Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-735/2024 20.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə Ərizəçi Tarıverdi qızının iştirakı ilə, Ərizəçi Tarıverdi qızının barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 20 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tarıverdi qızı Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, alimentin artırılması ilə bağlı aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tarıverdi qızı ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə yanında qalan 05 noyabr 2004-cü il tarixdə doğulmuş X3, 25 oktyabr 2005-ci il tarixdə doğulmuş X4 və 25 yanvar 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün maraqlı şəxsdən hər ay hər uşağa 80 manat olmaqla cəmi 240 manat alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilərək üç uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment təyin edilmişdir. Övladları Aytən və Kənan yetkinlik yaşına çatmışlar və alimentin onlara aid hissəsinə xitam verilmişdir. Aysel Abdurəhimovanın saxlanması üçün təyin olunaraq ödənilən 100 manat aliment isə hazırki şəraitdə azlıq edir və uşağın normal təminatını ödəmir. Ona görə də o, alimentin artırılması ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş və Qəbələ 1 saylı mediasiya təşkilatınının mediatorunun iştirakı ilə maraqlı tərəf Maraqlı şəxs ilə razılığa gəlmişlər və aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Lakin cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Ona görə də alimentin artırılması ilə bağlı maraqlı tərəf Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Tarıverdi qızı məhkəmə iclasında ərizəsini müdafiə edərək alimentin artırılması ilə bağlı Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, poçt vasitəsi ilə teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ərizəçi ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı tərəfin ərizəyə münasibətini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 653668 saylı xx.xx.2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 25 yanvar 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Ərizəçi yanında qalan 05 noyabr 2004cü il tarixdə doğulmuş X3, 25 oktyabr 2005-ci il tarixdə doğulmuş X4 və 25 yanvar 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay hər uşağa 80 manat olmaqla cəmi 240 manat alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilərək üç uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment təyin edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ 188532 nömrəli xx.xx.2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasındakı nikah ləğv edilmişdir. İş materiallarında olan “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış MŞQ/MTO35/2024-179 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən və Medasiya prosesinə xitam verilməsi haqqında protokoldan müəyyən edilir ki, tərəflər mediasiya prosesində 25 yanvar 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğində aliment ödənilməsinə razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. Ona görə də mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə göstərilir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsində göstərilir ki, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsində göstərilir ki, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsində göstərilir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Ərizəçi yanında qalan 05 noyabr 2004-cü il tarixdə doğulmuş X3, 25 oktyabr 2005-ci il tarixdə doğulmuş X4 və 25 yanvar 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay hər uşağa 80 manat olmaqla cəmi 240 manat alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilərək üç uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment təyin edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin birgə nikahdan doğulmuş övladı Aytən Abdurəhimli və Kənan Abdurəhimli yetkinlik yaşına çatmış, Aysel Abdurəhimovanın saxlanması üçün ödənilən 100 manat aliment hazırki şəraitdə uşağın saxlanması üçün azlıq etdiyindən ərizəçi alimentin artırılması üçün mediasiya təşkilatına müraciət etmişdir. Tərəflər mediasiya prosesində 25 yanvar 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğində aliment ödənilməsinə razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. Ona görə də mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Tərəflər arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “Barışıq sazişi”-dən görünür ki, tərəflər tam mediasiya sessiayasında iştirak etmişlər, alimentin artrıılması ilə bağlı razılığa gələrək aralarında barışıq sazişi təsdiq edilmişdir. Ərizəçi ilkin mediasiya sessiyası üçün 50 manat, tam mediasiya sessiyası üçün 50 manat olmaql ümumilikdə 100 manat mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin yarısı, yəni 50 manatı maraqlı şəxsdən alınaraq iddiaçıya verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin hər ay 200 (iki yüz) manat miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2400 (iki min dörd yüz) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 44 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə maraqlı şəxs dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, ərizəçinin məhkəməyə müraciət etmək üçün ödədiyi 50 manat dövlət rüsumu məbləğinin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödəniləcəyi və həmin məbləğin maraqlı şəxsin alimentə görə ödəməli olduğu 44 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı maraqlı şəxsdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Tarıverdi qızı ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Maraqlı şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 25 yanvar 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat aliment tutularaq Ərizəçi Tarıverdi qızına ödənilsin. Maraqlı şəxs 50 (əlli) manat mediasiya xərci tutulsun və Ərizəçi Tarıverdi qızına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-735/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-735/2024
20.05.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver