Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-779/2021 08.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 08 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 26 may 2011-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 4677 nömrə ilə uçota alınmış “A” seriyalı 347804 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, mülkiyyətində olan torpaq sahəsinə dair Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə onun soyadı “Soltanov” əvəzinə “Salmanov” kimi qeyd olunmuşdur. Torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Lakin şəxsiyyətini təsdiq edən sənədlə mülkiyyət sənədində soyadında uyğunsuzluq olduğundan bu hüququndan istifadə edə bilmir. Müvafiq orqana müraciət etmiş, lakin səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 4677 nömrə ilə uçota alınmış “A” seriyalı 347804 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Onların soyadları Soltanovdur. Ərizəçinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair sənəddə soyadı “Soltanov” əvəzinə “Salmanov” kimi qeyd olunmuşdur. Qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ərizəçiyə məxsus olmasını təsdiq edir. X7 Nurullah oğlu X2 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ərizəçiyə məxsus olmasını təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səyyar Asan1 tərəfindən 28 avqust 2014-cü il tarixdə ərizəçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli arayışdan görünür ki, ərizəçiyə Ərizəçi adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 4677 nömrə ilə uçota alınmış “A” seriyalı 347804 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən müəyyən edilir ki, Ərizəçi soyadı “Salmanov” kimi qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Qoşakənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2021-ci tarixli 142 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 4677 nömrə ilə uçota alınmış “A” seriyalı 347804 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə “X5” “Ərizəçi” kimi oxunmalıdır. Qoşakənd kənd İƏD nümayəndəliyi ərazisində X9 adında vətəndaş yaşamayıb və hal-hazırda da yaşamır Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli **********19 nömrəli məktubundan görünür ki, ərizəçi “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ərizəçinin mülkiyyətində olan torpaq sahəsinə dair Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 4677 nömrə ilə uçota alınmış “A” seriyalı 347804 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ərizəçinin soyadı “Soltanov” əvəzinə “Salmanov” kimi yazılmışdır. Mülkiyyət sənədində soyadının düzgün qeyd edilməməsi torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüquqlarını həyata keçirməsinə maneçilik törədir. Ərizəçi göstərilən səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq Ərazi İdarəsi tərəfindən səhvin düzəldilməsinin Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X11 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədi verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin sənəddəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, “A” seriyalı 347804 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ərizəçinin soyadının Soltanov əvəzinə Salmanov kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından “A” seriyalı 347804 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 may 2011-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 4677 nömrə ilə uçota alınmış “A” seriyalı 347804 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-779/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-779/2021
08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver