Məhkəmə qərarları › İş №2(037)-879/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-879/2021

04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-879/2021 04.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 "hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 04 oktyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 Müsənnəf qızı və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 17 mart 1998-ci il tarixli 43 saylı qərarına əsasən JN-015G Kod 40711038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 17 mart 1998-ci il tarixli 43 saylı qərarına əsasən JN-015G Kod 40711038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Sumağallı kəndində yerləşən 0,37 ha torpaq sahəsi X11, X2 (ərizəçi), X9, X12 və X1 mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun adı həmin vaxt “Məruzə”,ata adı “Müsənif” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Mərziyyə”, ata adı isə “Müsənnif”, qızının isə adı “Əlvanə” əvəzinə “Əlsanə”, ata adı isə “Rafik” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun adında və ata adında, həmçinin qızının adında və ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçi Şəhadətnamədə mülkiyyətçi kimi onun adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və qızının şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki adları və ata adları ilə Şəhadətnamədəki adları və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adlarının ona məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin Ərizəçi2 və maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə Ərizəçi2 və maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X11 göstərdi ki, ərizəçilərdən Məruzə onun arvadı, Əlvanə isə qızıdır. Ona və ailə üzvlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 17 mart 1998-ci il tarixli 43 saylı qərarına əsasən JN-015G Kod 40711038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.37 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə arvadı Məruzənin adı səhv olaraq Mərziyyə, ata adı Müsənnif, qızının isə adı Əlvanə əvəzinə Əlsanə, ata adı isə Rafiq əvəzinə, Rafik kimi yazılmışdır. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 09.08.2005-ci il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1948-ci il tarixdə İsmayıllı rayonu, Qalacıq kəndində doğulmuş Qəribova X5 rayonu, Sumağallı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 28.06.2012-ci il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə İsmayıllı rayonu, Sumağallı kəndində doğulmuş Ərizəçi2 İsmayıllı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan JN-015G Kod 40711038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, bu şəhadətnamə İsmayıllı rayonu, Sumağallı kənd sakinləri X11, X2 (ərizəçi), X9, X12 və X1 mülkiyyətinə verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın 17 mart 1998-ci il tarixli 43 saylı qərarı ilə verilmiş 0.37 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı – mülkiyyətinə verilib. Şəhadətnamə 573 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X7 verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi,Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 17 mart 1998-ci il tarixli 43 saylı qərarına əsasən JN-015G Kod 40711038 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Sumağallı kəndində yerləşən 0,37 ha torpaq sahəsi X11, X2 (ərizəçi), X9, X12 və X1 mülkiyyətinə verilmişdir. Sözügedən şəhadətnamədə ərizəçilər Ərizəçi1 adı həmin vaxt “Məruzə”, ata adı isə “Müsənif” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Mərziyyə”, ata adı “Müsənnif” kimi, digər Ərizəçi2 adı isə həmin vaxt “Əlvanə”, ata adı isə “Rafiq” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Əlsanə”, ata adı isə “Rafik” kimi yazılmışdır. Həmin şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 17 mart 1998ci il tarixli 43 saylı qərarına əsasən JN-015G Kod 40711038 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Sumağallı kəndində yerləşən 0,37 ha torpaq sahəsinin X11, X2 (ərizəçi), X9, X12 və X1 mülkiyyətinə verilməsinə dair JN-015G Kod 40711038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 Müsənnif qızının adının “Mərziyyə”,ata adının “Müsənnif”, digər Ərizəçi2 isə adının “Əlsanə”, ata adının “Rafik” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11, X12,X4,Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 09.08.2005-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 28.06.2012-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 43 saylı qərarına əsasən JN-015G Kod 40711038 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Sumağallı kəndində yerləşən 0,37 ha torpaq sahəsinin X11, X2, X9, X12 və X1 mülkiyyətinə verilməsinə dair JN-015G Kod 40711038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 adının “Mərziyyə”, ata adının “Müsənnif”, digər Ərizəçi2 isə adının “Əlsanə”, ata adının “Rafik” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11, X12, X4, Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 09.08.2005-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş,28.06.2012-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar