Məhkəmə qərarları › İş №2(037)-734/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-734/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-734/2023 19.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 19 iyul 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon DNK-nın 08 fevral 2005-ci il tarixli 4ə-1-51 saylı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12, Mustafayeva (nikahdan sonra Abasova) Səidə Ramiz qızı, X3 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə Ərizəçi1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon DNKnın 08 fevral 2005-ci il tarixli 4ə-1-51 saylı alqı-satqı müqaviləsinə əsasən onun və ailə üzlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni onun ata adının həmin vaxt “Ağasərkər” olmasına baxmayaraq “Ağasərkar”, digər ərizəçinin soyad, ad və ata adının həmin vaxt “X13” olmasına baxmayaraq “X14” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, dövlət aktında yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçi kimi onun ata adının, qızının soyad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və qızının şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adı ilə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad, ad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, ərizəçilər onun ailə üzvləridir. Ailə üzvləri ilə birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında arvadının ata adı həmin vaxt “Ağasərkər” olmasına baxmayaraq “Ağasərkar”, qızının soyad, ad və ata adı həmin vaxt “X13” olmasına baxmayaraq “X14” kimi yazılmışdır. Onların ailəsində Əzəd adlı oğlan uşağı olmamışdır. Həmin dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X12, Ərizəçi2 Ağasərkar qızı, X10, X5 və X1 qeyd olunmuşdur. İş materiallarında olan A3 298047 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X6 arasında 28 avqust 1973-cü il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 feral 2004cü il tarixli AZE seriyalı 01426321 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24 noyabr 1951-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində doğulmuş, İsmayıllı rayonun Qubaxəlilli kəndində yaşayan şəxs X7r. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 26 oktyabr 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1951-ci il tarixdə İsmayıllı rayonu Aşıqbayram kəndində doğulmuş, İsmayıllı rayonun Qubaxəlilli kəndində yaşayan şəxs Ərizəçi2dır. İş materiallrında olan İİİ-ЖГ 251407 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X10 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan AZ-İ 776850 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X10 arasında 25 sentyabr 2002-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. İş materiallarında olan Nərimanov Rayon Polis Şöbəsi tərəfindən verilmiş 09 avqust 2012-ci il tarixli AZE seriyalı 09619878 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 31 avqust 1974-cü il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində doğulmuş, Zəngilan rayonu Tatar kəndində yaşayan şəxs X15r. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24 noyabr 1977-ci il tarixdə doğulmuş şəxs X4r. İş materiallrında olan Vİ-ЖГ 314048 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan AZ-T 030869 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X13 arasında 27 fevral 2018-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1978-ci il tarixdə doğulmuş şəxs X8r. İş materiallarında olan İsmayıllı rayon İHB-nın Qubaxəlilli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli 473 nömrəli arayışdan görünür ki, torpaq islahatı zamanı X9 verilmiş torpağa mülkiyyət hüququna dair JN-0691 Kod 40716018 olan Dövlət Aktında onun qızı Əzədin soyadı səhvən Mustafayev, cinsiyyəti oğlan kimi yazılmışdır. Belə bir adam Qubaxəlilli kəndində yaşamır və qeydiyyatda deyil. Onun qızının soyadı Mustafayeva, cinsiyyəti isə qız kimi yazılmalı və oxunmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli 3-21-3-42/2-S-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-0691 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X25 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında Ərizəçi2 izahatı, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon DNK-nın 08 fevral 2005-ci il tarixli 4ə-1-51 saylı alqı-satqı müqaviləsinə əsasən X12, Ərizəçi2, Mustafayeva (nikahdan sonra Abasova) Səidə Ramiz qızı, X11 və Mustafayeva (nikahdan sonra Səfərova) Əzəd Ramiz qızının birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 24 avqust 2005-ci il tarixli JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi2”nın ata adı “Ağasərkar”, “X13”nın soyadı “Mustafayev”, ata adı “Ramiz oğlu” kimi yazılmışdır. X13 27 fevral 2018-ci il tarixdə X19 ilə ailə quraraq onun soyadına uyğun Səfərova soyadını götürmüşdür. JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də 24 avqust 2005-ci il tarixli JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi2”nın ata adının “Ağasərkar”, “X13”nın soyadının “Mustafayev”, ata adının “Ramiz oğlu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X12 (AZE 01426321 nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Mustafayeva (nikahdan sonra Abasova) Səidə Ramiz qızı (AZE 09619878 nömrəli şəxsiyyət vəsiqəsi), X11 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi),və Mustafayeva (nikahdan sonra Səfərova) Əzəd Ramiz qızına (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon DNK-nın 08 fevral 2005-ci il tarixli 4ə-1-51 saylı alqı-satqı müqaviləsi ilə İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən 7,64 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X12, Ərizəçi2, Mustafayeva (nikahdan sonra Abasova) Səidə Ramiz qızı, X11 və Mustafayeva (nikahdan sonra Səfərova) Əzəd Ramiz qızının birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 24 avqust 2005-ci il tarixli JN-0691 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi2”nın ata adının “Ağasərkar”, “X13”nın soyadının “Mustafayev”, ata adının “Ramiz oğlu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X12 (AZE 01426321 nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Mustafayeva (nikahdan sonra Abasova) Səidə Ramiz qızı (AZE 09619878 nömrəli şəxsiyyət vəsiqəsi), X11 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi),və Mustafayeva (nikahdan sonra Səfərova) Əzəd Ramiz qızına (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar