Məhkəmə qərarları › İş №2(037)-798/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-798/2020

26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-798/2020 26.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək xx xxxxxxxx 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı 273945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin atası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı şəhərində yaşayır. İsmayıllı rayon X4 xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarına uyğun olaraq atasının mülkiyyətinə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisində 600 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə atasının ata adı Razim əvəzinə Rasim kimi qeyd olunmuşdur. Atası 2019cu ildə vəfat etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsi ilə mülkiyyət sənədində ata adında uyğunsuzluq olduğundan atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Müvafiq orqana müraciət etmiş, lakin həmin səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı 273945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin atası X5 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X9 Ötərxan qızı ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. X12 mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ərinin ata adı Razim əvəzinə Rasim kimi yazılmışdır. Əri 2019-cu ildə vəfat etmişdir. Qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin X5 məxsus olmasını təsdiq edir. X2 X9 Ötərxan qızı ilə eyni məzmunlu ifadə verərək qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin atası X5 məxsus olmasını təsdiq etdi. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçiyəƏrizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. XVİİ-ЖГ seriyalı 395552 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, ərizəçinin valideynləri X6 və İsmayılova Dilşad Ötərxan qızıdır. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı 273945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən müəyyən edilir ki, sənəddə X3 ata adı Rasim kimi qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 xx xxxx 2020-ci tarixli 1859 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı 273945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə səhvən X7 yazılmışdır. X1 yazılmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, ərizəçi AN-273945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ata adının dəyişdirilməsi ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq ərazi idarəsinin mülkiyyət hüququna dair sənədlərdə mülkiyyətçilərin ad və soyadlarında hər hansı dəyişiklik etmək hüququ yoxdur. Ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon X4 xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarına uyğun olaraq X3 mülkiyyətinə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisində 600 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi barədə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı 273945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə mülkiyyətçinin ata adı Razim əvəzinə Rasim kimi yazılmışdır. Mülkiyyət sənədində ata adının düzgün qeyd edilməməsi ərizəçinin atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına maneçilik törədir. Ərizəçi göstərilən səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq səhvin düzəldilməsinin Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin atası X5 məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı 273945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə mülkiyyətçinin ata adının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən sənədin X5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxxxx 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı 273945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün X5 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar