Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-81/2023 08.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 08 fevral 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-183 kod 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X9, Ağayeva (Qurbanova) Şəfəq Firan qızı, X17, X22, X15 və ona, JN-061F Kod 40725018 saylı və JN-061G Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin X9, X17, X22, X15 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o xx xxx 1953- cü il tarixdə İsmayıllı rayonun Müdrü kəndində anadan olmuş və ona 24 may 1953- cü ildə X10 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. O, X9 ilə resmi nikahla ailə qurmuş və ərinin soyadına uyğun Ağayeva soyadını götürmüşdür. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına uyğun olaraq onun və ailə üzvünün birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-183 kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-061F Kod 40725018 saylı və JN-061G Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə onun adı həmin vaxt “Bəkizə” olmasına baxmayaraq səhvən “Pakizə”, əri “X9”nun ata adı həmin vaxt “Qurbanağa” olmasına baxmayaraq səhvən “Qurbanalı” kimi yazılmışdır. X36 26 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. X7 23 iyul 2016-cı il tarixdə X3 ilə rəsmi nikah bağlayaraq Qurbanova soyadını götürmüşdür. Dövlət aktında və şəhadətnamələrdə onun adının və digər mülkiyyətçinin isə ata adının düzgün yazılmaması həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktında və şəhadətnamələrdə yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı və şəhadətnamələrdəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında və şəhadətnamələrdə onun adının və digər mülkiyyətçinin isə ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Dövlət aktında və şəhadətnamələrdə ad və ata adındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının və şəhadətnamələrin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq onların birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş dövlət aktında və şəhadətnamələrdə anasının adı Bəkizə olduğu halda səhvən Pakizə, atasının ata adı Qurbanağa olduğu halda səhvən Qurbanalı kimi yazılmışdır. Onların ailəsində Pakizə və Qurbanalı adlı şəxslər olmamışdır. JN-183 kod 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, JN-061F Kod 40725018 saylı və JN-061G Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X5 şahid X22 ilə eyni məzmunlu ifadə verərək JN-183 kod 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, JN-061F Kod 40725018 saylı və JN-061G Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Müdrü kənd soveti tərəfindən 24 may 1953-cü il tarixdə verilmiş ИЕ 738669 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçiyə X10 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən 21 oktyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1953-cü il tarixdə İsmayıllı rayonu Müdrü kəndində doğulmuş, İsmayıllı rayonun Təzəkənd kəndində yaşayan şəxs Ərizəçidır. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən 19 avqust 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13887343 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10 may 1977-ci il tarixdə İsmayıllı rayonu Təzəkənd kəndində doğulmuş, İsmayıllı şəhəri 28 May küçəsi ev 3-də yaşayan şəxs X11r. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 iyul 2016-cı il tarixdə verilmiş AZ-İİ 128617 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X20 arasında 23 iyul 2016-cı il tarixdə rəsmi nikah bağlanmış, ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28 oktyabr 1975-ci il tarixdə doğulmuş şəxs X8r. İş materiallarında olan Naxçıvan ŞPİ tərəfindən 09 iyun 2016-cı il tarixdə verilmiş AZE seriyalı 15746341 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 aprel 1980-ci il tarixdə İsmayıllı rayonu Təzəkənd kəndində doğulmuş, ünvan 1 ünvanında yaşayan şəxs X18r.. İş materiallarında olan Səyyar Asan 10 tərəfindən 11 oktyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı 16436132 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 oktyabr 1981-ci il tarixdə İsmayıllı rayonu Təzəkənd kəndində doğulmuş, İsmayıllı rayonun Təzəkənd kəndində yaşayan şəxs X16r. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ 205828 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 25 noyabr 1998-ci il tarixli JN-183 kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X12, X19, X20, X17, X22 və X6 qeyd olunmuşdur. İş materiallarında olan 03 mart 2003-cü il tarixli JN-061F kod 40725018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X12, X19, X17, X22 və X6 qeyd olunmuşdur. İş materiallarında olan 03 mart 2003-cü il tarixli JN-061G kod 40725018 olan “Torpağa mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X12, X19, X17, X22 və X6 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli **********16 nömrəli məktubdan görünür ki, ərizəçi JN-183 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 584 nömrəli arayışdan görünür ki, JN-183 kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında vətəndaşın adı səhv olaraq X19 yazılmışdır. Əslində Ərizəçi kimi yazılmalıdır. İş materiallarında olan İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 585 nömrəli arayışdan görünür ki, JN-183 kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında vətəndaşın atasının adı səhv olaraq X12 yazılmışdır. X1 kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X27 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına uyğun olaraq X9, Ərizəçi, X20, X17, X22, X13 birgə mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-183 kod 40725018 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X9”nun ata adı həmin vaxt “Qurbanağa” olmasına baxmayaraq səhvən “Qurbanalı” və “Ərizəçi”nın adı həmin vaxt “Bəkizə” olmasına baxmayaraq səhvən “Pakizə” kimi yazılmışdır. Bundan başqa X9, Ərizəçi, X17, X22, X13 birgə mülkiyyətlərinə həyətyanı torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-061F Kod 40725018 saylı və JN- 061G Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə də “X9”nun ata adı həmin vaxt “Qurbanağa” olmasına baxmayaraq səhvən “Qurbanalı”, “Ərizəçi”nın adı həmin vaxt “Bəkizə” olmasına baxmayaraq səhvən “Pakizə” kimi yazılmışdır. Mülkiyyətçi X9 26 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətçi X20 23 iyul 2016-cı il tarixdə X3 ilə rəsmi nikah bağlayaraq Qurbanova soyadını götürmüşdür.Dövlət aktında və şəhadətnamələrdəki ad və ata adında olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-183 kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-061F Kod 40725018 saylı və JN-061G Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə “X9”nun ata adının “Qurbanalı” və “Ərizəçi”nın adının “Pakizə” kimi qeyd edilməsinin düzgün olmaması, JN-183 kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X9 (01 noyabr 2021-ci il tarixli, AZ-İİ 205828 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi (AZE 0*******), Ağayeva (Qurbanova) Şəfəq Firan qızı (AA 2016886), X17 (AZE ********), X22 (AZE ********) və X15 (AZE ********), JN-061F Kod 40725018 saylı və JN-061G Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin X9 (01 noyabr 2021-ci il tarixli, AZ-İİ 205828 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi (AZE 0*******), X17 (AZE ********), X22 (AZE ********) və X15 (AZE ********) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən 1,68 hektar torpaq sahəsinin X9, Ərizəçi, X20, X17, X22, X13 birgə mülkiyyətinə verilməsinə dair JN-183 kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Firan Ağayevin ata adının Qurbanalı, Ərizəçi adının Pakizə kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 (01 noyabr 2021-ci il tarixli, AZ-İİ 205828 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi (AZE 0*******), Ağayeva (Qurbanova) Şəfəq Firan qızı (AA 2016886), X17 (AZE ********), X22 (AZE ********) və X15 (AZE ********) məxsus olması faktı müəyyən edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən 0,41 və 0,19 hektar torpaq sahələrinin X9, Ərizəçi, X17, X22, X13 birgə mülkiyyətinə verilməsinə dair JN-061F Kod 40725018 saylı və JN-061G Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə mülkiyyətçilərin, yəni Firan Ağayevin ata adının Qurbanalı, Ərizəçi adının Pakizə kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədlərin X9 (01 noyabr 2021-ci il tarixli, AZ-İİ 205828 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi (AZE 0*******), X17 (AZE ********), X22 (AZE ********) və X15 (AZE ********) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-81/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-81/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver