Məhkəmə qərarları › İş №2(037)-749/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-749/2024

26.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-749/2024 26.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qardaşı X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, X22 təxminən bir yaş altı aylıq olarkən velosipeddən yıxılmışdır. Həmin vaxt beyin damarı əzildiyindən təcili olaraq Bakı şəhərinə aparılmış, bir müddət Q.Qarayev xəstəxanasında müalicə olunmuş, lakin sağlamlığı bərpa olunmamışdır. Artıq uzun illərdir ki, qardaşı mütəmadi müalicələr alsa da səhhətində yaxşılığa doğru bir dəyişiklik olmamışdır. X24 rayon X2 Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq tələb edən davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Anamnezində qıcolma” diaqnozu ilə dispanser qeydiyyatdadır. Qardaşı onunla birlikdə ata evində yaşayır və ona bütün qulluğu o və anası göstərir. Qardaşının vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Qardaşının hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən X22in fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X14 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X19 izahat verərək göstərdi ki, X7 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. X22 təxminən bir yaş altı aylıq olarkən velosipeddən yıxılmış, beyin damarı əzilmişdir. Uzun müddət müalicə alsa da səhhətində yaxşılığa doğru bir dəyişiklik olmamışdır. Qardaşım Ülvi ərizəçi ilə birlikdə yaşayır və ona lazımı bütün qulluğu o göstərir. Ülvinin son zamanlar vəziyyəti daha da ağırlaşmışdır. Onun daima kənar şəxslərin köməyinə ehtiyacı vardır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İİİ-ЖГ seriyalı 251090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1976-cı il tarixdə İsmayıllı rayonun Talıstan kəndində doğulmuş, X5 valideynləri X6 və X12r. - V-ЖГ seriyalı 309828 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 noyabr 1977-ci il tarixdə İsmayıllı rayonun Talıstan kəndində doğulmuş, X7 valideynləri X6 və X12r. - İV-БA seriyalı 411503 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X8 arasında 21 aprel 1994-cü il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1976-cı il tarixdə İsmayıllı rayonun Talıstan kəndində doğulmuş, həmin kənddə yaşayan şəxs Ərizəçidır. - İ-БA seriyalı 366039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 04 iyun 1999-cu il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında 02 may 2024-cü il tarixli arayışdan görünür ki, X14 İ qrup əlil olmaqla 200 manat Azərbaycan Respublikası Prezidentininin təqaüdünü alır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X29 tərəfindən 01 may 2024-cü il tarixdə verilmiş 18-1-47/2-F-457- 42-749/2024 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Talıstan kəndində yaşayan 30 noyabr 1977-ci il təvəllüdlü X1 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq tələb edən davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Anamnezində qıcolma” diaqnozu ilə dispanser qeydiyyatdadır. - İsmayıllı rayon İHB-nın Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 172 nömrəli 02 may 2024-cü il tarixli arayışdan görünür ki, ərizəçinin ailə tərkibi aşağıdakı kimidir: anası-X15, qardaşı-X14, oğlu-X16r. İ qrup əlil X14 bacısı Ərizəçi himayəsində yaşayır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X29 tərəfindən verilmiş 06 may 2024-cü il tarixli 247 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X14 birinci qrup əlildir və “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq tələb edən davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Anamnezində qıcolma” diaqnozu ilə qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 08 iyul 2024-cü il tarixli 1987 nömrəli rəyindən görünür ki, X9 “ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” F 72.1) aşkar olunmuşdur. Bunu anamnestik məlumatlar – bir yaş altı aylıq olan zaman yıxılaraq kəllə-beyin travması alması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, Azərbaycan Respublikası TƏBİB “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası”nda “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq tələb edən davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Anamnezində qıcolma” diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Ümumi xəstəlik” diaqnozu ilə birinci dərəcəli əlil olmasının qeyd edilməsi sübut edir. Ülvi Fərzəliyev psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab olunması üçün əsaslar vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X14 30 noyabr 1977ci il tarixdə doğulmuşdur. Uşaq vaxtı yıxılmış və beyin travması almışdır. X18 M.R.X-nın X4 “Ruhi-əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq tələb edən davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Anamnezində qıcolma” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 08 iyul 2024-cü il tarixli 1987 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X7 bir yaş altı aylıq olan zaman yıxılaraq kəllə-beyin travma almış, erkən psixofiziki inkişafı həmyaşıdlarından geri qalmışdır. X14 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Ərizəçi X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Rauf Beybudovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 30 noyabr 1977-ci il tarixdə İsmayıllı rayonun Talıstan kəndində doğulmuş, İsmayıllı rayonun Talıstan kəndində yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar