pozuntusu. Tapetoretinal abiotrofiya” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir və müddətsiz birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 10 iyun 2024-cü il tarixli 1705 nömrəli rəyindən görünür ki, İsayev Əlikram Ramil oğlunda “uşaq serebral iflici nəticəsində yaranmiş ağir dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik”(F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (asfiksiya ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında "Uşaq serebral iflici Ağır dərəcəli əqli gerilik (İQ-20). Nitq artikulyasiyasının spesifik pozuntusu. Tapetoretinal abiotrofiya" diaqnozu ilə birinci dərəcəli əlil olması), hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən suallan anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair sübut edir. Əlikram İsayev psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə edə bilmək qabiliyyətində deyil və psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsayev Əlikram Ramil oğlu 04 iyun 2006-cı il tarixdə doğulmuş və onda “uşaq serebral iflici nəticəsində yaranmiş ağir dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” (F72) qeyd olunur. Əlikram İsayevin sağlamlıq vəziyyəti 12 oktyabr 2023-cü il tarixdə qiymətləndirilərək ona “uşaq serebral iflici. Ağır dərəcəli əqli gerilik (İQ-20), Nitq artikulyasiyasının spesifik pozuntusu. Tapetoretinal abiotrofiya” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir və ona birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 27 iyun 2024-cü il tarixli 2796 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İsayev Əlikram Ramil oğlunda “uşaq serebral iflici nəticəsində yaranmiş ağir dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” (F72) qeyd olunur. Əlikram İsayev psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik deyil və psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Ərizəçi İsayev Əlikram Ramil oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Əlikram İsayevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, İsayev Əlikram Ramil oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 iyun 2006-cı il tarixdə doğulmuş İsayev Əlikram Ramil oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-692/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-692/2024
31.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver