Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-760/2022 04.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 04 iyul 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ona və digər mülkiyyətçilər X12, X6, Fərmanova (nikahdan sonra Ovçiyeva) Amalya Ramiz qızı və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən 2.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət aktında onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Fərmanova”, ata adı “Yüzbaş” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Ağayeva”, ata adı “Yüzbaşı”, qızı X3 adı həmin vaxt “Emiliya” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Elmira” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçi kimi onun və ailə üzvlərinin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X6 ifadə verərək göstərdi ki, Ərizəçi anasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarı əsasında JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən 2.19 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Dövlət aktında anası Ərizəçi soyadı həmin vaxt “Fərmanova”, ata adı “Yüzbaş” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Ağayeva” ata adı “Yüzbaşı” və onun adı həmin vaxt “Emiliya” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Elmira” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13 ifadə verərək göstərdi ki, Ərizəçi anasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarı əsasında JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən 2.19 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Dövlət aktında anası Ərizəçi soyadı həmin vaxt “Fərmanova”, ata adı “Yüzbaş” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Ağayeva” ata adı “Yüzbaşı” və bacısı X3 adı həmin vaxt “Emiliya” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Elmira” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi İsmayıllı rayonu, Aşıqbayramlı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, seriya AZE № 15856480 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 rayonu, Aşıqbayramlı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, seriya AZE № 15856511 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 rayonu, Aşıqbayramlı kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının sürətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarı ilə İsmayıllı rayon Aşıqbayramlı kənd sakinləri Ağayeva Elmira Yüzbaşı qızı, X12, Ərizəçi Ramiz qızı, X8 və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Aşıqbayramlı kəndi ərazisindən 2.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktı 55569 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X17 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən 2.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağayeva Elmira Yüzbaşı qızı (ərizəçi), X12, Ərizəçi Ramiz qızı, X8 və X9 birgə mülkiyyətlərinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçinin soyadı həmin vaxt “Fərmanova” və ata adı “Yüzbaş” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Fərmanova” və ata adı “Yüzbaşı” kimi yazılmışdır. Bundan əlavə digər mülkiyyətçi X3 adı həmin vaxt “Emiliya”,olmasına baxmayaraq Dövlət aktında səhvən “Elmira” kimi yazılmışdır. Həmin Dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən 2.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ağayeva Elmira Yüzbaşı qızı (ərizəçi), X12, Ərizəçi Ramiz qızı, X8 və X9 mülkiyyətlərinə verilməsinə dair JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi soyadının “Ağayeva” və ata adının “Yüzbaşı” və X3 isə adının “Elmira” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X12, X13, Fərmanova (nikahdan sonra Ovçiyeva) Amalya Ramiz qızı (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № 15856511 saylı şəxsiyyət vəsiqəsi), X6 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № 15856480 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarına əsasən JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən 2.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ağayeva Elmira Yüzbaşı qızı (ərizəçi), X12, Ərizəçi Ramiz qızı, X8 və X9 mülkiyyətinə verilməsinə dair JN-0049 Kod 40718028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi soyadının “Ağayeva” ata adının “Yüzbaşı” və X3 adının “Elmira” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X12, X13, Fərmanova (nikahdan sonra Ovçiyeva) Amalya Ramiz qızı (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № 15856511 saylı şəxsiyyət vəsiqəsi), X6 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № 15856480 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-760/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-760/2022
04.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver