Məhkəmə qərarları › İş №2(037)-841/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-841/2021

22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-841/2021 22.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi tələbi barədə mülki işin materiallarını 22 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə müəyyən etdi: İddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 10,17533 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 2/7 hissəsi üzərində vərəsəlik hüququnun tanınaraq naturada paylarına uyğun ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(037)-805/2021 nömrəli mülki iş üzrə iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı iddia ərizəsi ilə müraciət edərək əri X4 icarəsinə verilmiş, İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamı ilə İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan, 50 saylı Meşəbaşı adlı yay otlaq sahəsindən 200 hektar 15 il müddətinə yay örüş torpaq sahəsindən və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq sahəsindən 15 avqust 2017-ci il tarixli icarə müqaviləsinə əsasən yüklü edilən əmlakın reyestr nömrəsi **********49, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 21,0841 hektar, reyestr nömrəsi **********48, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 33,3633 hektar, reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 52,1552 hektar, reyestr nömrəsi **********46, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 63,3155 hektar və reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 80,8374 hektar – cəmi 450,7555 hektar örüş torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikililərdən cavabdehlər İddiaçı1 və İddiaçı4 məxsus saman taylarının çıxarılması, həmin torpaq sahələrinə dair icarə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(037)-806/2021 nömrəli mülki iş üzrə iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışa əsasən əri X4 mülkiyyətində olmuş, miras əmlakı kimi onun mülkiyyətinə keçən 9,1827 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 2 hektarından çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(037)-841/2021 nömrəli mülki iş üzrə iddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X6 və İddiaçı2 Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək X2 vərəsəsi X4 miras əmlakından 1/1 hissədə pay almasına dair İsmayıllı rayon X11 tərəfindən verilmiş 2V-76 reyestr nömrəsi ilə qeyd edilmiş 27 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında yaranmış hüquqların qeydiyyatının ləğv edilməsi, X1 miras qalmış əmlakdan birinci növbəli vərəsə kimi X4 1/5, Şiralıyev Mustafa Əmı̇ rşah oğlunun 1/5, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu 1/5, X3 1/5 (atası X5 görə) və İddiaçı2 Əmı̇ rşah qızının 1/5 hissədə payları müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hər dörd mülki iş hazırda məhkəmənin icraatındadır. Məhkəmə hər dörd mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi tələbi barədə, iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğlu və Şı̇ ralı̇ yev Sahı̇ b Əmı̇ rşah oğluna qarşı icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması tələbi barədə, iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdeh Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğluna qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbi barədə və iddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X6 və İddiaçı2 Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbi barədə mülki işlər eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla hər dörd mülki işdə eyni torpaq sahələri mübahisə predmetinə aid olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir və həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğlu və Şı̇ ralı̇ yev Sahı̇ b Əmı̇ rşah oğluna qarşı icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması tələbi barədə 2(037)-805/2021 nömrəli, iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdeh Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğluna qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbi barədə 2(037)-806/2021 nömrəli, iddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X6 və İddiaçı2 Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbi barədə 2(037)-841/2021 nömrəli, iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi tələbi barədə 2(037)-804/2021 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(037)-804/2021 nömrəsi verilsin. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar