Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-725/2022 15.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və sayğacın dəyəri kimi ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı qazdan istifadəyə görə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 15 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB tərəfindən **********01350 nömrəli abonent koduna işlənmiş 4320 kub metr təbii qazın dəyəri 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 65 (altmış beş) manat məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 36 ünvanında yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 400,85 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 518,4 manat itirilmiş qazın dəyərinin, ödənilmiş 30 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqının alınaraq Cavabdeh hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 36 ünvanında yaşayır. 05 yanvar 2022-ci il tarixdə Cavabdeh İB-nin tabeçiliyində olan X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı **********7 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Dəyişdirilmiş qaz sayğacının 65 manat dəyərini ödəmişdir. Cavabdeh İB tərəfindən ünvanına göndərilmiş təbii X3nın pozulması haqqında aktda göstərilmişdir ki, **********7 nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin nominal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi qeyd edilmişdir. Ona görə də 31 mart 2022-ci il tarixdə tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 4320 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, 518,4 manat dəyərində təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Hesab edir ki, Cavabdeh İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. Cavabdeh İB tərəfindən onun hesabına vurulmuş 518,4 manat borcun silinməli və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 65 manat məbləği ona qaytarılılmalıdır. Cavabdeh İB tərəfindən qaldırılmış qarşılıqlı iddianı istifadə olunmuş təbii qazın dəyəri kimi tələb olunan 400,85 manat hissədə qəbul edir. Ona görə də iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın isə qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış müqaviləyə əsasən İddiaçı istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 400,85 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. İddiaçı müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 400,85 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa 05 yanvar 2022-ci il tarixdə Cavabdeh İB-nin X4 İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçının İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 36 ünvanında yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Açılmış Elster-G4 markalı **********7 nömrəli qaz sayğacı yoxlamadan keçirilmiş və verilmiş rəydə sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin nominal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 31 mart 2022-ci il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. İddiaçı tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında 31 mart 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuş və 4320 kub.metr itirilmiş qazın dəyəri 518,4 manat məbləğində hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Hacıyev X1 şəhəri R.Bədəlov küçəsi ev 36 ünvanında yaşayır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən İddiaçı İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 36 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. 05 yanvar 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən qaz sayğacının quraşdırılmasına görə Cavabdeh İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 65 (altmış beş) manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1710-01000-1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış **********7 nömrəli sayğaca İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin nominal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. Cavabdeh İB-nin “Təbii X3nın pozulması haqqında” 31 mart 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-3 qaz piltəsi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin nominal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 4320 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 21 aprel 2022-ci abonentin saldosundan görünür ki, 2022-ci ilin mart ayının sonuna İddiaçının **********01350 nömrəli abonent koduna 518,4 manat akt üzrə borc vurulmuşdur. 22 iyun 2022-ci il tarixli abonentin saldosunun surətindən görünür ki, 2022-ci ilin yanvar ayının sonuna İddiaçının **********01350 nömrəli abonent koduna 919,25 manat borc vurulmuşdur ki, bunun 518,4 manat hissəsi 2022-ci ilin mart ayının sonuna akt əsasında hesablanmış borc, 400,85 manat isə təbii qazdan istifadəyə görə yaranmış borcdur. 29 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 05 yanvar 2022-ci il tarixdə İddiaçı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən **********7 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış **********7 nömrəli sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin nominal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2022-ci il tarixli tələbnamayə əsasən İddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 4320 kub metr müəyyən edilmişdir. Tərtib olunmuş həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. İddiaçı dəyişdirilmiş qaz sayğacının 65 manat dəyərini ödəmişdir. İddiaçı təbii qazdan istifadəyə görə 400,85 manat məbləğində borcu yaranmışdır. İstehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. İddiaçı öhdəlikləri lazımi qaydada icra etməmiş, istifadə etdiyi təbii qazın 400,85 manat miqdarında dəyərini ödəməmişdir. İddiaçı Cavabdeh İB tərəfindən hesabına işlənmiş 518,4 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 65 manat məbləğinin ona qaytarılması, qarşılıqlı iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi iddia tələbini əsassız hesab edərək rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunaraq 400,85 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 518,4 manat itirilmiş qazın dəyərinin, ödənilmiş 30 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqının İddiaçıdan alınaraq Cavabdeh hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X3”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə iddia tələblərində göstərilən xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış **********7 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 4320 kub metr miqdarında, yəni 518,4 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbinin İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 400,85 manat borc məbləğinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, istehlakçı istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəməli olduğundan qarşılıqlı iddia tələbi 400,85 manat hissədə təmin edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçının **********01350 nömrəli abonent koduna vurulmuş 4320 kub metr təbii qazın dəyəri 518,4 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 65 manat məbləğinin İddiaçı qaytarılması, qarşılıqlı iddia tələbi isə qismən təmin olunmalı, təbii qazdan istifadəyə görə yaranmış 400,85 manat borc məbləği İddiaçıdan alınaraq Cavabdeh hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi üzrə Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilmədir. Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçıdan alınaraq Cavabdeh hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01350 nömrəli abonent koduna vurulmuş 4320 kub metr təbii qazın dəyəri 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik borc silinsin. Dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 65 (altmış beş) manat məbləği Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 400 manat 85 qəpik borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 431 (dörd yüz otuz bir) manar 25 (iyirmi beş) qəpik məbləği alınaraq Cavabdeh hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-725/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-725/2022
15.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver