Məhkəmə qərarları › İş №2(037)-696/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-696/2023

18.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-696/2023 18.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 18 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu Cəbrayılov Elman Şükür oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu Elman anadan güsurlu doğulmuşdur. Uzun illərdir müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmamışdır. Bütün müalicələr nəticəsiz qalmışdır. Elmana bütün qulluğu o və ailəsi göstərir. Elman İ qrup əlildir və İsmayıllı rayon X1 Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F73 Çox ağır dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Elmanın hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən oğlu Elman Cəbrayılovun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cəbrayılov Elman Şükür oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahat verərək göstərdi ki, Cəbrayılov Elman Şükür oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1958ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində doğulmuş, İsmayıllı şəhəri Q.Məmmədov küçəsi ev 10-da yaşayan şəxs Ərizəçidur. XİV-ЖГ 365321 nömrəli doğum haqqında şəhadətnamənin və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 11 aprel 1989-cu il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş şəxs Cəbrayılov Elman Şükür oğludur. Valideynləri Ərizəçi və X3r. İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli 1214 nömrəli arayışdan görünür ki, ərizəçinin ailə tərkibi aşağıdakı kimidir: oğlu-X8, oğlu-Cəbrayılov Elman Şükür oğlu. Cəbrayılov Elman Şükür oğluna məxsus xəstənin ambulator tibbi kartasının surətindən görünür ki, Cəbrayılov X5 rayon X1 Poliklinika şöbəsində qeydiyyata alınmış və müxtəlif vaxtlarda səhhəti ilə bağlı müayinələrdən keçmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cəbrayılov Elman Şükür oğlunun sağlamlıq vəziyyəti 15 iyul 2005-ci il tarixdə qiymətləndirilərək ona “oliqofreniya idiot dərəcəsi” diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən 08 may 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3-1668/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri Q.Məmmədov küçəsi ev 10-da yaşayan 11 aprel 1989-cu il təvəllüdlü Cəbrayılov X5 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F73 çox ağır dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 08 iyul 2023-cü il tarixli 1861 nömrəli rəyindən görünür ki, Cəbrayılov Elman Şükür oğlunda “dərin əqli gerilik” diaqnozlu psixi pozuntu müəyyən edilir. Elman Cəbrayılov həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən Cəbrayılov Elman Şükür oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cəbrayılov Elman Şükür oğlu 11 aprel 1989-cu il tarixdə İsmayıllı şəhərində anadan olmuşdur. Uşaqlıqdan xəstə olmuşdur. Sağlamlıq vəziyyəti 15 iyul 2005-ci il tarixdə qiymətləndirilərək ona “oliqofreniya idiot dərəcəsi” diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. X7 M.R.X-nın X2 “Ruhi-əsəb” kabinetində “F73 çox ağır dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cəbrayılov Elman Şükür oğlunda “dərin əqli gerilik” müəyyən edilir. Elman Cəbrayılov həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ərizəçi Cəbrayılov Elman Şükür oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Elman Cəbrayılovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cəbrayılov X5 MRX-nın X2 “Ruhi-əsəb” kabinetində “F73 çox ağır dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 rəyinə əsasən məhkəmə hesab edir ki, Elman Cəbrayılov öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Cəbrayılov Elman Şükür oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 aprel 1989-cu il tarixdə doğulmuş Cəbrayılov Elman Şükür oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar