Məhkəmə qərarları › İş №2(037)-724/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-724/2023

01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-724/2023 01.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdeh X4 Enerji və satış idarəsi X1rşı “İES” İstehlaksının hüquqlarının müdafiəsi haqqında tələbinə dair iddia ərizəsini 01 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək “İES” İB-nin tabeçiliyində olan X4 və satışı idarəsi İsmayıllı elektrik şəbəkəsi tərəfindən barəsində verilmiş 15 noyabr 2017-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesabına işlənmiş, itirilmiş elektrik və onun dəyəri olan 4648,95 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsində göstərilən forma və məzmuna riayət etmədən tərtib etmişdir. İddiaçı iddia ərizəsində cavabdeh kimi X4 Enerji və satış idarəsi X3 göstərməklə həmin hüquqi şəxsin olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində “İES” İB-nin tabeçiliyində olan X4 və satışı idarəsi X3n əməkdaşları tərəfindən sayğacın çıxarılmasını, həmin sayğacın yoxlamadan keçirilməsini və yoxlama nəticəsində sayğacda nöqsan aşkar olunduğunu və 15 noyabr 2017-ci il tarixdə tərtib olunmuş ******* nömrəli akta uyğun qərar qəbul edilərək itirilmiş elektrik enerjisinin 4648,95 manat dəyərinin onun hesabına işləndiyini göstərsə də həmin məbləğin iddiaçının hesabına sayğaca müdaxilə nəticəsində yaranmış debitor borc olmasına dair sübutları (aktlar və qərar) iddia ərizəsinə əlavə etməmişdir. Buna baxmayaraq iddiaçı “İES” İB-nin tabeçiliyində olan X4 və satışı idarəsi İsmayıllı elektrik şəbəkəsi tərəfindən verilmiş 15 noyabr 2017-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesabına işlənmiş, itirilmiş elektrik enerjisinin dəyəri olan 4648,95 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsini qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh X4 Enerji və satış idarəsi X1rşı “İES” İstehlaksının hüquqlarının müdafiəsi haqqında tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar