Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-838/2022 18.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 18 iyul 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ona və digər mülkiyyətçilər X19, X15, Adgözəlli (nikahdan sonra Abbasova) Fidan Zahir qızı və Adgözəlli (nikahdan sonra Kamal) Aydan Zahir qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Balik kəndində yerləşən 2.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət aktında onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Adgözəlov” və adı “Zahir” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlov” və adı “Zahid”, X3 həmin vaxt “Adgözəlova” və adı “Hökümə” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlova” və adı “Hökumə” və X8 isə soyadı həmin vaxt “Adgözəlova” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlova” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçi kimi onun və ailə üzvlərinin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X15 ifadə verərək göstərdi ki, Ərizəçi əridir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarı əsasında JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu,Balik kəndində yerləşən 2.64 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Dövlət aktında onun soyadı həmin vaxt “Adgözəlova” olmasına baxmayaraq dövlət aktında səhvən soyadı “Adıgözəlova”, Ərizəçi soyadı həmin vaxt “Adgözəlov” və adı “Zahir” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlov” və adı “Zahid” və X10 isə soyadı həmin vaxt “Adgözəlov” və adı “Hökümə” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlov” və adı “Hökumə” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X33 ifadə verərək göstərdi ki, Ərizəçi atasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarı əsasında JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu,Balik kəndində yerləşən 2.64 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Dövlət aktında atası Ərizəçi soyadı həmin vaxt “Adgözəlov” və adı “Zahir” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlov” və adı “Zahid”, anası X4 həmin vaxt “Adgözəlova” olmasına baxmayaraq dövlət aktında səhvən soyadı “Adıgözəlova” və X10 isə soyadı həmin vaxt “Adgözəlov” və adı “Hökümə” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlov” və adı “Hökumə” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X28 ifadə verərək göstərdi ki, Ərizəçi atasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarı əsasında JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu,Balik kəndində yerləşən 2.64 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Dövlət aktında atası Ərizəçi soyadı həmin vaxt “Adgözəlov” və adı “Zahir” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlov” və adı “Zahid”, anası X4 həmin vaxt “Adgözəlova” olmasına baxmayaraq dövlət aktında səhvən soyadı “Adıgözəlova” və X10 isə soyadı həmin vaxt “Adgözəlov” və adı “Hökümə” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlov” və adı “Hökumə” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964cü il tarixdə İsmayıllı rayonu, Balik kəndində doğulmuş Adgözəlov X21 rayonu, Balik kəndində qeydiyyatdadır. İş materiallarında olan Quşencə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 iyun 2016-cı il tarixli, AZ-İ №803232 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə İsmayıllı rayonunda vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin iyun ayının 01 günündə 12 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, seriya AZE № 06525348 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə İsmayıllı rayonu, Balik kəndində doğulmuş X5 rayonu, Balik kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, seriya AA2426240 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonu, Balik kəndində doğulmuş X9 rayonu, Balik kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan Sumqayıt tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, seriya AA3306947 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonu, Balik kəndində doğulmuş X6 rayonu, Balik kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə İsmayıllı rayon Balik kənd sakinləri X16, X20, X12,X22 və X17 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Balik kəndi ərazisindən 2.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktı 15993 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X34 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X14 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Balik kəndində yerləşən 2.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, X20 (ərizəçi), X12, X22 və X17birgə mülkiyyətlərinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçinin soyadı həmin vaxt “Adgözəlov” və adı “Zahir” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlov” və adı “Zahid” kimi yazılmışdır. Bundan əlavə digər mülkiyyətçilər X3 həmin vaxt “Adgözəlova” və adı “Hökümə” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlova” və adı “Hökumə” və X8 isə soyadı həmin vaxt “Adgözəlova” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Adıgözəlova” kimi yazılmışdır. Həmin Dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Balik kəndində yerləşən 2.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, X20 (ərizəçi), X12, X22 və X17 mülkiyyətinə verilməsinə dair JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında X2 “Adıgözəlova” adının “Hökumə”, Ərizəçi soyadının “Adıgözəlov” adının “Zahid” və X1 “Adıgözəlova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Adgözəlova (nikahdan sonra Abbasova) Fidan Zahir qızına (Asan Sumqayıt tərəfindən verilmiş,xx.xx.2021-ci il tarixli, AA3306947 saylı şəxsiyyət vəsiqəsi), Adgözəlova (nikahdan sonra Kamal) Aydan Zahir qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA2426240 saylı şəxsiyyət vəsiqəsi), X13 (Quşencə İƏD üzrə Nümayəndəli tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZ-İ № 803232 saylı ölüm haqqında şəhadətnamə), X11 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, AZE № 06525348 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Balik kəndində yerləşən 2.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, X20 (ərizəçi), X12, X22 və X17 mülkiyyətinə verilməsinə dair JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında X2 “Adıgözəlova” adının “Hökumə”, Ərizəçi soyadının “Adıgözəlov” adının “Zahid” və X1 “Adıgözəlova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Adgözəlova (nikahdan sonra Abbasova) Fidan Zahir qızına (Asan Sumqayıt tərəfindən verilmiş,xx.xx.2021-ci il tarixli, AA3306947 saylı şəxsiyyət vəsiqəsi), Adgözəlova (nikahdan sonra Kamal) Aydan Zahir qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA2426240 saylı şəxsiyyət vəsiqəsi), X13 (Quşencə İƏD üzrə Nümayəndəli tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZ-İ № 803232 saylı ölüm haqqında şəhadətnamə), X11 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, AZE № 06525348 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-838/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-838/2022
18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver