Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-843/2021 24.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X8, X5, X3, Musayeva (nikahdan sonra Bağırova) Möminə Musa qızı, X17, X12, X9, X6 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı “Mikayıllı” əvəzinə “Musayev” kimi yazılmışdır. Mülkiyyətçi Musa Musayev 10 sentyabr 2004-cü il tarixdə vəfat etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadında uyğunsuzluq olduğundan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun nəvəsidir. Nəvəsinin soyadı Mikayıllıdır. Birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunan sənəddə nəvəsinin soyadı Mikayıllı əvəzinə Musayev kimi yazılmışdır. Göstərilən JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X4 X1 ilə eyni məzmunlu ifadə verərək JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE 07089011 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 13 aprel 2009-cu il tarixdə mülkiyyətçiyə X5 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 07223517 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəlilabad rayon Polis Şöbəsi tərəfindən 23 sentyabr 2011-ci il tarixdə mülkiyyətçiyə X3 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17609694 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 14 noyabr 2017-ci il tarixdə mülkiyyətçiyə X10 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 29 aprel 2015-ci il tarixdə mülkiyyətçiyə X17 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA2692450 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X12 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA0576309 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X9 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17845811 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 10 may 2018-ci il tarixdə mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai Birliyi tərəfindən verilmiş 77219 nömrəli 13 aprel 2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai Birliyinin İsmayıllı rayon şöbəsində üzv kimi qeydiyyatdadır. AZ-İ 063338 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 10 oktyabr 1991-ci il tarixdə İsmayıllı rayon Təzəkənd İƏB üzrə nümayəndəlikdə X15 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra ərinin soyadına uyğun olaraq Bağırova soyadını qəbul etmişdir. Ailə quranadək onun soyadı Musayeva olmuşdur. AZ-İİ 205616 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 sentyabr 2004-cü il tarixdə vəfat etmişdir. JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X8, X5, X3, X11, X17, X12, X9, X13 və Ərizəçi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi soyadı Musayev kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli 334 nömrəli arayışdan görünür ki, JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi soyadı səhvən Musayev kimi yazılmışdır. Əslində Ərizəçi olmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli **********07 nömrəli məktubdan görünür ki, mülkiyyətçi Firuzə Musayeva JN-042A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyad səhvinin düzəldilməsi ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq Ərazi İdarəsinin mülkiyyət hüququna dair sənədlərdə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişikliklər etmək səlahiyyətnin olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X8, X5, X3, X11, X17, X12, X9, X13 və Ərizəçi birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi soyadı Musayev kimi qeyd olunmuşdur. Mülkiyyətçi X8 10 sentyabr 2004-cü il tarixdə vəfat etmişdir. JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin soyadı düzgün yazılmadığından miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Göstərilən səhvin düzəldilməsi ilə bağlı mülkiyyətçi Firuzə Musayeva Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, Ərazi İdarəsinin mülkiyyət hüququna dair sənədlərdə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişikliklər etmək səlahiyyətnin olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X23 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında mülkiyyətçi Ərizəçi soyadının Musayev kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 18 fevral 2002-ci il tarixli JN-042A Kod 40725058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X8, X5, X3, Musayeva (nikahdan sonra Bağırova) Möminə Musa qızı, X17, X12, X9, X13 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-843/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-843/2021
24.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver