Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-761/2020 25.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Mehdı̇yev Yaşar Yadulla oğlunun cavabdeh "Azərı̇şiq" Açiq Səhmdar Cəmı̇yyətı̇nə qarşı istehlakçının hüquqlarının müdafiəsi haqqında tələbinə dair mülki işə 25sentyabr 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Mehdı̇yev Yaşar Yadulla oğlu iddia ərizəsi ilə müraciət edərək cavabdeh "Azərı̇şiq" Açiq Səhmdar Cəmı̇yyətı̇ tərəfindən İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin elektrik xəttinə qoşulmasının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlığı zamanı cavabdeh "Azərı̇şiq" Açiq Səhmdar Cəmı̇yyətı̇nin nümayəndəsi X1 ərizə göndərərək bildirmişdir ki, iddiaçı Mehdı̇yev Yaşar Yadulla oğlunun cavabdeh "Azərı̇şiq" Açiq Səhmdar Cəmı̇yyətı̇nə qarşı istehlakçının hüquqlarının müdafiəsi haqqında tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etməsi məhkəmə aidiyyatı və və ərazi aidiyyatı ilə bağlı prosessual normaları pozmuşdur. Həmin mülki işin aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı Mehdı̇yev Yaşar Yadulla oğlu məhkəmə hazırlıq iclasında bildirdi ki, cavabdehin vəsatəti ilə razı deyildir. Hesab edir ki, həmin işə İsmayıllı Rayon Məhkəməsində də baxıla bilər. Ona görə də vəsatətin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qaərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə təbii inhisar subyekti olan “xxxxxxxx” ASC-nin publik hüquq sahəsindəki hərəkətsizliyindən irəli gəldiyinə görə işə öhdəliyin icrası haqqında iddia qismində inzibati icraat qaydasında baxıldığından iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 04 nömrəli“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarına əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının xitam verilməsi zamanı hakim qərardad çıxarır. İddiaçıya izah olunur ki, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ var. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Mehdı̇yev Yaşar Yadulla oğlunun cavabdeh "Azərı̇şiq" Açiq Səhmdar Cəmı̇yyətı̇nə qarşı istehlakçının hüquqlarının müdafiəsi haqqında tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-761/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-761/2020
25.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver