Məhkəmə qərarları › İş №2(037)-859/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-859/2020

06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-859/2020 06.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X18, X13, X19, X4 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini müdafiə etdiyini bildirdi və tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon X7 xx xxxxxx 1998-ci il tarixli 37 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Aşıqbayramlı kəndi ərazisində 0,13 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamədə onun ata adı Vəlirza əvəzinə Əlirza, oğlunun soyadı Rəhim əvəzinə Rəhimov, digər oğlu isə İslam qızı kimi yazılmışdır. X26 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Şəhadətnamədə onun və oğlunun ata adları, digər oğlunun isə soyadı düzgün qeyd olunmadığından ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Səhvlərin aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Qeyd etdikləri nəzərə alınaraq JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X6 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Aparılan torpaq islahatı zamanı birgə mülkiyyətlərinə Aşıqbayramlı kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair şəhadətnamədə onun soyadı Rəhim əvəzinə Rəhimov, anasının ata adı Vəlirza əvəzinə Əlirza, qardaşı isə İslam qızı kimi yazılmışdır. JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X5 X6 ilə eyni məzmunlu ifadə verərək JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 18303656 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, SƏYYAR ASAN 10 tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə mülkiyyətçiyə X8 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17090887 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə mülkiyyətçiyə X19 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 15587039 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İV-ЖГ 320071 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X9 arasında xx xxxxxx 1986-cı il tarixdə nikah bağlanmış, ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. xx xxxxxx 2015-ci il tarixli AZ-İ 716011 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X18 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X18, Ərizəçi, X13, X19 və X3 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə Ərizəçi ata adı Əlirza, X2 Rəhimov, X1 qızı kimi yazılmışdır. İsmayıllı RİHB-nın Aşıqbayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 165 nömrəli arayışdan görünür ki, JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X19 əvəzinə X14 yazılmışdır. İsmayıllı RİHB-nın Aşıqbayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 166 nömrəli arayışdan görünür ki, JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X8 əvəzinə X10 yazılmışdır. İsmayıllı RİHB-nın Aşıqbayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 168 nömrəli arayışdan görünür ki, JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi əvəzinə Ərizəçi Əlirza qızı yazılmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********08 nömrəli məktubdan görünür ki, ərizəçi JN-056F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X18, Ərizəçi, X13, X19 və X3 birgə mülkiyyətlərinə İsmayıllı rayonun Aşıqbayramlı kəndi ərazisində 0,13 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi ata adı Əlirza, X2 Rəhimov, X1 qızı kimi qeyd olunmuşdur. Mülkiyyətçi İslam Rəhimov xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyad və ata adları düzgün yazılmadığından ərizəçi ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyad və ata adlarının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 2002-ci il tarixli JN-056F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X18, Ərizəçi, X13, X19 və X4 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar