Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-765/2021 27.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3 Pərviz qızı və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 27 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi), Ərizəçi3 Pərviz qızı (bundan sonra ikinci ərizəçi) və Ərizəçi2 (bundan sonra üçüncü ərizəçi) ərizə ilə müraciət edərək JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin X10 və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci ərizəçi izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN- 163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə onun soyad, ad və ata adı “Ərizəçi1” əvəzinə “X16”, ikinci ərizəçinin soyadı “Məmmədova” əvəzinə “Mamedova”, üçüncü ərizəçinin və ərinin soyadları “ Məmmədov” əvəzinə “Mamedov” kimi qeyd olunmuşdur. X21 2004-cü ildə ailə quraraq ərinin soyadına uyğun Bəşirova soyadını qəbul etmişdir. X28 25 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Dövlət aktında və şəhadətnamələrdə onun soyad, ad və ata adı, digər mülkiyyətçilərin isə soyadları düzgün yazılmadığından ərindən miras qalan əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Uyğunsuzluqların aradan qaldırılması ilə bağlı ikinci ərizəçi aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin X10, ona və digər ərizəçilərə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. İşə ikinci ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Üçüncü ərizəçi birinci ərizəçi ilə eyni məzmunlu izahat verərək JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ona, digər ərizəçilərə və X10 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 25 avqust 2005-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 16 avqust 2014-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi3 Pərviz qızı adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 08 aprel 2013-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. A3 298289 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23 avqust 1973-cü il tarixdə İsmayıllı rayonun Basqal kənd sovetliyində rəsmi nikah qeyd etdirməklə X17 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o ərinin soyadına uyğun Məmmədova soyadını qəbul etmişdir. Ailə quranadək onun soyadı Əyyubova olmuşdur. AZ-İ 121608 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18 noyabr 2004-cü il tarixdə Salyan rayon VVADQ şöbəsində rəsmi nikah qeyd etdirməklə X19 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o ərinin soyadına uyğun Bəşirova soyadını qəbul etmişdir. Ailə quranadək onun soyadı Məmmədova olmuşdur. 09 oktyabr 2009-cu il tarixli 004914 nömrəli vəsiqənin surətindən görünür ki, İsmayıllı şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ikinci ərizəçi şəhid ailəsi kimi qeydiyyata alınmışdır. 28 fevral 2018-ci il tarixli AZ-İ 903491 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 25 fevral 2018-ci il tarixdə vəfat etmişdir. 02 avqust 1998-ci il tarixli JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X17, Ərizəçi1, Ərizəçi2 və X5 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X3 Mamedov, Ərizəçi1 soyadı Mamedova, adı Mayər, ata adı Ələsgər, mülkiyyətçi Ərizəçi2 soyadı Mamedov, mülkiyyətçi X1 Mamedova kimi qeyd olunmuşdur. JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin surətlərindən görünür ki, X17, Ərizəçi1, Ərizəçi2 və X5 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamələrdə mülkiyyətçi X3 Mamedov, mülkiyyətçi Ərizəçi1 soyadı Mamedova, adı Mayər, ata adı Ələsgər, mülkiyyətçi Ərizəçi2 soyadı Mamedov, mülkiyyətçi X1 Mamedova kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 07 oktyabr 2020-ci il tarixli **********15 nömrəli məktubdan görünür ki, ikinci ərizəçi JN- 163B, JN-163C və JN-163F nömrəli şəhadətnamələrdə soyad, ad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq Ərazi İdarəsinin mülkiyyət hüququna dair sənədlərdə hər hansı dəyişikliklər edilməsi səlahiyyətinin olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli 169, 170, və 171 nömrəli arayışlardan görünür ki, JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında texniki səhv olaraq Ərizəçi1 X16, Ərizəçi2 X15 və X2 Müşərrəf Pərviz qızı kimi yazlmışdır. Şəxsiyyət vəsiqələrinə, təsərrüfatbaşına kitaba və arxiv sənədlərinə əsasən Ərizəçi1, Ərizəçi2 və X7 olmalıdır. Məhkəmə birinci və üçüncü ərizəçiərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X17, Ərizəçi1, Ərizəçi2 və X5 birgə mülkiyyətlərində olan torpaq sahələrinə dair tərtib olunmuş JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə mülkiyyətçi X3 Mamedov, mülkiyyətçi Ərizəçi1 soyadı Mamedova, adı Mayər, ata adı Ələsgər, mülkiyyətçi Ərizəçi2 soyadı Mamedov, mülkiyyətçi X1 Mamedova kimi qeyd olunmuşdur. Mülkiyyətçi Ərizəçi1 ailə həyatı qurduqdan sonra ərinin soyadına uyğun soyadı qəbul etmişdir. Mülkiyyətçi Pərviz Məmmədov 2018-ci ildə vəfat etmişdir. Dövlət aktında və şəhadətnamələrdə mülkiyyətçilərin soyadları, ad və ata adı düzgün qeyd olunmadığından ərizəçilər Pərviz Məmmədovdan miras qalan əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ikinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq Ərazi İdarəsinin mülkiyyət hüququna dair sənədlərdə hər hansı dəyişikliklər edilməsi səlahiyyətinin olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. Hazırki vəziyyətdə JN- 137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədlərin onlara və ailə üzvünə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X27 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını və şəhadətnamələri verən komissiya artıq mövcud olmadığından ərizəçilər dövlət aktındakı və şəhadətnamələrdəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə mülkiyyətçilərin soyadlarının, adının və ata adının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ərizəçilərə və X10 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 02 avqust 1999-cu il tarixli JN-137 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, JN-163B Kod 40718028, JN-163F Kod 40718028 və JN-163G Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin X17, Ərizəçi1, Ərizəçi2 və Məmmədova (nikahdan sonra Bəşirova) Müşərrəf Pərviz qızına məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-765/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-765/2021
27.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver