Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-806/2024 25.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı1, İddiaçı2 Rəhı̇ m qızı və Kərı̇ mova Aynurə Yaşar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pay torpaq sahələrinin paylarına uyğun naturada ayrılması və mükiyyətlərinə istifadələrinə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə 25 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonun Diyallı kəndində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış əsasında 2,217465 hektar və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12, qeydiyyat tarixləri xx.xx.2022-ci il olan çıxarış əsasında 0,6496 hektar torpaq sahəsinin paylarına uyğun naturada ayrılması və mülkiyyətlərindən istifadələrinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər İddia tələbi onunla əsaslandırılmışdır ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış əsasında 2,217465 hektar və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12, qeydiyyat tarixləri xx.xx.2022-ci il olan çıxariş əsasında 0,6496 hektar pay torpaq sahələri İddiaçı1, İddiaçı2, Kərimova (Məmmədova) Aynurə Yaşar qızı, Cavabdeh1, Cavabdeh2, X4 və X5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. X4 xx.xx.2016-cı il tarixdə, X10 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Cavabdeh Məmmədov X8 rayonu Diyallı kəndində ailəsi ilə birlikdə özünə məxsus evdə, digər Cavabdeh2 isə subay olmaqla onlarla yaşayır. X4 və X10 vəfat etdikdən sonra İsmayıllı rayon Notariat Ofisində vərəsilik işi açılaraq övladları İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 vəfat etmiş şəxslərin vərəsələri olması haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt ailə daxili heç bir narazılıq olmamış ve ümumi birgə mülkiyyətçilər öz aralarında razılığa gəlmişlər ki, ümumi birgə mülkiyyətlərində olan və miras qalan pay torpaq sahələrini razılıq əsasında naturuda bölüşdürərək hərə öz payını əkib-becərsin. Razılıq əsasında dövlət reyestr orqanına müraciət etmiş və həmin idarənin mütəxəssisi yerində torpaq sahəsinə baxış keçirərək, ümumi birgə mülkiyyətlərində olan pay torpaq sahələrinin naturada ayrılmasının mümkün olması və sxem əsasında prosesi gerçəkləşdirməli olduqlarını göstərmişdir. Amma nədənsə son anda Cavabdeh1 bundan yayınmış, notariat ofisinə gəlməkdən imtina etmiş və razılıq əsasında bölgünü aparmaq mümkün olmamışdır. Cavabdeh2 torpaq sahələrinin naturada bölgüsünə heç bir maneçilik törətmir. Digər Cavabdeh1 torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasından istifadə edərək, bütün torpaq sahələrini özü əkib-becərir, onlara imkan vermir ki, öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etsinlər. Onlar öz mülkiyyətlərində olan torpaq sahəsini naturada ayıraraq əkib-becərmək, istifadə etmək istəyirlər, lakin Cavabdeh1 müxtəlif bəhanələrlə torpaq sahələrinin naturada bölünməsindən yayınır ve bu da mülkiyyətlərindən istifadələrinə maneçilik törədir. İsmayıllı rayonu Diyallı kəndində yerləşən pay torpaq sahəsinin naturada bölünməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciet etmişlər və verilən cavabda aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etmeləri məsləhət bilinmişdir. Onlar nə qədər bu problemi öz aralarında həll etməyə çalışsaq da nəticəsi olmamış və məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Ümumi paylı mülkiyyətdə onların payları bərabərdir, yəni mülkiyyətlərinə verilmiş torpaq sahəsi 2,217465 hektar və 0,6496 hektar olmaqla, 7 nəfərin mülkiyyətinə verilmiş, naturada bölünməsinə heç bir problem yoxdur, paylar bərabərdir, bölgünün mümkün olması, paylarının hansı formada bölünə biləcəyi haqqında mütəxəssis rəyi alınmış və sxem əsasında bölgü aparıla bilər və heç bir digər şəxsə maneçilik törətmir. İsmayıllı rayonun Diyallı kəndində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış əsasında 2,217465 hektar və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12, qeydiyyat tarixləri xx.xx.2022-ci il olan çıxarış əsasında 0,6496 hektar torpaq sahəsinin paylarına uyğun naturada ayrılması və mülkiyyətlərindən istifadələrinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İddiaçılar İddiaçı1 və Kərı̇ mova Aynurə Yaşar qızı məhkəmə iclasına gəlməmiş, onları etibarnamə üzrə Nümayəndə1 təmsil etmişdir. İddiaçı2 Rəhı̇ m qızı və iddiaçılar İddiaçı1 və Kərı̇ mova Aynurə Yaşar qızının nümayəndəsi Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 izahat verərək göstərdi ki, qeyd olunan torpaq sahəsinin naturada paylarına uyğun bölünməsinə etiraz etmir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 izahat verərək göstərdi ki, qeyd olunan torpaq sahəsinin naturada paylarına uyğun bölünməsinə etiraz etmir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 26 dekabr 2016-cı il tarixli, AZ-İ №803397 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 23 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. 22 dekabr 2020-ci il tarixli, AZ-İİ №140629 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 29 iyun 2017-ci il tarixdə vəfat etmişdir. 25 avqust 2022-ci il tarixli, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon Diyallı kəndində yerləşən 0,6496 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, İddiaçı1, İddiaçı2, Cavabdeh2, X9, X10 və X2 ümumi birgə mülkiyyətindədir. 25 avqust 2022-ci il tarixli, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon Diyallı kəndində yerləşən 2,217465 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, İddiaçı1, İddiaçı2, Cavabdeh2, X9, X10 və X2 ümumi birgə mülkiyyətindədir. 19 oktyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 23 dekabr 2016-cı il tarixdə vəfat etmiş X2 vərəsələri övladları Cavabdeh2, İddiaçı1 və Cavabdeh1dur və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 25 avqust 2022-ci il tarixdə X3 verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Diyallı kəndində yerləşən ümumi sahəsi 2,217465 hektar torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. 19 oktyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 09 iyun 2017-ci il tarixdə vəfat etmiş X5 vərəsələri övladları Cavabdeh2, İddiaçı1 və Cavabdeh1dur və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 25 avqust 2022-ci il tarixdə X7 verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Diyallı kəndində yerləşən ümumi sahəsi 2,217465 hektar torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. İsmayıllı rayon Notariat X1 ünvanladığı 26 oktyabr 2023-cü il tarixli, 810 nömrəli məktubunun surətindən görünür ki, mülkiyyətçilərdən bir nəfərin iştirak etməməsi səbəbindən pay ayırmaq mümkün deyil və bu məsələ ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 02 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5368/2024 nömrəli məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən Cavabdeh1, İddiaçı1, İddiaçı2, Cavabdeh2, X9, X10 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 2,217465 hektar və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən Cavabdeh1, İddiaçı1, İddiaçı2, Cavabdeh2, X9, X10 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,6496 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətçilər arasında bölünməsi mümkündür. 22 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada ayrılmaları hissəsinə münasibətdə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 02 oktyabr 2024-cü il tarixli, 3- 21-3-42/2-5368/2024 nömrəli məktubunda qeyd edir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən Cavabdeh1, İddiaçı1, İddiaçı2, Cavabdeh2, X9, X10 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 2,217465 hektar və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən Cavabdeh1, İddiaçı1, İddiaçı2, Cavabdeh2, X9, X10 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,6496 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətçilər arasında bölünməsi mümkündür. Məhkəmə mütəxəssis rəyinə əsaslanaraq və hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə iddia tələbinin torpaq sahəsindən istifadə hüququna edilən manelərin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər iddiaçıların paylı mülkiyyətçisi olduğu torpaq sahələrindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmaları onların əmlaklar üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi torpaq sahələrindən istifadə hüququna edilən manelərin aradan qaldırılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, İddiaçı1, İddiaçı2, Cavabdeh2, X9, X10 və X2 ümumi birgə mülkiyyətində olan, İsmayıllı rayon Diyallı kəndində yerləşən, 25 avqust 2022-ci il tarixli, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə 0,6496 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 25 avqust 2022-ci il tarixli, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə 2,217465 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada real bölgü əsasında birgə mülkiyyətçilər arasında bərabər bölünərək hər birinin payı ayrı-ayrılıqda real ayrılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 Rəhı̇ m qızı və Kərı̇ mova Aynurə Yaşar qızına həmin torpaq sahələrindən istifadə hüquqlarına edilən manelər aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı2 Rəhı̇ m qızının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-806/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-806/2024
25.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver