Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-81/2020 07.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon notariat ofisinə qarşı çıxarışların ləğvi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiası, Cavabdeh1 İddiaçı1, İddiaçı2, İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddiasına dair mülki işə 07 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Ağaməşədi Haqverdiyevin adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mülkün Cavabdeh1 bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə- 3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinin dörd otağına vərəsəliyi qəbul etmələri nəzərə alınaraq həmin dörd otağa münasibətdə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair x7in adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi, həmin mülkün ona bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair onun adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 x7in mülkiyyəti kimi qeydə alınaraq 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. x4 rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan ümumi sahəsi 477.4 kv.m olan üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında qızı Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə dair öz adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış almışdır. İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinin Ağaməşədi Haqverdiyevin mülkiyyəti kimi qeydə alınmasına əsas İsmayıllı rayon məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)–38/2010 və 28 dekabr 2010-cu il tarixli 2(037)- 273/2010 nömrəli qətnamələri olmuşdur. İsmayıllı rayon məhkəməsinin 29 mart 2010cu il tarixli 2(037)–38/2010 nömrəli qətnaməsi ilə 1929-cu ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş Ağaməşədi Haqverdiyevin 1906-cı ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində vəfat etmiş x12 nəvəsi olması faktı müəyyən edilmiş, x11 miras qalmış İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Bundan əlavə İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnaməsi ilə 1929-cu ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş Ağaməşədi Haqverdiyevin 1906-cı ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində vəfat etmiş x11 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən,“Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və 0.05 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilərək İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən, “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə və 0.05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)–38/2010 nömrəli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(107)-114/2015 nömrəli qərardadı ilə qismən, x14 və x2 miras qalmış İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissədə ləğv edilərək tələbin həmin hissəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli 2(102)-3537/15 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(107)-114/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2(107)-6/2019 nömrəli qətnaməsi ilə ləğv edilmiş, Ağaməşədi Haqverdiyevin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “Hacı Dadaş” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0.05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsinə dair iddası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(102)-5873/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2(107)-6/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(037)-65/2017 nömrəli qətnaməsi ilə onun və oğlu İddiaçı2 iddiası təmin olunaraq onun və oğlu İddiaçı2 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş x12 vərəsələri olmaları və x11 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın onların tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(037)-65/2017 nömrəli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(107)-1265/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(102)-7084/2018 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(107)-1265/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 atası x6 Hacı Rza oğlunun digər vərəsələrinin xəbəri olmadan, gizlin miras qalmış mülkü məhkəmə qərarları əsasında ələ keçirmiş, həmin mülkə mülkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etdikdən sonra digər vərəsələr onların hərəkətlərindən xəbərləri olmasın deyə təcili qızı Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 x7in mübahisəli əmlakı əsassız əldə etməsindən xəbəri olmuşdur. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Ağaməşədi Haqverdiyevin adına 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)-38/2010 və 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnamələri ləğv olunmuşdur. Hesab edir ki, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Ağaməşədi Haqverdiyevin adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mülkün Cavabdeh1 bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi etibarsız sayılmalı və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməlidir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, iddia tələbini isə qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində x7in mülkiyyəti kimi qeydə alınaraq 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. x7 mülkiyyətində olan “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə dair öz adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış almışdır. İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(037)-65/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 iddiası təmin olunaraq onların 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş x12 vərəsələri olmaları və x11 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın onların tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(102)-5873/2019 saylı qərarında və Şəki Apelyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(107)-1265/2018 saylı qətnaməsində İddiaçı1 və İddiaçı2 “Hacı Dadaş” mülkünün sahibi Hacı x12 1906-cı ildə vəfat edəndən sonra övladlarından Hacı Haqverdiyev və Nemət Haqverdiyevin mübahisəli mülkdə qalıb yaşaması, Hacı Haqverdiyevin həmin mülkün birinci mərtəbəsindən iki otaq, ikinci mərtəbəsindən də iki otaq olmaqla alt-üst dörd otaqdan istifadə edərək miras mülkün həmin hissəsini faktiki qəbul edərək yiyələnməsini, mülkün digər otaqlarının isə Nemət Haqverdiyevin sahibliyinə keçməsini təsdiq etmişlər. Əvvəllər mübahisəli mülkün naturada bölgüsü aparılmış və evin dörd otağı Hacı Haqverdiyevin, mülkün digər otaqları isə Nemət Haqverdiyevin sahibliyinə və idarəçiliyinə verilmişdir. Hesab edir ki, İddiaçı1 və İddiaçı2 iddia tələbi qismən mülkün naturada aparılmış bölgüsünə əsasən Hacı Haqverdiyevin sahibliyinə və istifadəsinə verilmiş dörd otağına münasibətdə təmin edilə bilər. O, İddiaçı1 və İddiaçı2 İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinin dörd otağına vərəsəliyi qəbul etmələrini nəzərə alaraq həmin dörd otağa münasibətdə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Ağaməşədi Haqverdiyevin adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi, həmin mülkün ona bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair onun adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsini xahiş edir. Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi x9 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, iddia tələbini isə qismən qəbul etdiyini bildirdi və Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işə İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsindən müəyyən edilir ki, 1929-cu ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş Ağaməşədi Haqverdiyevin 1906-cı ildə İsmayıllı rayon Ərəgit kəndində vəfat etmiş x12 nəvəsi olması faktı müəyyən edilmiş və x14 və x2 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(107)-114/2015 saylı qətnaməsindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsi qismən, x11 və x2 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi x3 tərəfindəbn qəbul edilməsi faktının müəyyən olunmasına dair hissəsi ləğv edilərək həmin hissə baxılmamış saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsindən müəyyən edilir ki, 1929-cu ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş Ağaməşədi Haqverdiyevin 1906-cı ildə İsmayıllı rayon Ərəgit kəndində vəfat etmiş babası x11 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi ləğv edilərək Ağaməşədi Haqverdiyevin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “Hacı Dadaş” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0.05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(102)-5873/2019 nömrəli qərarından müəyyən edilir ki, Şəki Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(037)-65/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 1906-cı ildə vəfat etmiş Hacı x12 vərəsələri olmaları və Hacı x11 miras qalmış İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(107)-1265/2018 saylı qətnaməsindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(037)-65/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(102)- 7084/2018 nömrəli qərarından müəyyən edilir ki, Şəki Apelyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(107)-1265/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 0.05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ üzrə Ağaməşədi Haqverdiyevin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli fərdi yaşayış evinin bağışlanması müqaviləsinin surətindən görünür ki, Ağaməşədi Haqverdiyev mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 0.05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini qızı Cavabdeh1 bağışlamışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın və çıxarışa əlavə edilmiş 407-3028/132 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayon Ərəgit kəndində yerləşən 0.05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsi ilə x5 Hacı Rza oğlunun nəvəsi olması faktı müəyyən edilmiş və x14 və x2 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi ilə x5 Hacı Rza oğlundan miras qalmış, “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş və yaşayış evi və evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. Qeyd olunan məhkəmə qətnamələri əsasında Ağaməşədi Haqverdiyev həmin torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair öz adına çıxarış almışdır. Ağaməşədi Haqverdiyev həmin torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evini sonradan qızı Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 qeyd edilən bağışlanma müqaviləsi əsasında həmin torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair öz adına çıxarış və texniki pasport almışdır. Şəki Apelyasiya Məhkəməsinin 03 iyun 2015ci il tarixli 2(107)-114/2015 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsi qismən, x11 və x2 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli 2(102)-3537/15 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(107)-114/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi ləğv edilərək Ağaməşədi Haqverdiyevin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “Hacı Dadaş” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0.05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(102)-5873/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2(107)- 6/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin məcəllənin 340.1-ci maddəsinə əsasən hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd uydurma əqddir və əhəmiyyətsizdir. Həmin məcəllənin 340.2-ci maddəsinə əsasən başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd yalan əqddir və əhəmiyyətsizdir. Məhkəmə qərara gəlir ki, 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan fərdi yaşayış evinin Ağaməşədi Haqverdiyevin adına qeydə alınmasına əsas olan İsmayıllı rayon məhkəməsinin 29 mart 2010-cu il tarixli 2(037)–38/2010 və 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnamələri ləğv olunduğundan, “Hacı Dadaş” mülkü adlanan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Ağaməşədi Haqverdiyevin adına qeydə alınmış 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, Ağaməşədi Haqverdiyevin mülkiyyətində olan yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin qızı Cavabdeh1 bağışlaması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilməli və həmin bağışlanma müqaviləsi əsasında “Hacı Dadaş” mülkü adlanan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməlidir. Qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinə dair x1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mülkün Cavabdeh1 bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-81/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-81/2020
07.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver