Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-834/2021 24.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Polad oğlunun İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Polad oğlu (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN- 268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ailə üzvüləri olan X7, X15 və X13 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə işə ərizəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Ərizəçi və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X4 ata adı “Pirmurad” əvəzinə “Pirməmməd” kimi qeyd edilmişdir. Hüquqmüəyyənedici sənəd hesab olunan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin ata adının düzgün göstərilməməsi həmin əmlaka dair ərizəçinin sahiblik və sərəncamvermə hüquqlarının tam şəkildə həyata keçirilməsinə maneçilik törədir. Uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət olunmuş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN- 268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi Polad oğlu, X7, X15 və X13 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçi və ailə üzvülərinə məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X4 ata adı “Pirməmməd” kimi qeyd edilmişdir. Göstərilən JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. 673879 nömrəli Rusiya Federasiyası pasportunun surətindən görünür ki, Rusiya Federasiyası Tverskaya bölgəsinin Tver şəhəri X24 Bölməsi tərəfindən 13 sentyabr 2006cı il tarixdə mülkiyyətçiyə Ərizəçi Polad oğlu adı ilə pasport verilmişdir. 241211 nömrəli Rusiya Federasiyası pasportunun surətindən görünür ki, Rusiya Federasiyası Tverskaya bölgəsinin Tver şəhəri Proletarskiy rayon üzrə Bölməsi tərəfindən 20 mart 2013-cü il tarixdə mülkiyyətçiyə X7, adı ilə pasport verilmişdir. 212731 nömrəli Rusiya Federasiyası pasportunun surətindən görünür ki, Rusiya Federasiyası Tverskaya bölgəsinin Tver şəhəri Proletarskiy rayon üzrə Bölməsi tərəfindən 31 oktyabr 2012-ci il tarixdə mülkiyyətçiyə X9 adı ilə pasport verilmişdir. 241393 nömrəli Rusiya Federasiyası pasportunun surətindən görünür ki, Rusiya Federasiyası Tverskaya bölgəsinin Tver şəhəri Proletarskiy rayon üzrə Bölməsi tərəfindən 03 apreı 2013-cü il tarixdə mülkiyyətçiyə X18 adı ilə pasport verilmişdir. 69 AA seriyalı ******* nömrəli, 69 AA seriyalı ******* nömrəli, 69 AA seriyalı ******* nömrəli, 69 AA seriyalı ******* nömrəli Rusiya Federasiyası Tverskaya bölgəsinin Tver şəhərində 31.05.2021-ci il tarixdə verilmiş etibarnamələriin surətlərindən görünür ki, X7, X15, Ərizəçi Polad oğlu və X18 hüquqlarının müdafiəsini Nümayəndə etibar etmişlər. AA 12117266 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Nümayəndə adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 27 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Polad oğlunun valideynləri X16 və X5r. İİ-ИЕ 82653 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə valideynləri X16 və X5r. İV-ЖГ seriyalı 320488 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Polad oğlu ilə X10 arasında 19 iyun 1987-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Məmmədxanov, arvada Məmmədxanova soyadı verilmişdir. JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Polad oğlu, X7, X15 və X12 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X4 ata adı “Pirməmməd” kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli 244 nömrəli arayışdan görünür ki, JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X2 qeyd olunmuşdur. X1 kimi yazılmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli **********00 nömrəli məktubdan görünür ki, ərizəçinin nümayəndəsi JN-268B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X4 ata adında səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi Polad oğlu, X7, X15 və X12 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X4 ata adı “Pirməmməd” kimi qeyd olunmuşdur. JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X4 ata adı düzgün yazılmadığından ərizəçilər torpaq sahəsinə dair çıxarış ala bilmirlər. Göstərilən səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət olunmuş, hüquqmüəyyənedici sənədlərdə ad, soyad və ata adlarının dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN- 268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X28 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X11 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X4 ata adının “Pirməmməd” kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 27 dekabr 2001-ci il tarixli JN-268B Kod 40716018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi Polad oğlu, X7, X15 və X13 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-834/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-834/2021
24.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver