Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-859/2024 19.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə 19 avqust 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ona hesablanmış və **********00230 nömrəli abonent koduna vurulmuş 25920 kub metr təbii qazın dəyəri 3110.4 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2024-cü il tarixdə "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə yaşadığı İsmayıllı rayon Qarakolluq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bu barədə həmin tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda göstərilmişdir ki, sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 24 yanvar 2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatının 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır.Qeyd etmək istəyir ki,o və ailə üzvləri Bakı şəhərində yaşayırlar. Sözügedən fərdi yaşayış evində ondan başqa heç bir şəxs yaşamır. Evdə 1 ədəd “dörd göz” adlanan PQ-3 markalı qaz plitəsi və 1 ədəd axınlı su qızdırıcısı olmuşdur. Sayğacdan kənar əlavə qaz xəttinə qoşulmalar olmadığı halda cavabdeh onu 3110.40 manat məbləğində cərimə etmişdir.Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin aktı qanunsuz və əsassız hesab edir.Belə ki, qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar.Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən orada ailə üzvlərindən heç kəs olmamışdır. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır.Bildirmək istəyir ki, İsmayıllı Xidmət sahəsinin təbii qaz və sahə xidmətinin nəzarətçisi Bakı şəhərində yaşadığını bilə-bilə və qazdan az istifadə etdiyini nəzərdən keçirib özbaşına yaşadığı evin həyətinə daxil olaraq, evin bütün saxlanc yerlərinə baxış keçirmiş, evdə olan müxtəlif rezin su borularını evin ətrafına düzərək güya sayğacdan kənar qaz xətti qoşulduğu görüntüsünü yaratmış daha sonra oranın video çəkilişini aparmış və akt tərtib edərək o yüksək məbləğdə cərimə edilmişdir. Halbuki o və ailə üzvləri həmin evdə yaşamırlar və evi keç kəsə kirayə verməmişlər.Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. O, sayğacdan kənar heç bir qaz xəttinə qoşulmamışdır.Cavabdeh bu faktı aşkar etdikdən sonra 24 yanvar 2024-ci il tarixli ******* nömrəli akt əsasında **********00230 nömrəli abonent koduna 3110.40 manat borc hesablamışdır.Cavabdeh tərəfindən güya aşkar edilmiş həmin xəttə görə aktda göstərilənlər və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ əsassızdır və həddən artıq şişirdilmişdir.Aşkarlanan sayğacdan kənar qoşulma olmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki,ötən dövr ərzində fərdi yaşayış evində yaşadığı vaxtı, bu qədər məbləğdə heç bir vaxtı qaz sərfiyatı qeydə alınmamışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunan məbləğ ağılabatan rəqəm deyildir. Fərdi yaşayış evində istifadə edilən qaz cihazlarının 360 günə hesablanması heç bir qanunla tənzimlənmir,tam qanunsuzdur,ona görə hesablanmış cərimə tam silinməlidir. Belə ki, Cavabdeh İB istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun fərdi yaşayış evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Lakin əvvəllər bu kimi hallar baş verməmiş bu aşkar edilməmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ qanunsuz yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən və 24 yanvar 2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan zamanı qaz cihazları 1 ədəd “dörd göz” adlanan PQ-3 markalı qaz plitəsi və 1 ədəd axınlı su qızdırıcısı olmuşdur.Belə ki,məhkəməyə təqdim etdiyi **********00230 saylı abonentin saldosunda fərdi yaşayış evində yaşadığı müddətdə istifadə etdiyi qaz sərfiyyatı nə qədər olduğu qeyd edilmişdir.Buna baxmayaraq onun barəsində tərtib olunmuş aktda Cavabdehnə ümumilikdə 3110.4 manat borcu olması yazılmışdır.Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifada Qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Hesab edir ki, o sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış və abonent hesabına işlənmiş 3110.40 manat məbləğdə dəymiş ziyanın hesablanması tam qanunsuzdur və ağlabatan deyildir. Belə olan halda cəmi 1 ədəd PQ-3 adlandırılan avadanlıqda 0.9 kub metr + 1 ədəd axınlı su qızdırıcı isə 2.2 kub.metr qaz sərfiyatı cəmi 3.1 kub.metr saat hesabı ilə qaz sərf olunur. Lakin tərtib olunmuş tələbnamədə Qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 6 kub.metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi ondan tələb olunmuşdur. Lakin sayğacdan kənar qaz xəttinə hər hansı bir qoşulma olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir. Həmin qaydalara görə 1 ədəd PQ-3 adlanan "dörd göz” qaz pilətəsinin qaz sərfiyyatı 0.9 kub metr və 1 ədəd axınlı su qızdırıcısı 2.2 kub metr qaz sərf edir. Lakin nəzərə almaq lazımdır ki, son 10 ildə ölkə üzrə isti hava şəraiti hökm sürür.Belə olan halda hətta evində yaşasa belə 3110.4 manat məbləğdə qaz sərfiyyatı olması inandırıcı deyildir. Beləliklə, cavabdeh təşkilat tərəfindən ona 3110.40 manat məbləğdə yüksək cərimə məbləği hesablanaraq abonent koduna işlənmişdir. Buna görə də hesab edir ki,o qanunsuz olaraq təbii qazdan ümumiyyətlə istifadə etməmişdir.Ona görə də Cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ona hesablanmış və **********00230 nömrəli abonent koduna vurulmuş 25920 kub metr təbii qazın dəyəri 3110.4 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş,onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qardaşı X1 təmsil etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh iddia tələbinə verdiyi etirazını onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Qarakolluq kəndində yaşayan İddiaçı İsmayıllı rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 3110.40 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində hesablanmış cərimə məbləğinin qanunsuz olaraq yazıldığını bildirərək hesablanmış məbləğin əsassız olduğu üçün silinməsini xahiş etmişdir Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixində ”Azəriqaz” X3 RQİİnin İSQNŞ-nin əməkdaşları İsmayıllı rayonu Qarakolluq kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00230 nömrəli abonent koduna 25920 m3- 3110.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyərləridir və abonentin özü tərəfindən ödənilməlidir.İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.Odur ki, İsmayıllı rayonu Qarakolluq kəndində yaşayan İddiaçı əsassız hesablanmış 3110.40 manat cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 24 yanvar 2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən görünür ki, İsmayıllı Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus İsmayıllı rayonu,Qarakolluq kəndi ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan sayğacdan kənar,qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. 24 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Sənan Mirzəyevin yaşadığı evə sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanaraq qaz işlədicələrindən 1 ədəd PQ3-ün maksimal saatlıq qaz sərfi 6 m³/saat qəbul edilməklə itirilmış qazın bərpası üçün 25920 m³ dəymiş ziyan hesablanmışdır. (6x12x360=25920 m3) 05 iyun 2024-cü il tarixli abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı **********00230 saylı abonent koduna 2024-cü ilin yanvar ayı üzrə 3110.40 manat borc vurulmuşdur. İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli 97 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin Qarakolluq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu Xan Şuşinski küçəsi mənzil 140-da yaşayır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddiaya münasibətini, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 24 yanvar 2024-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılması zamanı iddiaçının sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00230 nömrəli abonent koduna 25920 m3 - 3110.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli 97 nömrəli arayışda İddiaçı İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin Qarakolluq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu Xan Şuşinski küçəsi mənzil 140-da yaşadığı qeyd edilmişdir. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 24 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq, qaz işlədicələrindən 1 ədəd PQ 3-ün maksimal saatlıq qaz sərfi 6 m³/saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün (6x12x360)=25920m³ dəymiş ziyan müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 3110.40 manat borcun silinməsini, cavabdehin nümayəndəsi isə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş edirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır.Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə,habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə,habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü,əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Göründüyü kimi qanunverici istehlakçının qaz xətdinə qanunsuz qoşulmasının sübut növü kimi istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmə kimi müəyyən etmişdir. Lakin hazırkı tələb üzrə iddiaçı qaz xətdinə qanunsuz qoşulmasını etiraf etmir, ona yazılan cərimənin qanunsuz olduğunu iddia edir. Belə olan halda hazırkı tələb üzrə iddiaçı yazılmış cəriməni qəbul etmədiyindən və onun barəsində qazın talanması ilə bağlı inzibati və ya məhkəmə qərarı olmadığından məhkəmə iddiaçıya yazılmış cərimənin məbləğinin araşdırılmasını zəruri hesab edir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qərarın 5.2-ci bəndinə görə bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi,ilk növbədə,məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki,sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirilsə də, İddiaçı sözügedən fərdi yaşayış evində yaşamadığı və cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona qazdan istifadə etmədiyi halda sayğacdan kənar xətt vasitəsi ilə 25920 m3 miqdarında, yəni 3110.40 manat dəyərində təbii qazdan istifadə etməsinə görə cərimə yazması ağlabatan deyildir.Belə ki,İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin 15 iyul 2024-cü il tarixli 97 nömrəli arayışında İddiaçı İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin Qarakolluq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşadığı qeyd edilmişdir. İddiaçı Bakı şəhərində yaşayaraq qaz xəttinə sayğacdan kənar müdaxilə etmədiyi halda Cavabdeh İB iddiaçının təbii qazdan 360 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 3110.40 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz qaz xəttindən 360 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, eyni zamanda iddiaçı barəsində qaz xəttinə qanunsuz müdaxilə və nəticədə qazın talanması ilə bağlı inzibati və ya məhkəmə qərarı olduğu müəyyən edilmir və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli,Cavabdeh tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00230 nömrəli abonent koduna vurulmuş 25920 kub.metr təbii qazın dəyəri olan 3110.40 manat cərimə məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbi təmin edildiyindən cavabdehdən iddia tələbinə görə ödənilməli olan 51.10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00230 nömrəli abonent koduna vurulmuş 25920 kub.metr təbii qazın dəyəri olan 3110.40 (üç min bir yüz on manat qırx qəpik) manat cərimə məbləği silinsin. Cavabdehndən 51.10 (əlli bir manat on qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-859/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-859/2024
19.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver