Məhkəmə qərarları › İş №2(037)-829/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-829/2020

30.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-829/2020 30.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X16, X11, X13, X9 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini müdafiə etdiyini bildirdi və tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon X5 xx xxxxx 2002-ci il tarixli 131 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Soltankənd kəndi ərazisində 5,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN- 00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında onun soyad, ad və ata adı Ərizəçi əvəzinə X12, anasının adı Sadət əvəzinə Səadət, qardaşının soyadı Əlizadə əvəzinə Əliyev, bacısının soyadı Əlizadə əvəzinə Əliyeva kimi yazılmışdır. Dövlət aktında soyad və adlarında uyğunsuzluq olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmir. Səhvlərin aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Göstərilən dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. Aparılan torpaq islahatı zamanı birgə mülkiyyətlərinə Soltankənd kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair dövlət aktında oğlunun soyadı Əliyev əvəzinə Əliyeva, ata adı Ramiz oğlu əvəzinə Ramiz qızı, arvadının adı Sadət əvəzinə Səadət, digər oğlunun soyadı Əlizadə əvəzinə Əliyev, qızının soyadı Əlizadə əvəzinə Əliyeva kimi qeyd olunmuşdır. Göstərilən dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X3 X4 ilə eyni məzmunlu ifadə verərək JN-00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 18303615 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə mülkiyyətçiyə X16 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X11 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X14 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir JN-00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X16, X11, Ərizəçi, X13 və X7 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında X6 adı Səadət, Ərizəçi soyadı Əliyeva, ata adı Ramiz qızı, X1 Əliyev, X2 Əliyeva kimi yazılmışdır. İsmayıllı RİHB-nın Soltankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 198, 199, 200 və 201 nömrəli arayışlardan görünür ki, JN-00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi əvəzinə X12, X11 əvəzinə X10, X13 əvəzinə X17, X14 əvəzinə X15 yazılmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********81 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0040 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X16, X11, Ərizəçi, X13 və X7 birgə mülkiyyətlərinə İsmayıllı rayonun Soltankənd kəndi ərazisində 5,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktında X6 adı Səadət, Ərizəçi soyadı Əliyeva, ata adı Ramiz qızı, X1 Əliyev, X2 Əliyeva kimi qeyd olunmuşdur. Dövlət aktında mülkiyyətçilərin soyad və ata adları düzgün yazılmadığından ərizəçi torpaq sahəsinə dair çıxarış ala bilmir. Ərizəçi göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad və ata adlarının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-00xx xxx 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X16, X11, Ərizəçi, X13 və X9 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar