Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-822/2020 13.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbii qazdan istifadəyə görə yaranmış 887 manat 70 qəpik borc və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 887,7 manat məbləğində borcu yaranmışdır. Müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 887,7 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Cavabdehin abonent koduna vurulmuş həmin məbləğ istifadə etdiyi təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 887 manat 70 qəpik borc və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, rayon ərazisində baş vermiş zəlzələ nəticəsində hasarı zədələnmiş, hasara bağlanmış qaz xətti əyilmişdir. Xəttə bağlanmış sayğac da zədələnmiş və qazı normal keçirməmişdir. Ona görə də borc artmışdır. İddiaçı təşkilatın nümayəndələri xəttə baxış keçirmiş və qaz sayğacının dəyişdiriləcəyini bildirmişlər. Bir müddət sayğacı dəyişmədikləri üçün təkrar müraciət etmiş və xx xxxxxxxx 2020-ci il tarixdə sayğac dəyişdirilmişdir. Köhnə sayğacın üzərində olan borc yeni sayğaca köçürülmüşdür. Maddi imkanı daxilində hər ay qaz pulu borcundan ödənişlər aparır. İddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “İddiaçı” X1 X3 İdarəsi ilə cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam şəkildə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdehin **********100900 nömrəli abonent koduna 2020-ci ilin avqust ayının sonuna təbi qazdan istifadəyə görə 887,7 manat borcu olduğu göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli 01Eİ-13HŞ-2059 nömrəli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən istifadə edilmiş təbii qaza görə xx xxxxxx 2020-ci il tarixə yaranmış 887,7 manat borc məbləğinin beş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 679005088 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir . Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin 2020ci ilin avqust ayının sonuna 887,7 manat borcu yaranmışdır. Cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 887,7 manat borcun ödənilməsi tələb olunsa da, borc məbləğinin ödənilməsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 887 manat 70 qəpik borc və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab etdiyini bildirərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X2”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Hənan oğlundan təbii qazdan istifadəyə görə yaranmış 887 manat 70 qəpik borc və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 918 (doqquz yüz on səkkiz) manat 10 (on) qəpik məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-822/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-822/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver