Məhkəmə qərarları › İş №2(037)-799/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-799/2021

15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-799/2021 15.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi6, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1 Vasif oğlu, Ərizəçi2 qızı və Ərizəçi3 qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 15 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi6 (bundan sonra birinci ərizəçi), Ərizəçi5 (bundan sonra ikinci ərizəçi), Ərizəçi4 (bundan sonra üçüncü ərizəçi), Ərizəçi1 Vasif oğlu (bundan sonra dördüncü ərizəçi), Ərizəçi2 qızı (bundan sonra beşinci ərizəçi) və Ərizəçi3 qızı (bundan sonra altıncı ərizəçi) ərizə ilə müraciət edərək JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X7 və onlara, JN-115F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin onlara, JN-091F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin X10 və Ərizəçi6, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və qeydiyyat vəsiqəsinin X7 məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci ərizəçi izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahələri barədə tərtib olunmuş JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və digər mülkiyyətçilərin soyadları Davidov əvəzinə Dadaşov, digər mülkiyyətçi X6 ata adı Rza kimi, JN-115F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamədə onların soyadı Davidov əvəzinə Dadaşov, mülkiyyətçi Ərizəçi4 soyadı Dadaşova, ata adı Yedyar kimi yazılmışdır. Bundan başqa onun və qaynatası X6 birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuşJN-091F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamədə onun soyadı Davidova əvəzinə Dadaşova, ata adı Bağış əvəzinə Bağım, qaynatasının soyadı Davidov əvəzinə Dadaşov, ata adı Rzqo əvəzinə Rza kimi qeyd olunmuşdur. Qaynatası 1988-ci ildə Soltankənd kəndindən torpaq sahəsi alaraq fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evinin texniki pasportunda və qeydiyyat vəsiqəsində onun ata adı Rzqo əvəzinə Rezko yazılmışdır. Qaynatası 01 fevral 2013-cü il tarixdə vəfat etmişdir. Şəxsiyyətlərini təsdiq edən sənədlərlə mülkiyyət sənədlərində uyğunsuzluq olduğundan miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. İkinci ərizəçi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X7 və onlara, JN-115F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin onlara, JN- 091F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin X10 və Ərizəçi6, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və qeydiyyat vəsiqəsinin X7 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci və beşinci ərizəçilər birinci ərizəçinin izahatına uyğun izahat verərək JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X7 və onlara, JN- 115F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin onlara, JN-091F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin X10 və Ərizəçi6, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və qeydiyyat vəsiqəsinin X7 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Üçüncü, dördüncü və altıncı ərizəçilər məhkəmə iclasına gəlməmiş, nümayəndələri beşinci ərizəçi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə üçüncü, dördüncü və altıncı ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X5 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumlarıdır. Ərizəçilərin və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə Soltankənd kəndi ərazisindən torpaq sahələri verilmişdir. Torpaq sahələrinə dair tərtib olunmuş sənədlərdə ərizəçilərin və digər ailə üzvlərinin soyadları, bəzi mülkiyətçilərin isə ata adları düzgün yazılmamışdır. Göstərilən şəhadətnamələrin və dövlət aktının ərizəçilərə və ailə üzvünə, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və qeydiyyat vəsiqəsinin X7 məxsus olmasını təsdiq edir. X2 X5 ilə eyni məzmunlu ifadə verərək qeyd edilən şəhadətnamələrin və dövlət aktının ərizəçilərə və ailə üzvünə, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və qeydiyyat vəsiqəsinin X7 məxsus olmasını təsdiq etdi. XVİ-ЖГ 412818 nömrəli 14 aprel 1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XVİ-ЖГ 281546 nömrəli 05 aprel 1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi2 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İ 396216 nömrəli 05 fevral 2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi3 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 12 may 2008-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi6 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 13 dekabr 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi5 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 30 iyul 2012-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi4 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 2018-ci ildə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi3 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 606451 nömrəli 12 fevral 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X10 01 fevral 2013-cü il tarixdə vəfat etmişdir. 02 fevral 2002-ci il tarixli JN-091F Kod 40710028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 iyul 1999-cu il tarixli qərarına əsasən X10 və Ərizəçi6 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə X1 Dadaşov, ata adı Rza, Ərizəçi6 soyadı Dadaşova, ata adı Bağım kimi yazılmışdır. 02 fevral 2002-ci il tarixli JN-115F Kod 40710028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 iyul 1999-cu il tarixli qərarına əsasən Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə Ərizəçi5 soyadı Dadaşov, Ərizəçi4 soyadı Dadaşova, ata adı Yedyar, Ərizəçi1 soyadı Dadaşov, Ərizəçi2 və Ərizəçi3 soyadları Dadaşova kimi yazılmışdır. 13 sentyabr 2002-ci il tarixli JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli qərarına əsasən X10, Ərizəçi6, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında X1 Dadaşov, ata adı Rza, Ərizəçi6 soyadı Dadaşova, ata adı Bağım, Ərizəçi5 soyadı Dadaşov, Ərizəçi4 soyadı Dadaşova, ata adı Yedyar, Ərizəçi1 soyadı Dadaşov, Ərizəçi2 və Ərizəçi3 soyadları Dadaşova kimi yazılmışdır. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və qeydiyyat vəsiqəsinin surətindən görünür ki, texniki pasportda və qeydiyyat vəsiqəsində mülkiyyətçinin soyad, ad və ata adı X3 yazılmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli **********85 nömrəli məktubdan görünür ki, ikinci ərizəçi JN- 091F, JN-115F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə, JN-0091 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, fərdi yaşayış evinin texniki pasportunda və qeydiyyat vəsiqəsində ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X10, Ərizəçi6, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X1 Dadaşov, ata adı Rza, Ərizəçi6 soyadı Dadaşova, ata adı Bağım, Ərizəçi5 soyadı Dadaşov, Ərizəçi4 soyadı Dadaşova, ata adı Yedyar, Ərizəçi1 soyadı Dadaşov, Ərizəçi2 və Ərizəçi3 soyadları Dadaşova, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-115F Kod 40710028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi5 soyadı Dadaşov, Ərizəçi4 soyadı Dadaşova, ata adı Yedyar, Ərizəçi1 soyadı Dadaşov, Ərizəçi2 və Ərizəçi3 soyadları Dadaşova, X10 və Ərizəçi6 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş JN-091F Kod 40710028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X1 Dadaşov, ata adı Rza, Ərizəçi6 soyadı Dadaşova, ata adı Bağım kimi yazılmışdır. Bundan başqa mərhum X6 İsmayıllı rayonun Soltankənd kəndi ərazisində inşa etdiyi fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunda və qeydiyyat vəsiqəsində onun ata adı Rzqo əvəzinə Rezko kimi yazılmışdır. Mülkiyyətçi İsmayıl Davidov 01 fevral 2013-cü il tarixdə vəfat etmişdir. Dövlət aktında, şəhadətnamələrdə, fərdi yaşayış evinin texniki pasportunda və qeydiyyat vəsiqəsində mülkiyyətçilərin soyadları və ata adları düzgün qeyd olunmadığından ərizəçilər miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ikinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN- 0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-115F Kod 40710028 və JN-091F Kod 40710028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə, fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunda və qeydiyyat vəsiqəsində düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədlərin onlara və ailə üzvünə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X15 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını və şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-115F Kod 40710028 və JN-091F Kod 40710028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə, fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunda və qeydiyyat vəsiqəsində mülkiyyətçilərin soyadlarının və ata adlarının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X7 və ərizəçilərə, JN-115F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin ərizəçilərə, JN-091F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin birinci ərizəçiyə və X7, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və qeydiyyat vəsiqəsinin X7 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 13 sentyabr 2002-ci il tarixli JN-0091 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X10, Ərizəçi6, Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 02 fevral 2002-ci il tarixli JN-115F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin Ərizəçi5, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 02 fevral 2002-ci il tarixli JN-091F Kod 40710028 olan “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin X10 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin oktyabr ayında verilmiş 134 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və qeydiyyat vəsiqəsinin X7 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar