Məhkəmə qərarları › İş №2(037)-755/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-755/2020

25.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-755/2020 25.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Hüseynzadə İlkı̇ n Bəxtı̇ yar oğlunun cavabdehlər Haxverdı̇ yev Qalı̇ b Nazı̇ m oğlu və Cavabdeh2 Zakı̇ r oğluna qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Hüseynzadə İlkı̇ n Bəxtı̇ yar oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək ona məxsus 2014-cü il buraxılışlı “Ford Fusion” minik markalı (** RT ***) ** VS *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı Haxverdı̇ yev Qalı̇ b Nazı̇ m oğlu (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 Zakı̇ r oğlu (bundan sonra ikinci cavabdeh) arasında bağlanmış xx xxxx 2020-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş AD742109 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin avtomaşının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, 2014-cü il buraxılışlı “Ford Fusion” markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomaşını 22000 manata almışdır. Həmin maşını satmaq üçün internetdə birinci cavabdehlə tanış olmuşdur. xx xxxx 2020-ci il tarixdə birinci cavabdeh ona məxsus maşına baxdıqdan sonra aralarında 18500 manata razılaşmışlar. Birinci cavabdeh 11500 manat pulu olduğunu, qalan 7000 manat pulu verdikdən sonra ondan maşının texniki pasportunu alacağını bildirmişdir. O, birinci cavabdehin səmimiliyinə inanaraq razılaşmışdır. Həmin tarixdə o, 3 saylı Asan Xidmət mərkəzinin notariat kontorunda birinci cavabdehin adına etibarnamə vermiş, birinci cavabdeh isə ona 11500 manat pul vermişdir. Bir gün keçdikdən sonra birinci cavabdehlə əlaqə saxlayanda həmin maşınla qəza törətdiyini, ondan pulu istəyəndə isə maşını təmir elətdirdikdən sonra pulu verəcəyini bildirmişdir. Bundan sonra birinci cavabdehin onu aldatdığnı görmüş və martın 9-da o, notariat kontoruna gedərək birinci cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. Daha sonra elektron sistem vasitəsi ilə ona məxsus maşının mülkiyyətində olmadığını görmüşdür. Martın 9-u birinci cavabdeh etibarnamədən istifadə edərək maşına itmə adı ilə yeni şəhadətnamə alaraq ikinci cavabdehin adına alğı-satqı müqaviləsi ilə keçirmiş və maşına yeni ** VS *** qeydiyyat nömrəsi alınmışdır. Həmin tarixdə ikinci cavabdehin adından birinci cavabdeh və qardaşı Nümayəndə etibarnamə almışlar. Birinci cavabdeh onun etibarından sui-istifadə edərək mülkiyyətində olan maşını ikinci cavabdehə satmışdır. O, Masallı rayonuna qayıtdıqdan sonra cavabdehlərin ondan 102 xidmətinə şikayət etdiyini bilmişdir. O, maşının texniki pasportunu birinci cavabdehə 7000 manat pulu qaytardıqdan sonra verəcəyinə söz vermişdir. Ona məxsus “Ford Fusion” markalı maşının 350 dollar dəyərində təmirə ehtiyacı olmuşdur. Cavabdehlərin təqdim etdiyi whatsapp yazışmalarını və CD-diskə köçürülmüş səs yazılarını əsassız hesab edir. Ona məxsus 2014-cü il buraxılışlı “Ford Fusion” minik markalı (** RT ***) ** VS *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı cavabdehlər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli alğısatqı müqaviləsinin və onun əsasında verilmiş AD742109 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin avtomaşının onun qanuni sahibliyinə qaytarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Birinci cavabdeh 055 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” bildiriş göndərilməklə xəbərdar olunmuşdur. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Birinci cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı internetdə “Ford Fusion” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı maşının satış qiymətini 18500 manata qoymuşdur. Birinci cavabdeh həmin maşının satın alınması ilə bağlı iddiaçı ilə əlaqə saxlamış və maşının qiymətinin 15500 manat olmasına razılaşmışlar. “Whatsapp” sosial şəbəkəsində olan yazışmalarda da iddiaçı maşının 15500 manat olmasını göstərmişdir. İddiaçı Masallı rayonundan maşını Bakı şəhərinə birinci cavabdehin baxması üçün gətirmişdir. İkinci cavabdeh mühərrik ustası olduğundan maşına baxdıqdan sonra bir çox problemlərinin olduğunu müəyyən etmiş və bu barədə iddiaçı ilə birinci cavabdehi məlumatlandırmışdır. Maşında olan problemlərə görə birinci cavabdehlə iddiaçı maşının qiymətinin 11500 manat olması ilə razılaşmışlar. Bundan sonra iddiaçı birinci cavabdehdən 11500 manat alaraq ona baş etibarnamə vermişdir. İddiaçı baş etibarnamə verdikdən sonra avtomaşının texniki pasportunu birinci cavabdehin yanında maşına qoymuş və Masallıya yola düşmüşdür. Birinci cavabdeh texniki pasportun maşında olduğunu zənn etmiş və maşına baxarkən texniki pasportun orda olmadığını görmüşdür. Birinci cavabdeh dərhal iddiaçıya çoxlu zənglər etsə də onun telefonuna zəng çatmamışdır. Birinci cavabdeh iddiaçının şəxsiyyətini araşdırmış və onun və atasının insanları bu cür yol ilə aldatmaqla məşğul olduqlarını müəyyən etmişdir. Bundan sonra birinci cavabdeh iddiaçının hərəkətlərindən şübhələnərək polisə müraciət etmiş və maşına yeni texniki pasport alaraq həmin maşını ikinci cavabdehə satmışdır. Bir neçə gün sonra iddiaçı birinci cavabdehə zəng vuraraq onu niyə polisə verdiyindən şikayətlənmiş, birinci cavabdeh ondan nə üçün maşının texniki pasportunun özü ilə götürdüyünü soruşduqda o, maşının texniki pasportunun səhvən onda qaldığını bildirmişdir. Birinci cavabdeh onunla iddiaçı arasında olan söhbətlərin səs yazılarını CD-diskə köçürmüş və həmin diski məhkəməyə təqdim etmişdir. İddiaçının iddia tələbində göstərdiyi xüsusatlar uydurma və yalandır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdehin nümayəndəsi Vəkil birinci cavabdehin digər nümayəndəsi Nümayəndə izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İkinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, mühərrik ustası işləyir. Birinci cavabdeh “Ford Fusion” minik markalı maşını onun yanına yoxlatdırmağa gətirmişdir. Həmin vaxt iddiaçı da orada olmuşdur. O, maşına baxaraq bir çox problemlərin olduğunu görmüş və bu barədə iddiaçını və birinci cavabdehi məlumatlandırmışdır. Maşında olan problemlərə görə birinci cavabdehlə iddiaçı maşının qiymətinin 11500 manat olması ilə razılaşmışlar. Birinci cavabdeh sonradan onu məlumatlandırmışdır ki, iddiaçı ondan 11500 manat alaraq baş etibarnamə vermiş və ondan xəbərsiz maşının texniki pasportunu özü ilə aparmış, iddiaçıya dərhal nə qədər zəng etsə də cavab verməmiş və o, iddiaçının hərəkətlərindən şübhələndərək polisə müraciət etmişdir. Bundan sonra birinci cavabdeh maşına yeni texniki pasport alaraq həmin maşını ona satmışdır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, Cavabdeh1 və Cavabdeh2 tanıyır. Cavabdeh1 İddiaçı ilə birlikdə Cavabdeh2 yanına maşını yoxlatdırmağa gətirəndə o da orada olmuşdur. Cavabdeh2 maşının vəziyyətini yoxladıqda maşında problemlərin olduğunu Cavabdeh1 demiş və onlar maşının satış qiymətini 11500 manata razılaşmışlar. xx xxxxxx 2018-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, ** RT *** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomaşın İddiaçı adına qeydə alınmışdır. xx xxxx 2020-ci il tarixli, ƏN-Vİİ 213191 nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, “Ford Fusion” minik markalı, ** RT *** dövlət nömrə nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh1 1 il müddətinə idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə vermək və digər hərəkətlər barədə etibar edilmişdir. xx xxxx 2020-ci il tarixli AR DİN BDYPİ Qİİ-nin alğı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçın verdiyi etibarnamə əsasında xx xxxx 2020-ci il tarixdə AR DİN BDYPİ Qİİ-də 2014-cü il buraxılışlı tünd boz metalik rəngli “Ford Fusion” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh2 11000 manata satmışdır. xx xxxx 2020-ci il tarixli, AD 742109 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, ** VS *** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomaşın Cavabdeh2 adına qeydə alınmışdır. xx xxxxxx 2020-ci il tarixli “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, “Ford Fusion” minik markalı, 2014 cü il buraxılışlı, tünd boz metalik rəngli, 1500 sm motor gücü olan, ** RT *** dövlət qeydiyyat nişanlı avtomaşının mövcud bazar dəyəri nəzəri hesablama yolu ilə 21100 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən birinci cavabdehin nümayəndəsinin təqdim etdiyi “Whatsapp” sosial şəbəkəsində olan yazışmalara və CD-disklərə köçürülmüş audio yazılara tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin yazışmalarda iddiaçı “Ford Fusion” markalı maşının qiymətinin 15500 manat olduğunu qeyd etmişdir. Həmin sosial şəbəkədə olan səs yazılarında birinci cavabdehin onun barəsində polisə müraciət elədiyindən şikayətlənmiş və “Ford Fusion” markalı maşının texniki pasportunun səhvən onda qaldığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı birinci cavabdehlə aralarında olan razılaşmaya əsasən mülkiyyətində olan “Ford Fusion” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə birinci cavabdehdən 11500 manat pul almış və ona həmin avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə vermək və digər hərəkətlər barədə etibarnamə vermişdir. Birinci cavabdeh həmin etibarnamə əsasında avtomobili alğı-satqı müqaviləsi əsasında ikinci cavabdehə satmışdır. Məhkəmə avtomobilin dəyərinin 21100 manat olması ilə əlaqədar “xxxx” MMC-nin ekspert rəyi ilə razılaşmır. Belə ki, iddiaçı iddia ərizəsində avtomaşının dəyərinin 18500 manat olmasını göstərmiş, birinci cavabdeh həmin maşının satın alınması ilə bağlı iddiaçı ilə maşının qiymətinin 15500 manat olmasına razılaşmışlar. “Whatsapp” sosial şəbəkəsində olan yazışmalarda da iddiaçı maşının 15500 manat olmasını göstərmişdir. Ekspert rəyi isə avtomobilə baxış keçirilmədən onun texniki nasazlıqları və digər çatışmazlıqları nəzərə alınmadan nəzəri hesablama yolu ilə aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı birinci cavabdehə etibarnamə verərkən, birinci cavabdeh həmin etibarnamə əsasında avtomobili ikinci cavabdehə satarkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Hüseynzadə İlkı̇ n Bəxtı̇ yar oğlunun cavabdehlər Haxverdı̇ yev Qalı̇ b Nazı̇ m oğlu və Cavabdeh2 Zakı̇ r oğluna qarşı 2014-cü il buraxılışlı “Ford Fusion” minik markalı (** RT ***) ** VS *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı cavabdehlər Haxverdı̇ yev Qalı̇ b Nazı̇ m oğlu və Cavabdeh2 Zakı̇ r oğlu arasında bağlanmış xx xxxx 2020-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş AD742109 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin avtomaşının onun qanuni sahibliyinə qaytarılmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar