Məhkəmə qərarları › İş №2(037)-799/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-799/2020

30.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-799/2020 30.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək xx xxxxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 5371 nömrə ilə uçota alınmış “A” seriyalı 362994 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon X4 xx xxxxxxxx 1998-ci il tarixli 60 nömrəli qərarına uyğun olaraq onun mülkiyyətinə İsmayıllı rayonun Talıstan kəndi ərazisində 1150,39 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə onun soyad, ad və ata adı Ərizəçi əvəzinə X2 qeyd olunmuşdur. Torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Lakin şəxsiyyətini təsdiq edən sənədlə mülkiyyət sənədində soyad, ad və ata adında uyğunsuzluq olduğundan bu hüququndan istifadə edə bilmir. Müvafiq orqana müraciət etmiş, lakin səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 5371 nömrə ilə uçota alınmış “A” seriyalı 362994 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Ərizəçinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair sənəddə soyad, ad və ata adı Ərizəçi əvəzinə X2 qeyd olunmuşdur. Qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ərizəçiyə məxsus olmasını təsdiq edir. X3 X1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin ərizəçiyə məxsus olmasını təsdiq etdi. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxx 2012-ci il tarixdə ərizəçiyəƏrizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 5371 nömrə ilə uçota alınmış “A” seriyalı 362994 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən müəyyən edilir ki, Ərizəçi soyad, ad və ata adı X2 qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Talıstan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci tarixli 347 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 5371 nömrə ilə uçota alınmış “A” seriyalı 362994 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ərizəçinin inisialları səhvən X2 yazılmışdır. Əslində onun inisialları Ərizəçi kimi yazılmalı və oxunmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********55 nömrəli məktubundan görünür ki, ərizəçi “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon X4 xx xxxxxxxx 1998-ci il tarixli 60 nömrəli qərarına uyğun olaraq Ərizəçi mülkiyyətinə İsmayıllı rayonun Talıstan kəndi ərazisində 1150,39 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi barədə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 5371 nömrə ilə uçota alınmış “A” seriyalı 362994 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ərizəçinin soyad, ad və ata adı Ərizəçi əvəzinə X12 kimi yazılmışdır. Mülkiyyət sənədində soyad, ad və ata adının düzgün qeyd edilməməsi torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüquqlarını həyata keçirməsinə maneçilik törədir. Ərizəçi göstərilən səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq Ərazi İdarəsi tərəfindən səhvin düzəldilməsinin Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 5371 nömrə ilə uçota alınmış “A” seriyalı 362994 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə ərizəçinin soyad, ad və ata adının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən sənədin ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 5371 nömrə ilə uçota alınmış “A” seriyalı 362994 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar