Məhkəmə qərarları › İş №2(037)-736/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-736/2024

10.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-736/2024 10.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki işə 10 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək 02 oktyabr 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 ilə birgə nikah dövründə notariat kontorunda 17 iyun 2014-cü il tarixdə təsdiq olunmuş AN-İ №0431010 nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən satın alınmış Göyçay şəhəri, H.Əliyev prospekti, ev 207B ünvanında yerləşən, 10 saylı mənzilin (mənzilin birgə nikah dövründə alınmış daşınmaz əmlak kimi ½ hissəsinə olan mülkiyyət payı nəzərə alınmaqla) 4/6 hissəsinin ona və övladları Cavabdeh2 və oğlu X2 hər birinə 1/6 hissəsi verilməsi qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində Cavabdeh2 ərizə göndərərək mülki işin baxılması üçün aidiyyatı üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, Cavabdeh2 qeydiyyat ünvanı Göyçay şəhəri, X.Natəvan prospekti-dir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisi İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşsə də iddiaçı iddia ərizəsində notariat ofisini üçüncü şəxs qismində göstərməli idi. Bundan başqa iddiaçının mübahisələndirdiyi miras əmlak ünvan 2 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh2 Göyçay şəhəri, X.Natəvan prospektində qeydiyyatda olduğundan, cavabdeh İsmayıllı rayon Notariat Ofisi İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşsə də iddiaçı iddia ərizəsində notariat ofisini üçüncü şəxs qismində göstərməli olduğundan və iddiaçının mübahisələndirdiyi miras əmlak - ünvan 2 ünvanında yerləşdiyindən mülki iş baxılması üçün Göyçay Rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki iş baxılması üçün Göyçay Rayon Məhkəməsinə verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar