Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-77/2023 16.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 16 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 aprel 2006-cı il tarixli 4Ə-2-403 nömrəli alqı-satqı müqaviləsi ilə onlara verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-0662 Kod 40726018 saylı dövlət aktının X16, X17, Qəhrimanova (Kərimova) Ayşən Sənan qızı, X18, X6 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə təmsil etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 aprel 2006-cı il tarixli 4Ə-2-403 nömrəli alqı-satqı müqaviləsinə əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonun Tircan kəndi ərazisində 5.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0662 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin adı həmin vaxt “Rəfail” olmasına baxmayaraq səhvən “Rəfael” kimi, anası Ema Kərimovanın ata adı həmin vaxt “Fərzalı” olmasına baxmayaraq səhvən “Fəzaı” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqların həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ərizəçi müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında onların ad və ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında ad və ata adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət olunmuş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 aprel 2006-cı il tarixli 4Ə-2-403 nömrəli alqı-satqı müqaviləsi ilə onlara verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-0662 Kod 40726018 saylı dövlət aktının X16, X17, Qəhrimanova (Kərimova) Ayşən Sənan qızı, X18, X6 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid Qəhrimanova (Kərimova) Ayşən Sənan qızı ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Torpaq islahatı zamanı onun və ailə üzvlərinin birgə mülkiyyətinə 5.09 hektar torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında qardaşının adı həmin vaxt “Rəfail” olmasına baxmayaraq səhvən “Rəfael” kimi, anasının ata adı həmin vaxt “Fərzalı” olmasına baxmayaraq səhvən “Fəzaı” kimi yazılmışdır. Göstərilən JN-0662 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X16, X17, Ərizəçi, X18, X6 və ona məxsus olmasını təsdiq edir. X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Dövlət aktında mülkiyyətçilərin adı və ata adı səhv yazılmışdır. O, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X16, X17, Ərizəçi, X18, X6 və arvadı Qəhrimanova (Kərimova) Ayşən Sənan qızına məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-0662 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X16, X17, Ərizəçi, Qəhrimanova (Kərimova) Ayşən Sənan qızı, X18, X5 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Ərizəçi adı “Rəfael”, X8 ata adı “Fəzaı” kimi qeyd olunmuşdur. Dövlət aktı 15085 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X13 verilmişdir. 20 iyun 2005-ci il tarixli AZ-İ № 142434 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X16 20 iyun 2005-ci il tarixdə vəfat etmişdir. 25 dekabr 2020-ci il tarixli AZ-İİ № 140643 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X17 21 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. 14 sentyabr 1975-ci il tarixli İİİ-ЖГ № 250469 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 30 avqust 1975-ci ildə doğulmuş, atası X16 və anası X3 qeyd olunmuşdur. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 may 2017-ci il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 30 avqust 1975-ci il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş Kərimov X11 rayonun Tircan kəndində yaşayır. 13 yanvar 1981-ci il tarixli 363437 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 01 yanvar 1981-ci ildə doğulmuş, atası X16 və anası X3 qeyd olunmuşdur. Seriya AZ-İİ № 203016 saylı nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 Fərhad Rakir oğlu nikaha daxil olmuş, nikahdan sonra Qəhrimanova soyadını götürmüşdür. Səyyar Asan 10 tərəfindən verilmiş 17 iyul 2017-ci il tarixli seriya AZE № 17262841 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 yanvar 1981-ci il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş X1 rayonun Tircan kəndində yaşayır. 31 dekabr 1982-ci il tarixli Vİİİ-ЖГ № 490402 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 26 dekabr 1982-ci ildə doğulmuş, atası X16 və anası X3 qeyd olunmuşdur. 01 iyul 2006-cı il tarixli AZ-İ № 197157 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X15 25 may 2006-cı il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli **********76 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0662 Kod 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad, soyad və ata soyadlarında səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X26 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 aprel 2006-cı il tarixli 4Ə-2-403 nömrəli alqı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu Tircan kəndində yerləşən 5.09 ha torpaq sahəsi X16, X17, Ərizəçi, Qəhrimanova (Kərimova) Ayşən Sənan qızı, X18, X5 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0662 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi adı həmin vaxt “Rəfail” olmasına baxmayaraq səhvən “Rəfael” kimi, X8 ata adı həmin vaxt “Fərzalı” olmasına baxmayaraq səhvən “Fəzaı” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-0662 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi adının “Rəfael” kimi, X8 ata adının “Fəzaı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X16, X17, Ərizəçi, Qəhrimanova (Kərimova) Ayşən Sənan qızı, X18 və X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 aprel 2006-cı il tarixli 4Ə-2-403 nömrəli alqı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu Tircan kəndində yerləşən 5.09 ha torpaq sahəsinin X16, X24, X20, X19, X18 və X5 birgə mülkiyyətinə verilməsinə dair JN- 0662 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni X8 ata adı “Fəzaı”, Ərizəçi adının “Rəfael” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X16 (xx.xx.2005-ci il tarixli, AZ-İ № 142434 saylı ölüm haqqında şəhadətnamə), X17 (xx.xx.2020-ci il tarixli, AZ-İİ № 140643 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Qəhrimanova (Kərimova) Ayşən Sənan qızı (Səyyar Asan 10 tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, AZE № 17262841 saylı şəxsiyyət vəsiqəsi), X18 (xx.xx.1982-ci il tarixli, Vİİİ-ЖГ № 490402 saylı doğum haqqında şəhadətnamə) və X6 (xx.xx.2006-ci il tarixli, AZ-İ № 197157 saylı ölüm haqqında şəhadətnamə) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-77/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-77/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver