Məhkəmə qərarları › İş №2(037)-713/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-713/2021

06.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-713/2021 06.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Əbı̇ lov Nadı̇ r Polad oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı X1yə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Əbı̇ lov Nadı̇ r Polad oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı iddia ərizəsi ilə məhkəməyə müarciət edərək "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin 29.11.2020-ci il tarixli R200477 nömrəli aktı ilə onun **********00097 nömrəli abonent hesabına işlənmiş 475 (dörd yüz yetmiş beş) manat 64 (altmış dörd) qəpik debitor borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı Əbı̇ lov Nadı̇ r Polad oğlu iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, İsmayıllı rayonu Çəmənli kəndində yaşadığı evdə X1 etdiyinə görə hər ay vaxtlı-vaxtında ödəmə edir. 29.11.2020-ci il tarixdə istifadəsində olan elektrik sayğacında olan qüsurlara görə akt tərtib olunmuşdur və ona 475,64 manat məbləğində borc hesablanmışdır. Həmin aktla razı deyil. Belə ki, sayğacın hesablama mexanizmi pozulması onun təqsirindən yaranmamışdır. Həmçinin nəzarətçi vaxtlı-vaxtında onun istifadəsində olan sayğaca nəzarət etmiş, elektrikdən istifadəyə görə yaranmış borca bildiriş yazmış, o da hər ay ödəmə etmişdir. Əgər bir il müddətində sayğacda problem olmuşdursa, bu nəzarətçi tərəfindən müəyyən olunardı və tədbir görülərdi. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır və akt qanunsuzdur. O cavabdeh təşkilata borcun silinməsi ilə bağlı müraciət etsədə, sonuncu aktda göstərilən məbləği silməkdən imtina etmişdir. Onun dörd uşağı var və heç bir yerdə işləmir. Həmin məbləği ödəmək onun imkanı xaricindədir. Qeyd edilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin 29.11.2020-ci il tarixli R200477 nömrəli aktı ilə onun **********00097 nömrəli abonent hesabına işlənmiş 475,64 manat debitor borc məbləğinin silinməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 29.11.2020-ci il tarixli R200477 saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən İsmayıllı rayonu Çəmənli kəndində yerləşən istehlakçı Nadı̇ r Əbı̇ lova məxsus ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın hesablama mexanizminin dağıldığı (pozulduğu) aşkar edilmiş və sayğacdan keçən yük ampermaşa ilə ölçüldü, İ=0.79 amper olmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları A.Ömərov, A.Ağayev və R.Qocayev tərəfindən imzalanmışdır. İşdə olan 08.03.2021-ci il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə tərtib olunmuş 220017 saylı protokoldan görünür ki, İsmayıllı rayonu Çəmənli kəndində Əbı̇ lov Nadı̇ r Polad oğlunun evində quraşdırılmış U76807n tipli sayğacın yoxlanması zamanı aşkar olunan qüsurlar-sayğacın hesablama mexanizmi pozulub. İşdə olan 08.05.2021-ci il tarixli "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyasının icra vərəqəsindən görünür ki, İsmayıllı rayonu Çəmənli kəndində Nadı̇ r Əbı̇ lovun fərdi yaşayış evində sayğacın hesablama mexanizmi pozulduğuna görə 475,64 manat ziyan hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı Əbı̇ lov Nadı̇ r Polad oğlu İsmayıllı rayonu Çəmənli kəndində yaşayır və yaşadığı evdə X2 Təchizatı və Satışı İdarəsinə xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 29.11.2020-ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın hesablama mexanizminin pozulması olmuşdur. “X1 Qaydaları”nın pozulması ilə bağlı 29.11.2020-ci il tarixli R 200477 saylı akt tərtib edilmiş və akt "xxxx" ASC-nin əməkdaşları A.Ömərov, A.Ağayev və R.Qocayev tərəfindən imzalanmışdır. Həmçinin 29.11.2020-ci il tarixli R 200477 saylı akt və 08.03.2021-ci il tarixli 220017 saylı protokol abonentin iştirakı olmadan tərtib olunmuşdur. İsmayıllı rayonu Çəmənli kəndində Nadı̇ r Əbı̇ lovun fərdi yaşayış evində sayğacın hesablama mexanizmi pozulduğuna görə 475,64 manat ziyan hesablanmışdır. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçı Əbı̇ lov Nadı̇ r Polad oğlunun İsmayıllı rayonu Çəmənli kəndində yaşadığı evdə X2 Təchizatı və Satışı İdarəsinə xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 29.11.2020ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın hesablama mexanizminin pozulması, ölçmə zamanı xəttdən axan yükün P=0,79 kvt. təşkil etdiyi aşkar edilmiş, “X1 Qaydaları”nın pozulması ilə bağlı 29.11.2020-ci il tarixli R200477 saylı akt tərtib edilmiş və akt "xxxx" ASC-nin əməkdaşları A.Ömərov, A.Ağayev və R.Qocayev tərəfindən imzalanmışdır. Həmçinin 29.11.2020-ci il tarixli R200477 saylı akt və 08.03.2021-ci il tarixli 220017 saylı laboratoriya protokolu abonentin iştirakı olmadan tərtib olunmuşdur. İsmayıllı rayonu Çəmənli kəndində Nadı̇ r Əbı̇ lova məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə olunması və işlədilən elektrik enerjisini qeyd etməməsi ilə əlaqədar 475,64 manat ziyan hesablanmışdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, 29.11.2020-ci il tarixdə İsmayıllı rayonu Çəmənli kəndində tərtib edilmiş R200477 saylı akt və 08.03.2021-ci il tarixli 220017 saylı laboratoriya protokolu tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.33-cü maddəsinin tələblərinə uyğun olaraq iki nəfər hal şahidinin iştirakı təmin olunmamış, həmçinin 7.6-cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən abonentin iştirakı təmin olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçı Əbı̇ lov Nadı̇ r Polad oğluna "xxxx" ASC-nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 475,64 manat pul silinməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən 29.11.2020-ci il tarixli R200477 nömrəli aktla Əbı̇ lov Nadı̇ r Polad oğlunun **********00097 nömrəli abonent hesabına işlənmiş 475 (dörd yüz yetmiş beş) manat 64 (altmış dörd) qəpik debitor borc məbləği silinsin. "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən 20 (iyirmi) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar