Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-714/2025 21.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 25 aprel 2007-ci il tarixdə doğulmuş, İsmayıllı rayon Hacıhətəmli kəndində yaşayan Vahidli Aysun Yalçın qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vahidli Aysun Yalçın qızı 25 aprel 2007-ci il tarixdə doğulmuşdur. Aysun anadangəlmə xəstədir. Uzun müddət müayinə və müalicə etdirsələr də səhhətində yaxşılığa doğru inkişaf yoxdur. Aysun öz hərəkətlərinin mənasını dərk etmir. Son illərdə xəstəliyi daha da ağırlaşıb və idarə olunmaz hala gəlib. Aysun İsmayıllı RMX Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80 Nitq və dilin inkişafının spesifik pozuntular. F98.0 Qeyri-üzvi mənşəli enurez. F98.1 Qeyri-üzvi mənşəli enkoprez pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Aysun ailə qurmamış, valideynlərilə birlikdə yaşayır. Aysun İ qrup əlil olmaqla hər zaman kənar şəxsləri köməyinə ehtiyacı vardır. Özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün ona qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən 25 aprel 2007-ci il tarixdə doğulmuş, İsmayıllı rayon Hacıhətəmli kəndində yaşayan Vahidli Aysun Yalçın qızının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, qızı Aysun hazırda 19 yaşına keçmişdir. 2 yaşından autizim xəstəliyindən əziyyət çəkdiyini bilmişik. Kənardan ona kömək olunmasa hərəkət edə bilmir. Yeməyini anası yedirir, paltarını anası dəyişir. Qızına bütün qulluğu arvadı göstərir. Qızı çox aqressivdir, əsəbi olanda barmaqlarını dişləyir. Onlar üçün çox çətindir. Ərizənin təmin olunmasını xahiş edir. Barəsində işə baxılan şəxs Vahidli Aysun Yalçın qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 28 yanvar 2025-ci il tarixli 239 nömrəli rəyində onun psixi vəziyyətinin məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qeyd edilmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 izahat verərək göstərdi ki, Vahidli Aysun Yalçın qızının barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İV-ЖГ seriyalı 432770 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1977-ci il tarixdə İsmayıllı rayon Hacıhətəmli kəndində doğulmuş, həmin kənddə yaşayır. - AZ-İ seriyalı 932837 nömrəli 10 iyul 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25 aprel 2007-ci il tarixdə İsmayıllı rayon Hacıhətəmli kəndində doğulmuş şəxs Vahidli Aysun Yalçın qızıdır. Valideynləri Ərizəçi və X1r. - AZ-İ seriyalı 286601 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında 04 oktyabr 2006-cı il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Vahidov, arvada Vahidova soyadı verilmişdir. - İsmayıllı RİHB-nın Hacıhətəmli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 180 nömrəli 17 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi aşağıdakı kimidir: həyat yoldaşı-X4, qızı-Vahidli Aysun Yalçın qızı, oğlu-X7. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Vahidli Aysun Yalçın qızının sağlamlıq vəziyyəti 02 noyabr 2022-ci il tarixdə qiymətləndirilərək ona “ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edə davranış pozuntusu özünə qulluq qabiliyyətinin olmaması. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Ekspressiv nitq pozuntusu” diaqnozu qoyulmuş, əmək zəmanətsizdir, müddətsiz birinci dərəcəli əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli 202 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Vahidli Aysun Yalçın qızı “F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80 Nitq və dilin inkişafının spesifik pozuntular. F98.0 Qeyri-üzvi mənşəli enurez. F98.1 Qeyri-üzvi mənşəli enkoprez pozuntusu” diaqnozu ilə qeydiyyatdadır və müxtəlif vaxtlarda müalicələr almışdır. Aysun Vahidli İ qrup əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən 16 aprel 2025-ci il tarixdə verilmiş 18-1-47/2-V-386- 42-749/2025 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayan 25 aprel 2007-ci il təvəllüdlü Vahidli X5 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi- Əsəb” kabinetində “F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80 Nitq və dilin inkişafının spesifik pozuntular. F98.0 Qeyri-üzvi mənşəli enurez. F98.1 Qeyriüzvi mənşəli enkoprez pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 iyun 2025-ci il tarixli 1926 nömrəli rəyindən görünür ki, Vahidli Aysun Yalçın qızında “uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” (F 72.1)” aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının elektron arayışında “ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edə davranış pozuntusu özünə qulluq qabiliyyətinin olmaması. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Ekspressiv nitq pozuntusu” diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması) sübut edir. Aysun Vahidli psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Vahidli Aysun Yalçın qızı 25 aprel 2007-ci il tarixdə doğulmuşdur. Uşaq anadangəlmə xəstədir. X10 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80 Nitq və dilin inkişafının spesifik pozuntular. F98.0 Qeyri-üzvi mənşəli enurez. F98.1 Qeyri-üzvi mənşəli enkoprez pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Müxtəlif vaxtlarda müalicələr almışdır. Özünə qulluq qabiliyyəti yoxdur və kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Əmək zəmanətsizdir, müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 iyun 2025-ci il tarixli 1926 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Vahidli Aysun Yalçın qızında “uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” (F 72.1)” aşkar olunur və o psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Vahidli Aysun Yalçın qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Vahidli Aysun Yalçın qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 aprel 2007-ci tarixdə doğulmuş Vahidli Aysun Yalçın qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-714/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-714/2025
21.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver