Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-780/2023 14.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 qarşı “çıxarışların ləğv edilməsi,həmin əmlakarın özgəninkiləşdirilməsinin qarşısının alınmasının notariat orqanına göstəriş verilməsi və cavabdehlərin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş hüquqmüəyyənedici sənədlərin, o cümlədən xx.xx.2022-ci il tarixli,**********,xx.xx.2022-ci il tarixli,********** və xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışların ləğv edilməsi və həmin əmlakarın özgəninkiləşdirilməsinin qarşısının alınmasının notariat orqanına göstəriş verilməsi və cavabdehlərin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən,yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, İsmayıllı rayonu, Mican kəndi ərazisində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********10 reyestr nömrəli Çıxarış tərtib edilmişdir. Belə ki, hazırkı iddia tələbinə məhkəmədə baxılmalı olmadığı halda,həmçinin,iddiaçı həmin tələblə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə ərizə ilə müraciət etmişdir. Eyni zamanda hər hansı bir inzibati orqanın üzərinə öhdəliyin (göstəriş) qoyulması ümumi məhkəmələrin səlahiyyətinə aid deyildir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə,MPM-in 153.2,153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə,MPM-nin 261.0,261.0.1-ci maddələrinə əsasən,işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli,iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair 19 may 2014-cü il tarixli Qərarına əsasən - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-nin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən,həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. -DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki,dövlət qeydiyyatına alınmalı olan hüquqlar,qanunda digər qayda nəzərdə tutulmadığı halda,qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır.Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs,yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər.Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Məhkəmə qeyd edir ki,iddia tələbinə dair mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Çünki hazırda iddiaçının iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin HDQHDƏDR-dən Cavabdeh2 adına verilmiş hüquqmüəyyənedici sənədlərin, o cümlədən xx.xx.2022-ci il tarixli,**********,xx.xx.2022-ci il tarixli,********** və xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışların ləğvi ilə əlaqədardır.Belə ki,iddiaçının iddia ərizəsindəki tələbindən aydın olur ki,hazırda iddiaçı cavabdehin adına tərtib edilmiş Çıxarışların həmin əmlakların həqiqi hüquqi vəziyyətinə uyğun olmamasını mübahisələndirir. Ona görə də iddiaçı qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə,inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Belə ki, sözügedən çıxarış bağışlama, alğı-satqı və ya digər mülki-hüquqi münasibətlər əsasında verilmiş olsaydı, o zaman sözügedən mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilərdi.Belə ki,iddia ərizəsinin də məzmunundan göründüyü kimi, Məmmədova X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-133/2022 saylı qətnaməsi əsasında 21 noyabr 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış İsmayıllı rayonu Mican kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsi (RX seriyalı ******* nömrəli çıxarış) və həmin torpaq sahəsində yerləşən 1955-ci ildə inşa edilmiş bir mərtəbəli iki otaqlı ümumi sahəsi 88,7 m2 olan fərdi yaşayış evi (reyestr nömrəsi **********06-10301, inventar nömrəsi 4071918/805) və 0,55 hektar (JN-0154 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı) pay torpaq sahələrindən ibarət miras əmlakların iddiaçı Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini almış və bundan sonra Cavabdeh2 sözügedən miras əmlaklara dair adına çıxarış almışdır. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə,hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə,iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər.Qərardad ləğv edildikdə,iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 qarşı “çıxarışların ləğv edilməsi, həmin əmlakların özgəninkiləşdirilməsinin qarşısının alınmasının notariat orqanına göstəriş verilməsi və cavabdehlərin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli həmin tələblə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edə və eyni zamanda iddiaçıya müvafiq ərizə ilə yuxarıda sadalanan hərəkətlər edildikdən sonra aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 qarşı “çıxarışların ləğv edilməsi, həmin əmlakların özgəninkiləşdirilməsinin qarşısının alınmasının notariat orqanına göstəriş verilməsi və cavabdehlərin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı həmin tələblə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmək və müvafiq ərizə ilə yuxarıda sadalanan hərəkətlər edildikdən sonra aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-780/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-780/2023
14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver