Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-876/2020 13.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İB tərəfindən **********02720 nömrəli abonent koduna işlənmiş 3996 kub metr təbii qazın dəyəri 799 (yeddi yüz doxsan doqquz) manat 20 (iyirmi) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 91 (doxsan bir) manat məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, xx xxxx 2018-ci il tarixdə “Cavabdeh” İB-nin tabeçiliyində olan Ağsu Regional X3 əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. O, dəyişdirilmiş qaz sayğacının 91 manat dəyərini cavabdeh təşkilatın hesabına ödəmişdir. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində çatladığı və sərfiyyatı qeydə almadığı qeyd edilmişdir. Ona görə də xx xxxx 2018-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul qəbul edilərək 3996 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Qəbul olunmuş qərarda onun abonent kodu səhv yazılmışdır. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X3 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. Cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 799,2 manat debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödədiyi 91 manat məbləğinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx xxxx 2018-ci il tarixdə “Cavabdeh” İB-nin X4 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində çatladığı və sərfiyyatı qeydə almadığı qeyd edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Həmin akta əsasən xx xxxx 2018-ci il tarixdə qərar qəbul edilərək 3996 kub.metr itirilmiş qazın dəyəri 799,2 manat məbləği hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. Qəbul olunmuş qərarda səhv olaraq cavabdehin abonent kodunun əvəzinə eyni soyad və adlı abonentin kodu yazılmışdır. İddiaçının düzgün abonent kodu məhkəməyə təqdim edilmiş saldoda göstərilmişdir. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. xx xxxx 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən qaz sayğacının quraşdırılmasına görə “Cavabdeh” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 91 (doxsan bir) manat məbləğində vəsait ödənilmişdir. “Cavabdeh” İB-nin “Təbii X2nın pozulması haqqında” xx xxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd qeyri standart su qızdırıcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Cavabdeh” İB-nin Ağsu Regional X3 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3996 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Həmin qərarda iddiaçının abonent kodu səhvən **********02720 əvəzinə **********01800 kimi yazılmışdır. Abonentin saldosundan görünür ki, 2019-cu ilin dekabr ayının sonuna iddiaçının **********02720 nömrəli abonent koduna 799,2 manat borc vurulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçı dəyişdirilmiş qaz sayğacının 91 manat dəyərini xx xxxx 2018-ci il tarixdə ödəmişdir. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində çatladığı və sərfiyyatı qeydə almadığı aşkar olunmuşdur. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Cavabdeh” İB-nin Ağsu Regional X3 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3996 kub metr müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 799,2 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 91 manat məbləğinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 3996 kub metr miqdarında, yəni 799,2 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” İB tərəfindən iddiaçının hesabına işlənmiş 3996 kub metr itirilmiş təbii qazın dəyəri 799,2 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 91 manat məbləğinin iddiaçıya barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyidən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********02720 nömrəli abonent koduna vurulmuş 3996 kub metr təbii qazın dəyəri 799 (yeddi yüz doxsan doqquz) manat 20 (iyirmi) qəpik debitor borc məbləği silinsin. Qaz sayğacının quraşdırılmasına görə ödənilmiş 91 (doxsan bir) manat məbləği “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-876/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-876/2020
13.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver