Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-742/2022 01.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 (X10 və X5 qanuni nümayəndəsi (atası)) və İddiaçı2 Natıq qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik əsasında mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki işə 01 avqust 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 (X10 və X5 qanuni nümayəndəsi (atası)) və İddiaçı2 Natıq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 miras qalan, İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən JN-014G Kod 40711048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, qeydiyyat nömrəsi ********** olan 26 iyun 2009-cu il tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-0177 Kod 40711048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,308 ha hissəsinin 4/6 hissəsinin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsinin və mirasın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, miras qoyan həyat yoldaşı (anaları) X6 30 mart 2015-ci il tarixdə vəfat etmişdir. Ondan İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən JN-014G Kod 40711048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, qeydiyyat nömrəsi ********** olan 26 iyun 2009-cu il tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-177 Kod 40711048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,308 ha hissəsi miras qalmışdır. Miras qoyan həyat yoldaşı (anaları) vəfat edənədək və vəfatından bir neçə il sonraya kimi cavabdehlər miras qoyanın payına düşən pay torpağına görə icarə haqqı ödəmiş, lakin son 4 ildir ki, icarə haqqı ödəməməklə yanaşı, miras qoyanla rəsmi nikahlarından doğulmuş uşaqların və onun payını verməyərək, ümumiyyətlə onları torpağa yaxın buraxmırlar. İddiaçılar İddiaçı1 (X10 və X5 qanuni nümayəndəsi (atası)) və İddiaçı2 Natıq qızı iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, qızı rəhmətə getdikdən sonra Natiq başqa qadınla ailə həyatı qurmuş və bundan sonra nəvələri ilə onların ünsiyyət saxlamasına qadağa qoymuşdur. Belə ki, qızının ölümündə məhz o günahkardır, bu azmış kimi onun həyətindən də pay istəyir. Bundan başqa o, torpaq icarə haqqını artıqlaması ilə ödəmişdir. Qızından miras qalmış əmlaklara ərinin və böyük uşağının payları vardır, lakin, digər iki uşaqların 18 yaşı tamam olmadığına görə onlara mirasdan pay düşmür. Eyni zamanda qeydiyyat nömrəsi ********** olan 26 iyun 2009-cu il tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinə iddiaçıların payına münasib başqa bir yerdən onlara torpaq verilməsinə etiraz etmir. Belə ki, sözügedən torpaq sahəsində iddiaçıların istifadəsində çətinliklər yaranacaq və gələcəkdə digər mülkiyyətçilər arasında narazılığa səbəb olacaqdır. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdeh X7 eyni məzmunlu ifadə verərərk, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını,həmçinin iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki,işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X6 arasında xx.xx.2001-ci il tarixdə İsmayıllı rayonu VVAQ şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 184 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, AZ-İ 259260 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı1, anası X3r. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZ-İ 685509 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı1, anası X3r. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZ-İİ 515886 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə doğulmuşdur.Atası İddiaçı1, anası X3r. İşdə olan xx.xx.2015-ci il tarixli, AZ-İ 729736 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan DƏDRX-nin Seriya MH ******* saylı çıxarışdan görünür ki, İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh2 Şakir qızı, X6, X9 və X8 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə 16 nömrəli reyesr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan JN-0177 Kod 40711028 olan “Torpağın mülkiyyət hüququna dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, İstisu kənd ərazisində 1,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 Şakir qızı, X6, X9 və X8 mülkiyyət hüququ dövlət aktı qeydiyyat kitabında xx.xx.2005-ci il tarixdə 19565 sayı ilə qeydiyyata alınmışdır. İşdə olan JN-014G Kod 40711048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, Çayqovuşan kənd ərazisində 0,16 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 Şakir qızı, X6, X9 və X8 mülkiyyət hüququ dövlət aktı qeydiyyat kitabında 12639 sayı ilə qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, N- 325 saylı İddiaçı2 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbulu barədə sübutlar təqdim edilmədiyindən vərəsəlik hüququ üzrə şəhadətnamə verilməsi mümkün deyildir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X1 (miras qoyan) ilə İddiaçı1 ilə xx.xx.2001-ci il tarixdə İsmayıllı rayonu VVAQ şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmişlər və bu evlilikdən 3 uşaqları olmuşdur. X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən JN-014G Kod 40711048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, qeydiyyat nömrəsi ********** olan 26 iyun 2009-cu il tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-0177 Kod 40711048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,038 ha hissəsi miras qalmışdır. X1 vəfat etdikdən sonra İddiaçı2 vərəsəlik şəhadətnaməsi almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, lakin miras əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbulu barədə sübutlar təqdim edilmədiyindən vərəsəlik hüququ üzrə şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən JN-014G Kod 40711048 olan “Torpağın mülkiyyətə verilməsinə dair”Şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, qeydiyyat nömrəsi ********** olan 26 iyun 2009-cu il tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-0177 Kod 40711048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,308 ha hissəsi daxildir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür.Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X13 xx.xx.2015-ci il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 (X10 və X5 qanuni nümayəndəsi (atası) və İddiaçı2 Natıq qızı və cavabdehlər (miras qoyanın valideynləri) Cavabdeh1 və Cavabdeh2 mirasın açıldığı vaxt Pərvanə Sadıqovanın vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, X13 öldükdən sonra onun birinci növbəli vərəsələri, əri Natiq Səmədov, uşaqları İddiaçı2 və Nihad və Namiq Sadıqovlar və valideynləri Cavabdeh1 və Cavabdeh2 miras açıldıqdan əvvəl və sonra da miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanmasında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda İddiaçı2 miras qoyan anası Pərvanə Sadıqovanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişdir. Ona görə də məhkəmə hesab edir ki, X13nın birinci növbəli vərəsələri, əri, uşaqları və valideynləri ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X13ya verilmiş (1998,2000-ci illərdə) torpaq sahələri, əri İddiaçı1la rəsmi nikaha daxil olmazdan əvvəl verildiyindən, ərin birgə nikah dövründə əldə olunmuş əmlak kimi ondan qalan torpaq sahələrinin bölünməsi zərurəti yoxdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 Şakir qızı, X6, X9 və X8 birgə mülkiyyətlərinə verilmiş JN-014G KOD 40711048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnaməyə əsasən 0.16 hektar həyətyanı torpaq sahəsinin X1na çatan 0.032 hektarı (0.16x1/5=0.032x1/6=0.005x4=0.02 ha), Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.18 hektar həyətyanı torpaq sahəsinin X1na çatan 0.036 hektarı (0.18x1/5=0.036x1/6=0.006x4=0.024 ha) və JN-177 KOD 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna” dair Dövlət aktına əsasən 1.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1na çatan 0.308 hektarının (1.54x1/5=0.308x1/6=0.051x4=0.20 ha) hər birinə ayrı-ayrılıqda 1/6 hissə olmaqla, ümumilikdə 4/6 hissəsinə birinci növbəli vərəsəsi kimi əri İddiaçı1, uşaqları İddiaçı2, X11 və X10 tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki,iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 Şakir qızı, X6, X9 və X8 birgə mülkiyyətlərinə verilmiş JN-014G KOD 40711048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnaməyə əsasən 0.16 hektar həyətyanı torpaq sahəsinin X1na çatan 0.032 hektarı (0.16x1/5=0.032x1/6=0.005x4=0.02 ha), Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.18 hektar həyətyanı torpaq sahəsinin X1na çatan 0.036 hektarı (0.18x1/5=0.036x1/6=0.006x4=0.024 ha) və JN-177 KOD 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna” dair Dövlət aktına əsasən 1.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1na çatan 0.308 hektarının (1.54x1/5=0.308x1/6=0.051x4=0.20 ha) hər birinə ayrı-ayrılıqda 1/6 hissə olmaqla, ümumilikdə 4/6 hissəsinə birinci növbəli vərəsəsi kimi əri İddiaçı1, uşaqları İddiaçı2, X11 və X10 tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-742/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-742/2022
01.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver