Məhkəmə qərarları › İş №2(037)-87/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-87/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-87/2021 10.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, "İddiaçı" X2 Maarif Şəmsəddin oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası, Cavabdeh Şəmsəddin oğlunun "İddiaçı" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Şəmsəddin oğlundan qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 370,8 manat itirilmiş qazın dəyərindən ödənilməmiş 310,2 manat məbləğinin və 20,4 manat dövlət rüsumunun alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şəmsəddin oğlu qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********02140 nömrəli abonent koduna vurulmuş 3708 kub metr təbii qazın dəyəri 370,8 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxx 2019-cu il tarixdə “İddiaçı” X4 X8 İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən Cavabdeh İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz sayğacına baxış keçirilmişdir. Qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt Cavabdeh tərəfindən imzalanmışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 29/1710-02174-2 nömrəli akta əsasən sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğradığı, plastmas qapağının yan tərəfdən əzildiyi, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X6nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” X4 RQİİ-nə göndərilmişdir. Akta əsasən xx xxxxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 3708 kub.metr itirilmiş qazın dəyəri 370,8 manat məbləği hesablanaraq Cavabdeh abonent bazasındakı koduna vurulmuşdur. Cavabdeh abonent koduna vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh hesablanmış ziyan məbləğindən 60,6 manat ödəniş etmiş, 310,2 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh Şəmsəddin oğlundan qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 370,8 manat itirilmiş qazın dəyərindən ödənilməmiş 310,2 manat və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, “İddiaçı” İB-nin tabeçiliyində olan Ağsu Regional X7 əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamışdır. Bir müddət sonra “İddiaçı” İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğradığı, plastmas qapağının yan tərəfdən əzildiyi, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Sayğac istismara yararsız hesab edilmişdir. Ona görə də xx xxxxxx 2019-cu il tarixdə “təbii X6nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında xx xxxxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 3708 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Qaz İdarəsinin nəzarətçisi qaz pulu borcunu ödəməyi tələb etdiyinə görə o, mahiyyətini dərk etmədən 2020-ci ilin sentyabr – dekabr aylarında cəmi 270 manat ödəniş etmişdir. Sonradan bilmişdir ki, ödədiyi həmin məbləğin bir qismi istifadə etdiyi təbii qaza, bir qismi isə akt əsasında hesablanmış dəymiş ziyanın əvəzinə silinmişdir. İddia tələbi ilə tanış olduqdan sonra ondan tələb olunan məbləğin istifadə etdiyi qazın dəyəri deyil, akt əsasında yazılmış cərimə olduğunu bilmişdir. Hesab edir ki, “İddiaçı” İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X7 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. İddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 370,8 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş edir. X1 ifadə verərək göstərdi ki, Maarif İbrahiomov onun oğludur. Qaz sayğacı oğlunun adına olsa da həmin evdə ailəsi ilə birlikdə o yaşayır. İstifadə etdikləri təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə Cavabdeh İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X6na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamışdır. “İddiaçı” İB-nin “Təbii X6nın pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd axınlı su qızdırıcı və 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X7 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3708 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin avqust ayının sonuna Cavabdeh **********02140 nömrəli abonent koduna akt üzrə 370,8 manat borc vurulmuşdur. xx xxxxxxxx 2020, xx xxxxxxx 2020, xx xxxxxx 2020 və xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh 2020-ci ilin sentyabr-dekabr aylarında cəmi 270 (iki yüz yetmiş) manat “İddiaçı” İstehsalat Birliyinin hesabına ödəmişdir. xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “İddiaçı” İB-nin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X6na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın giriş yivli birləşməsinin deformasiyaya uğradığı, plastmas qapağının yan tərəfdən əzildiyi, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X6nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X7 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı 3708 kub metr müəyyən edilmiş, 370,8 manat itirilmiş təbii qazın və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh 2020-ci ilin sentyabrdekabr aylarında “İddiaçı” İstehsalat Birliyinin hesabına 270 manat ödəniş etmişdir ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən həmin ödənişin 60,6 manat hissəsi akt əsasında hesablanmış borc məbləğinə çıxılmışdır. “İddiaçı” İstehsalat Birliyi iddia tələbini təmin olunaraq Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 3708 m3 - 370,8 manat itirilmiş qazın dəyərindən ödənilməmiş 310,2 manat və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinin rədd edilməsini, qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, X7 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********02140 nömrəli abonent koduna vurulmuş 3708 metr3 təbii qazın dəyəri 370,8 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. “X6”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “İddiaçı” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “İddiaçı” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 3708 kub metr miqdarında, yəni 370,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, “İddiaçı” İB tərəfindən Cavabdeh hesabına işlənmiş 3708 kub metr itirilmiş təbii qazın dəyəri 370,8 manat debitor borcun silinməsi və qaz sayğacının qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək məhkəmə qeyd edir ki, ilkin iddia tələbi rədd edildiyindən “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu ilə əvəzlənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 310,2 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumunun alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh **********02140 nömrəli abonent koduna vurulmuş 3708 kub metr təbii qazın dəyəri 370 (üç yüz yetmiş) manat 80 (səksən) qəpik debitor borc məbləği silinsin. Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “İddiaçı” İstehsalat Birliyi tərəfindən ilkin iddia tələbi üzrə 20 (iyirmi) manat dövlət rüsumu ödənildiyi nəzərə alınaraq qarşılıqlı iddia tələbi üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu ilə əvəzlənsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar