Məhkəmə qərarları › İş №2(037)-703/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-703/2023

21.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-703/2023 21.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə 21 iyul 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahələri barədə tərtib olunmuş JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X17, Rəcəbova Məxpulla, X13, X14, X7, X3 və onlara, JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X17, Rəcəbova Məxpulla, X13, X7, X3 və onlara məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə edərək göstərdi ki, məluma hadisələrlə bağlı 1988-ci ildə Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonun Kürdmaşı kəndində məskunlaşmışıq. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi “X17”nun adı “Fəramiz”, mülkiyyətçi “Rəcəbova Məxpulla”nın ata adı “Qurban”, mülkiyyətçi “Ərizəçi3”nun adı “Adulkərim”, mülkiyyətçi “Ərizəçi2”nın soyadı “Cabbarova”, mülkiyyətçi “X10”nın ata adı “Abdukərim”, mülkiyyətçi “X13”nın soyad, ad və ata adı “X18”, JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi “X17”nun adı “Fəramiz”, mülkiyyətçi “Rəcəbova Məxpulla”nın ata adı “Qurban”, mülkiyyətçi “Ərizəçi3”nun adı “Adulkərim”, mülkiyyətçi “Ərizəçi2”nın soyadı “Cabbarova”, mülkiyyətçi “X10”nın ata adı “Abdukərim”, mülkiyyətçi “X13”nın soyad, ad və ata adı “X18” kimi yazılmışdır. X30 məxsus sənədlərdə onun ata adı qeyd olunmasa da, torpaq sahələrinə dair sənədlərdə anasının ata adı Qurban kimi yazılmışdır. Bundan başqa onların ailəsində Hümbət övladları olmamışdır. Mülkiyyətçi olan qızı Gülşadın əvəzinə Hümbət yazılmışdır. Bu hallar həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək dövlət aktında və şəhadətnamədə yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adları ilə dövlət aktındakı və şəhadətnamədəki adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəmə iclasına gəlməmişlər, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumlarıdır. Ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahələri barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi “X17”nun adı “Fəramiz”, mülkiyyətçi “Rəcəbova Məxpulla”nın ata adı “Qurban”, mülkiyyətçi “Ərizəçi3”nun adı “Adulkərim”, mülkiyyətçi “Ərizəçi2”nın soyadı “Cabbarova”, mülkiyyətçi “X10”nın ata adı “Abdukərim”, mülkiyyətçi “X13”nın soyad, ad və ata adı “X18”, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi “X17”nun adı “Fəramiz”, mülkiyyətçi “Rəcəbova Məxpulla”nın ata adı “Qurban”, mülkiyyətçi “Ərizəçi3”nun adı “Adulkərim”, mülkiyyətçi “Ərizəçi2”nın soyadı “Cabbarova”, mülkiyyətçi “X10”nın ata adı “Abdukərim”, mülkiyyətçi “X13”nın soyad, ad və ata adı “X18” kimi qeyd edilmişdir. Ərizəçilərin ailəsində Hümbət adlı şəxs olmamışdır. Həmin dövlət aktının və şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 şahid X27 ilə eyni məzmunlu ifadə verərək JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçilərə və ailəsinə məxsus olmasını təsdiq etdi. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X19, X20, X11, X24, X21, X18, X14, X7 və X1 qeyd olunmuşdur. İş materiallarında olan JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X19, X20, X11, X24, X21, X18, X7 və X1 qeyd olunmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 06 may 2008-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1957-ci il tarixdə Özbəkistan, Sırdərya vilayəti, Gülüstan rayonunda doğulmuş, İsmayıllı rayonun Kürdmaşı kəndində yaşayan şəxs Ərizəçi3dur. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 18 yanvar 2012-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1961-ci il tarixdə Özbəkistan, İştıxan rayonunda doğulmuş, İsmayıllı rayonun Kürdmaşı kəndində yaşayan şəxs Ərizəçi2dır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Çuxuryurd kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 003942 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X16 arasında 19 avqust 2005-ci il tarixdə nikah bağlanmış, ərə Mərcanov, arvada Mərcanova soyadı verilmişdir. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1983-cü il tarixdə doğulmuş şəxs Ərizəçi1dır. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 01 dekabr 2011-ci il tarixli AZE seriyalı 09073460 saylı şəxsiyyət vəsiqəsinin və **********8 nömrəli kimlik kartının surətlərindən görünür ki, 21 noyabr 1986-cı il tarixdə Özbəkistan, İştixan rayonunda doğulmuş şəxs X8r (X40). İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 iyun 2017-ci il tarixli AZE seriyalı 16526401 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12 may 1992-ci il tarixdə İsmayıllı rayonun Kürdmaşı kəndində doğulmuş, İsmayıllı rayonun Kürdmaşı kəndində yaşayan şəxs X5r. İş materiallarında olan 83 21 505751 saylı pasportun surətindən görünür ki, 16 sentyabr 1984-cü il tarixdə Özbəkistan, İştıxan rayonunda doğulmuş şəxs X9r. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyun 1994-cü il tarixdə doğulmuş şəxs X4r. İş materiallarında olan AZ-İ 409855 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X17 04 avqust 2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 006636 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi Rəcəbova Məxpulla 10 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli 3-21-3-42/2-P-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi3 JN-431 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-079A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Kürdmaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli 416 nömrəli arayışdan görünür ki, Rəcəbov Abdukǝrim Fǝramiz oğlu 1989-cu ilda Özbəkistan Respublikasından İsmayıllı rayonunun Kürdmaşı kəndinə aşağıdakı ailə tarkibi ilə köçüb gəlmiş və daimi qeydiyyata düşmüşlər. Özü Rəcəbov Abdukǝrim Fəramiz oğlu, arvadı X24, övladları - X16, X13, X14, X7, X6. Dövlət aktı JN -431 kod 40718018 olan torpaq mülkiyyətinə dair sənəddə göstərilmiş X18 adlı şəxs Kürdmaşı kəndində qeydiyyatda olmamış və Kürdmaşı kəndində yaşamamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X42 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X12 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı və JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında işdə iştirak edən ərizəçinin izahatı, şahidlərin ifadələrini və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına uyğun olaraq X17, Rəcəbova Məxpulla, Ərizəçi3, Ərizəçi2, X10, X13, X14, X7 və X2 birgə mülkiyyətlərinə 4,46 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “X17”nun adı “Fəramiz”, “Rəcəbova Məxpulla”nın ata adı “Qurban”, “Ərizəçi3”nun adı “Adulkərim”, “Ərizəçi2”nın soyadı “Cabbarova”, “X10”nın ata adı “Abdukərim”, “X13”nın soyad, ad və ata adı “X18” kimi qeyd olunmuşdur. Bundan başqa X17, Rəcəbova Məxpulla, Ərizəçi3, Ərizəçi2, X10, X13, X7 və X2 birgə mülkiyyətlərinə 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X17”nun adı “Fəramiz”, “Rəcəbova Məxpulla”nın ata adı “Qurban”, “Ərizəçi3”nun adı “Adulkərim”, “Ərizəçi2”nın soyadı “Cabbarova”, “X10”nın ata adı “Abdukərim”, “X13”nın soyad, ad və ata adı “X18” kimi qeyd olunmuşdur. Ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə ailədə Hümbət adlı şəxsin olmadığı müəyyən edilir. Dövlət aktında və şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “X17”nun adının “Fəramiz”, “Rəcəbova Məxpulla”nın ata adının “Qurban”, “Ərizəçi3”nun adının “Adulkərim”, “Ərizəçi2”nın soyadının “Cabbarova”, “X10”nın ata adının “Abdukərim”, “X13”nın soyad, ad və ata adının “X18” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (AZ-İ 409855 nömrəli ölüm haqqında şəhadətnamə), Rəcəbova Məxpulla (AZ-İ 006636 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi3 ( AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE 0******* nömrəli ölüm haqqında şəhadətnamə), Rəcəbova (nikahdan sonra Mərcanova) Gülsüm Abdulkərim qızı (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X13 (83 21 505751 nömrəli pasport), X14 (Recep Rahile - **********8 nömrəli pasport), X7 (AZE 16526401 nömrəli şəxsiyyət vəsiqəsi) və X3 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X17”nun adının “Fəramiz”, “Rəcəbova Məxpulla”nın ata adının “Qurban”, “Ərizəçi3”nun adının “Adulkərim”, “Ərizəçi2”nın soyadının “Cabbarova”, “X10”nın ata adının “Abdukərim”, “X13”nın soyad, ad və ata adının “X18” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (AZ-İ 409855 nömrəli ölüm haqqında şəhadətnamə), Rəcəbova Məxpulla (AZ-İ 006636 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi3 ( AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE 0******* nömrəli ölüm haqqında şəhadətnamə), Rəcəbova (nikahdan sonra Mərcanova) Gülsüm Abdulkərim qızı (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X13 (83 21 505751 nömrəli pasport), X7 (AZE 16526401 nömrəli şəxsiyyət vəsiqəsi) və X3 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən 4,46 hektar torpaq sahəsinin X17, Rəcəbova Məxpulla, Ərizəçi3, Ərizəçi2, X10, X13, X14, X7 və X2 birgə mülkiyyətlərinə verilməsinə dair JN-431 Kod 40718018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “X17”nun adının “Fəramiz”, “Rəcəbova Məxpulla”nın ata adının “Qurban”, “Ərizəçi3”nun adının “Adulkərim”, “Ərizəçi2”nın soyadının “Cabbarova”, “X10”nın ata adının “Abdukərim”, “X13”nın soyad, ad və ata adının “X18” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (AZ-İ 409855 nömrəli ölüm haqqında şəhadətnamə), Rəcəbova Məxpulla (AZ-İ 006636 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi3 ( AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE 0******* nömrəli ölüm haqqında şəhadətnamə), Rəcəbova (nikahdan sonra Mərcanova) Gülsüm Abdulkərim qızı (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X13 (83 21 505751 nömrəli pasport), X14 (Recep Rahile - **********8 nömrəli pasport), X7 (AZE 16526401 nömrəli şəxsiyyət vəsiqəsi) və X3 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən 0,15 hektar torpaq sahəsinin X17, Rəcəbova Məxpulla, Ərizəçi3, Ərizəçi2, X10, X13, X7 və X2 birgə mülkiyyətlərinə verilməsinə dair JN-079A Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X17”nun adının “Fəramiz”, “Rəcəbova Məxpulla”nın ata adının “Qurban”, “Ərizəçi3”nun adının “Adulkərim”, “Ərizəçi2”nın soyadının “Cabbarova”, “X10”nın ata adının “Abdukərim”, “X13”nın soyad, ad və ata adının “X18” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (AZ-İ 409855 nömrəli ölüm haqqında şəhadətnamə), Rəcəbova Məxpulla (AZ-İ 006636 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi3 ( AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE 0******* nömrəli ölüm haqqında şəhadətnamə), Rəcəbova (nikahdan sonra Mərcanova) Gülsüm Abdulkərim qızı (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X13 (83 21 505751 nömrəli pasport), X7 (AZE 16526401 nömrəli şəxsiyyət vəsiqəsi) və X3 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar