Məhkəmə qərarları › İş №2(037)-871/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-871/2022

29.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-871/2022 29.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 29 iyul 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi və X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, məhkəmə iclasında X13, X12 və X1 şahid qismində dindirilərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Ruşan kəndi ərazisində 2,14 hektar kənd təsərrüfatı təyinatlı və 0,26 hektar həyətyanı torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X5 adı səhvən Hurnisə, JN-172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə isə səhvən Nurnisə kimi yazılmışdır. X14 25 iyun 2005-ci il tarixdə vəfat etmişdir. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında və şəhadətnamədə arvadının adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Qeyd olunan sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN- 0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN- 172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və arvadı X9 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun atasıdır. Aparılan torpaq islahatı zamanı valideynlərinin birgə mülkiyyətlərinə Ruşan kəndi ərazisindən torpaq sahələri verilmişdir. Torpaq sahələrinə dair tərtib olunmuş dövlət aktında anası X5 adı səhvən Hurnisə, şəhadətnamədə isə səhvən Nurnisə kimi yazılmışdır. Onların ailəsində Hurnisə və Nurnisə adlı şəxslər olmamışdır. Göstərilən dövlət aktının və şəhadətnamənin ərizəçiyə və ailə üzvünə məxsus olmasını təsdiq edir. X2 və X3 X4 ilə eyni məzmunlu ifadə verərək JN-0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və X9 məxsus olmasını təsdiq etdilər. Məhkəmə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçi X5 adı səhvən Hurnisə kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçi X5 adı səhvən Nurnisə kimi qeyd olunmuşdur. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2005-ci il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1933-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda doğulmuş, İsmayıllı rayonun Ruşan kəndində yaşayan şəxs Ərizəçidur. İş materiallarında olan AZ-İ 074814 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X11 25 iyun 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli **********92 nömrəli məktubdan görünür ki, JN-172A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli 225 nömrəli məktubunun surətindən görünür ki, ərizəçi 25 iyun 2005-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X21 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X8 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını və JN-172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktında və şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən İsmayıllı rayonu Ruşan kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı və 0,26 hektar həyətyanı torpaq sahələri Ərizəçi və X5 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X5 adının həmin vaxt Hürnisə olmasına baxmayaraq səhvən Hurnisə, JN-172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə isə səhvən Nurnisə kimi yazılmışdır. Həmin dövlət aktında və şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu Ruşan kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı və 0,26 hektar həyətyanı torpaq sahələrinin Ərizəçi və X5 birgə mülkiyyətinə verilməsi barədə JN-0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X5 adının Hurnisə, JN-172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə isə Nurnisə kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədlərin Ərizəçi və X9 məxsus olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu Ruşan kəndində yerləşən 2,14 ha torpaq sahəsinin Ərizəçi və X6 birgə mülkiyyətinə verilməsi barədə JN-0033 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin, yəni X5 adının Hurnisə kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi) və X9 (AZ-İ 074814 nömrəli ölüm haqqında şəhadətnamə) məxsus olması faktı müəyyən edilsin. İsmayıllı rayonu AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu Ruşan kəndində yerləşən 0,26 ha torpaq sahəsinin Ərizəçi və X7 birgə mülkiyyətinə verilməsi barədə JN-172A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin, yəni X5 adının Nurnisə kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi) və X9 (AZ-İ 074814 nömrəli ölüm haqqında şəhadətnamə) məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar