Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-734/2021 20.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər X5, Ərizəçi2 və Ərizəçi3 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 20 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 (bundan sonra birinci ərizəçi), Ərizəçi2 (bundan sonra ikinci ərizəçi) və Ərizəçi3 (bundan sonra üçüncü ərizəçi) ərizə ilə müraciət edərək JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X14, Əzizova (nikahdan sonra İsgəndərova) Leyla Bayram qızı, Əzizova (nikahdan sonra İsmayılova) Şəhla Bayram qızı, Əzizova (nikahdan sonra Cəfərova) Kifayət Bayram qızı, Əzizova (nikahdan sonra Quliyeva) Xədicə Bayram qızı, Əzizova (nikahdan sonra Əkbərova) Sevinc Bayram qızına və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X14 məhkəmə iclasının birinci ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə birinci ərizəçinin iştirakı olmadan baxılması qərar alınmışdır. Birinci ərizəçinin nümayəndəsi X14 izahat verərək göstərdi ki, birinci ərizəçi onun oğludur. Onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında oğlanlarının soyadları Əzizli əvəzinə Əzizov, arvadının soyadı Əkbərova əvəzinə Əzizova kimi yazılmışdır. Mülkiyyətçi X17 1999-cu ildə X1 ilə ailə quraraq ərinin soyadına uyğun İsgəndərova, mülkiyyətçi X18 2003-cü ildə X9 ilə ailə quraraq ərinin soyadına uyğun İsmayılova, mülkiyyətçi X10 2006-cı ildə X11 ilə ailə quraraq ərinin soyadına uyğun Cəfərova, mülkiyyətçi X15 2008-ci ildə X19 ilə ailə quraraq ərinin soyadına uyğun Quliyeva və mülkiyyətçi X16 2011-ci ildə X6 ilə ailə quraraq Əkbərova soyadını qəbul etmişdir. Dövlət aktında ərizəçilərin soyadları səhv yazıldığından torpaq sahəsinə dair çıxarış ala bilmirlər. Uyğunsuzluqların aradan qaldırılması ilə bağlı birinci ərizəçi aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci və üçüncü ərizəçilər birinci ərizəçinin nümayəndəsi ilə eyniməzmunlu izahat verərək JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. AZE 07726088 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 10 avqust 2010-cu il tarixdə mülkiyyətçiyə X30 oğlu adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 16526622 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 14 iyul 2017-ci il tarixdə mülkiyyətçiyə X3 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 09633100 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 07 yanvar 2013-cü il tarixdə mülkiyyətçiyə X7 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA2148667 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X8 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA1719166 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X12 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 16302988 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayon Polis Şöbəsi tərəfindən 01 avqust 2016-cı il tarixdə mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA0211623 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X5 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi3 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. A3Б 004441 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi2 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XVİİ-ЖГ 308655 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X5 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XİX-ЖГ 405055 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi3 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Vİ-ЖГ 411368 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 17 yanvar 1995-ci il tarixdə İsmayıllı rayon Mican kənd icra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X14 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o soyadını dəyişməmiş, Əkbərova soyadında qalmışdır. Vİİ-ЖГ 356590 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 09 noyabr 1999-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə X1 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra ona ərinin soyadına uyğun İsgəndərova soyadı verilmişdir. Nikaha daxil olanadək onun soyadı Əzizova olmuşdur. AZ-İ 028050 nömrəli nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 20 fevral 2003-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə X9 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra ona ərinin soyadına uyğun İsmayılova soyadı verilmişdir. Nikaha daxil olanadək onun soyadı Əzizova olmuşdur. AZ-İ 269868 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 15 dekabr 2006-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə X11 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra ona ərinin soyadına uyğun Cəfərova soyadı verilmişdir. Nikaha daxil olanadək onun soyadı Əzizova olmuşdur. 12 iyun 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 12 iyun 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə X19 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra ona ərinin soyadına uyğun Quliyeva soyadı verilmişdir. Nikaha daxil olanadək onun soyadı Əzizova olmuşdur. AZ-İ 658390 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 27 iyul 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə X6 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra ona ərinin soyadına uyğun Əkbərov soyadı verilmişdir. Nikaha daxil olanadək onun soyadı Əzizova olmuşdur. 29 yanvar 2002-ci il tarixli JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X14, X17, X18, X10, X15, X16, X5, Ərizəçi2 və Ərizəçi3 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X5 və Ərizəçi3 soyadları Əzizov, Ərizəçi2 soyadı Əzizova kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 1427 nömrəli arayışdan görünür ki, 2018-2022-ci illər üzrə 7 nömrəli Təsərrüfatbaşına kitabın 156-cı səhifəsi və 678 saylı şəxs hesaba əsasən X14nun ailə tərkibi aşağıdakı kimidir. Həyat yoldaşı Ərizəçi2, oğlu-X5 və oğlu-Ərizəçi3. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli **********68 nömrəli məktubdan görünür ki, birinci ərizəçi JN-0070 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə birinci ərizəçinin nümayəndəsinin, ikinci və üçüncü ərizəçilərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X14, X17, X18, X10, X15, X16, X5, Ərizəçi2 və Ərizəçi3 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X5 və Ərizəçi3 soyadları Əzizov, Ərizəçi2 soyadı Əzizova kimi qeyd olunmuşdur. Mülkiyyətçilər Leyla Əzizova , Şəhla Əzizova , Kifayət Əzizova, Xədicə Əzizova və Sevinc Əzizova ailə həyatı qurduqdan sonra ərlərinin soyadlarına uyğun soyadları qəbul etmişlər. Mülkiyyətçi Ərizəçi2 Bayram Əzizov ilə ailə həyatı qurduqdan sonra Əkbərova soyadında qalmışdır. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyadları düzgün qeyd olunmadığından ərizəçilər torpaq sahəsinə dair çıxarış ala bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı birinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X36 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyadının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 29 yanvar 2002-ci il tarixli JN-0070 Kod 40719038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X14, Əzizova (nikahdan sonra İsgəndərova) Leyla Bayram qızı, Əzizova (nikahdan sonra İsmayılova) Şəhla Bayram qızı, Əzizova (nikahdan sonra Cəfərova) Kifayət Bayram qızı, Əzizova (nikahdan sonra Quliyeva) Xədicə Bayram qızı, Əzizova (nikahdan sonra Əkbərova) Sevinc Bayram qızı, X5, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-734/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-734/2021
20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver