Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-699/2023 21.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə 21 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2000-ci il tarixli 113 nömrəli qərarı ilə 2.39 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0208 KOD 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1998-ci il tarixli 46 nömrəli qərarı ilə 0.21 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN- 046F Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona Ərizəçi və ailə üzvləri X11, X8, X16, X9 və Mahmudova (nikahdan sonra Yaralıyeva) Laura Bəylər qızına məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki,İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2000-ci il tarixli 113 saylı qərarına əsasən JN-0208 KOD 40711028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İstisu kəndində yerləşən 2.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X21,X17, X22,X24 və X6 birgə mülkiyyətlərinə verilmişdir. Eyni zamanda İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1998-ci il tarixli 46 saylı qərarına əsasən JN-046F KOD 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi onun və digər mülkiyyətçilər X21,X17,X22 və X12 birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Mahmudov” və cinsini bildirən söz “oğlu” olmasına baxmayaraq JN-0208 kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında və JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı Mahmudova və cinsini bildirən söz “qızı” kimi yazılmışdır.Bu hal həmin torpaq sahələri üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər.Məsələn,qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması vəs.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Dövlət Aktındakı və Şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı və Şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında və Şəhadətnamədə mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur.Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad,soyad və ata adları ilə Dövlət Aktındakı və Şəhadətnamədəki ad,soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı,JN-0208 Kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və JN-046F Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona və digər mülkiyyətçilərə məxsus olması faktları müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş,lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X21 ifadə verərək göstərdi ki,Ərizəçi oğludur.İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2000-ci il tarixli 113 saylı qərarına əsasən onun və ailə üzvləri X17,X25 (ərizəçi), X22, X24 və X6 birgə mülkiyyətlərinə JN-0208 Kod 40711028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İstisu kəndində yerləşən 2.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Eyni zamanda İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1998-ci il tarixli 46 saylı qərarına əsasən onun və ailə üzvləri X17, X25 (ərizəçi), X22 və X12 birgə mülkiyyətlərinə JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İstisu kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında və Şəhadətnamədə onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir.Oğlu Ərizəçi soyadı həmin vaxt “Mahmudov” və cinsini bildirən söz “oğlu” olmasına baxmayaraq JN-0208 kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında və JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı Mahmudova və cinsini bildirən söz “qızı” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib,iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonu,İstisu kəndində anadan olmuş Mahmudov X23 rayonu, İstisu kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0340726 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonu, İstisu kəndində anadan olmuş X4 rayonu,İstisu kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan 5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA1866200 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonu, İstisu kəndində anadan olmuş X1 rayonu,İstisu kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli,AZE №16527357 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1966-cı il tarixdə İsmayıllı rayonu,İstisu kəndində anadan olmuş X2 rayonu, İstisu kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE № 07726681 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonu,İstisu kəndində anadan olmuş X3 rayonu, İstisu kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, AZE № ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonu,İstisu kəndində anadan olmuş X5 rayonu, Məmmədağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ rayon Məmmədağalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2017-ci il tarixli AZ-İİ №188667 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki,X13 ilə X22 20 may 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, ərə Yaralıyev və arvada Yaralıyeva soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin may ayının 20 günündə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-0208 Kod 40711028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 sentyabr 2000-ci il tarixli 113 saylı qərarı ilə İsmayıllı rayonu,İstisu kənd sakinləri X21, X17,X25 (ərizəçi),X22,X24 və X6 birgə mülkiyyətlərinə İsmayıllı rayonu,İstisu kəndi ərazisindən 2.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 19536 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 21 aprel 1998-ci il tarixli 46 saylı qərarı ilə İsmayıllı rayon İstisu kənd sakinləri X21, X17,X25 (ərizəçi), X22 və X12 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İstisu kəndi ərazisindən 0.21 hektar həyətyanı torpaq sahəsi verilmişdir.Şəhadətnamə 8095 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən,"X36 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2000-ci il tarixli 113 saylı qərarına əsasən JN-0208 Kod 40711028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İstisu kəndində yerləşən 2.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21,X17,X25 (ərizəçi),X22,X24 və X6 birgə mülkiyyətlərinə verilmişdir. Eyni zamanda İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1998-ci il tarixli 46 saylı qərarına əsasən JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İstisu kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi X21,X17,X25 (ərizəçi), X22 və X12 birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Dövlət Aktında və Şəhadətnamədə ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi həmin vaxt soyadı “Mahmudov” və cinsini bildirən söz “oğlu” olmasına baxmayaraq JN-0208 kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında və JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı Mahmudova və cinsini bildirən söz “qızı” kimi yazılmışdır. X37 və Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir,bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2000-ci il tarixli 113 saylı qərarına əsasən JN-0208 Kod 40711028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,İstisu kəndində yerləşən 2.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X21,X17, X25 (ərizəçi),X22,X24 və X6 mülkiyyətlərinə verilməsinə dair JN-0208 Kod 40711028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi soyadının “Mahmudova” və cinsini bildirən sözün “qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli,AZE №07726681 saylı şəxsiyyət vəsiqəsi), X8 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli,AZE №16527357 saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Yaralıyeva) Laura Bəylər qızına (Qəbələ RPŞ tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli, AZE №16548796 saylı şəxsiyyət vəsiqəsi), X16 (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA0340726 saylı şəxsiyyət vəsiqəsi), X9 (Asan 5 tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1866200 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (Asan- Qəbələ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA******* nömrəli şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1998-ci il tarixli 46 saylı qərarına əsasən JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İstisu kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsinin X21,X17, X25 (ərizəçi), X22 və X12 mülkiyyətlərinə verilməsinə dair JN- 046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi soyadının “Mahmudova” və cinsini bildirən sözün “qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE №07726681 saylı şəxsiyyət vəsiqəsi), X8 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli, AZE №16527357 saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Yaralıyeva) Laura Bəylər qızına (Qəbələ RPŞ tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli,AZE №16548796 saylı şəxsiyyət vəsiqəsi), X16 (Asan- Qəbələ tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA0340726 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli,AA******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227,233,307-308,311,360-cı maddələrini rəhbər tutaraq,məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2000-ci il tarixli 113 saylı qərarına əsasən JN-0208 Kod 40711028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,İstisu kəndində yerləşən 2.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X21,X17,X25 (ərizəçi),X22,X24 və X6 mülkiyyətlərinə verilməsinə dair JN-0208 Kod 40711028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi soyadının “Mahmudova” və cinsini bildirən sözün “qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2010-cu il tarixli,AZE №07726681 saylı şəxsiyyət vəsiqəsi),X8 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli, AZE №16527357 saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Yaralıyeva) Laura Bəylər qızına (Qəbələ RPŞ tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli, AZE №16548796 saylı şəxsiyyət vəsiqəsi), X16 (Asan- Qəbələ tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA0340726 saylı şəxsiyyət vəsiqəsi), X9 (Asan 5 tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1866200 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA******* nömrəli şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1998-ci il tarixli 46 saylı qərarına əsasən JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İstisu kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsinin X21,X17, X25 (ərizəçi), X22 və X12 mülkiyyətlərinə verilməsinə dair JN-046F Kod 40711028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi soyadının “Mahmudova” və cinsini bildirən sözün “qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE №07726681 saylı şəxsiyyət vəsiqəsi), X8 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli,AZE №16527357 saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Yaralıyeva) Laura Bəylər qızına (Qəbələ RPŞ tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, AZE №16548796 saylı şəxsiyyət vəsiqəsi), X16 (Asan- Qəbələ tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli,AA0340726 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli,AA******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-699/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-699/2023
21.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver